Çərşəmbə axşamı, 19.11.2024, 12:45
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

Məqalələr


Yuxular çin olur?

Ermənistanın işğal altında saxladığı 7 rayondan biri olan Kəlbəcərdən bu ilin sonuna qədər geri çəkilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Türkiyənin Haberler.com saytının məlumatına görə, noyabrın 22-də Almaniyanın Münhen şəhərində iki ölkə prezidentinin görüşündə Ermənistan tərəfi bildirib ki, həm Azərbaycanın mövqeyini yumşaltmaq, həm də Türkiyə hökumətinin sərhədlərin açılmasına dəstəyini qorumaq üçün Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı yeddi rayondan biri olan Kəlbəcərdən bu ilin sonuna qədər çəkilə bilər.Yayılan xəbərlərə QayNar.info millət vəkillərinin mövqeyiyni öyrənib.

Millət vəkili, ADİP sədri Asim Mollazadənin sözlərinə görə, Azərbaycan ölkə rəhbərliyinin Münhen danışıqları ilə bağlı verdiyi məlumatlara daha çox günvənməlidir: «Mən bu xəbərin nə qədər real olduğunu bilmirəm. Amma ümumiyyətlə Türkiyə mediası daima optimist məlumatlar yayır. Hər halda, biz də Kəlbəcərin işğaldan azad olunmasını arzulayırıq».

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn də Haberler.com-un məlumatı ilə bağlı konkret bir söz deyə bilməyəcəyini, amma Ermənistanın nəinki Kəlbəcəri, bütün işğal olunmuş rayonları azad etməli olduğunu dedi: «Amma hal-hazırda ilkin olaraq 5 rayonun qaytarılması ilə bağlı danışıqlar gedir. Bütün hallarda Kəlbəcərin azad olunması çox vacib addım olardı».

Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (23.11.2009)
Просмотров: 602 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]