Çərşəmbə axşamı, 19.11.2024, 12:27
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


DAMARINDA AXAN QAN HAQQINDA DÜŞÜN?!
1945-1946-cı illərdə bir il mövcud olmuş Azərbaycan Milli Hökumətinin "Dil haqqında qərarı"ndan 65 il ötdü. Bu tarixi hadisənin ağlımızda, milli yaddaşımızda daim yaşaması gərəkli məqamlardandır. Gerçəkdir ki, həmişə Güney Azərbaycanda dil problemi xalqımızın ən ağrılı mövzusu olub.
Türkün ruhunu məhv etmək istəyənlər nə cür olur-olsun, ilk öncə onun dilinə zərbə vurmağa çalışıblar. Sözügedən tarixi qərarda deyilir ki, xalqımızı dövlət aparatına yaxınlaşdırmaq və ümum əhalinin ehtiyaclarını sadə bir surətdə anlamaq və həmçinin milli dili və milli mədəniyyətimizin inkişaf və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Hökuməti özünün 6 yanvar (1945-ci il) iclasında aşağıdakı qərarları qəbul edib: "Bu gündən etibarən Azərbaycanda Azərbaycan (türkcəsi) dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən əmrlər və qanun layihələri mütləq Azərbaycan dilində yazılmalıdır. Bütün idarələr (dövləti, milli, ticari və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Bu dildə yazılmayan dəftərlər və sənədlər rəsmi hesab olunmayacaq. Məhkəmələrdə işlərin baxılması tamamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün tərcüməçi təyin olunmalıdır. Azərbaycanın bütün idarə, müəssisə və ticarət məkanlarında tablolar mütləq Azərbaycan dilində yazılmalıdır. Rəsmi iclaslar, yığıncaqlar, nitq və müzakirələr Azərbaycan dilində olmalıdır".
Habelə qərarda vurğulanır ki, azərbaycanlı olmayıb başqa dildə danışanlar və ümumi dövlət idarələrində xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər: "Maarif Nazirliyinin idarə işçilərini Azərbaycan dili ilə tanış etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin nəzdində yaşlılara məxsus kurslar açılmalıdır. Bu kurslarda iştirak edənlərin iş müddəti bir saat az olmalıdır. Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar. Lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə yanaşı Azərbaycan dilini, rəsmi dövlət dili olaraq işlətməlidirlər. Azərbaycanda yaşayan azlıqların xüsusi milli məktəblərindəki təhsil öz ana dillərində olduğu halda Azərbaycan dilinin də tədrisi məcburidir".
Qərarın sonunda qeyd edilir ki, Azərbaycan Milli Hökuməti Maarif Nazirliyinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqında qərarını qəbul və təsdiq edib, məktəblərin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır. Qərarı Azərbaycan Milli Dövlətinin baş naziri S.C.Pişəvəri imzalayıb.
Habelə bu ayın 28-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin BMT Baş Assambleyasına müraciətindən 64 il ötür. 28 yanvar 1946-cı ildə imzalanmış müraciətdə Pişəvəri yazır: "Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi".
Daha sonra bildirilir ki, Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb: "5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir.
Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır".
Sonda vurğulanır ki, BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin. Müraciəti Azərbaycan Milli Hökumətinin başçısı S.C.Pişəvəri imzalayıb.
Категория: Мои статьи | Добавил: ilka1 (25.01.2010)
Просмотров: 592 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]