Salam, dostum mene sual verirsen ki, niyə mən digər xalqların dilini öyrənməliyəm?Qoy onlar mənim dilimi öyrənsinlər.
Ay mənim avam qardaşım Fərqli dilləri öyrənmək sənə daha çox məlumat əldə etməyə imkan verəcəkdir və sən öz düşməninin sənə qarşı hazırladığı təxribat haqqında məlumatlı olarsan.Axı düşmən hər dəqiqə öz bəd əməllərini hər vasitə ilə yeritməyə çalışır. RA Ruben Qaliçyan kimi adamlar sen yatdığın vaxt sənin bütün ədəbiyyatını təhlil edib və öz saxta əsərlərini dünyaya təqdim edirlər.Əlavə məlumat üçün bu sayta bax
http://analitika.at.ua/news/obnarodovan_spisok_opublikovannoj_v_azerbajdzhane_antiarmjanskoj_literatury/2009-09-09-13749
“The Invention of History. Azerbaijan, Armenia and the Showcasing of Imagination” öz əsərində müəllif Azərbaycanın bir sıra ədəbiyyatını təhrif etməyə başlamışdır.Qardaşım diqqətlə bax bu senin düşmənin və sənə insformasiya müharibəsi aparır bəs sən ne edirsen.
http://panorama.am/ru/?sw
Sen hələ yatmısan düşmən isə Ukraynada yalançı erməni soyqırımının tanınmasına nail olmuşdur. http://analitika.at.ua/news/izjumskij_gorodskoj_sovet_osudil_genocid_armjan_v_osmanskoj_imperii/2009-12-25-19018
Üzdən iraq qonşularımızın tebliğat maşını dünyanın hər bir kəndində, məhəlləsində , şəhərində aparılır sən isə məndə soruşursan ki, mən niyə əcnəbilərin dilini öyrənməliyəm?
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm rıza şapqa qoya başına,
Kafir ola bir nəfər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə!
Bir kərə qan, müxtəsər, oxutmuram el cekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib, uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə,
Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
Indi beş ildir tamam dinimə əl qatmısız,
Sevgili övladımı kafirə oxşatmısız,
Duydum işin sərbəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə!
Məktəb adın çəkməyin, - mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdir o bildikləri, kaş onu da bilməsə!
Canıma olsun fəda bir də üzü gülməsə!
Ta ki, o zehnindəki fikrləri silməsə,
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Fikrimi verməm əbəs siz kimi nadanlara,
Sövq edəsiz oğlumu bir para hədyanlara,
Çünki xəyanətçisiz cümlə müsəlmanlara,
Mənzilınizdir səqər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!