Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 2 Qonaq 2 İstifadəçi 0 |
|
Məqalələr
Əbülfəz Elçibəyin Düşüncələri (xülasə)
Ruhi baxımdan Azərbaycan həmişə bütöv olub. Bunun çox adi misalları var. Azərbaycanın quzeyində öyrəndiyimiz tarix və ədəbiyyatda heç zaman ayrılmamışıq. Şah İsmayılı həm dövlətimizin böyük hökmdarı, həm böyük sərkərdəmiz, həm də böyük şairimiz kimi öyrənmişik. Yaxud Təbriz neçə-neçə dövlətimizin paytaxtı olub və biz onun tarixini öyrənmişik. Ağqoyunlu, Qaraqoyunlu, Elxanlılar, Atabəylər dövlətlərini biz öz dövlətimiz sayırıq.Mirzəli Möcüzü də öyrənirik, Şəhriyarı da. Xaqani, deyək ki,Quzeydə doğulub, Güneydə vəfat edib, Təbrizin Surxab. qəbiristanlığında dəfn olunub. Təsəvvür edin ki, bu ruhun daşıyıcısı olan Azərbaycan türkü gedib Amerikada da yenə öz dilindədanışır, yenə Vətən mahnısı oxuyur, yenə öz ədəbiyyatını öyrənir və s.Buna görə də biz mənəvi-mədəni cəhətdən birik - heç şey parçalanmayıb. Başqa sözlə, insan daşıdığı ruhun içərisindədir və onunla yaşayır. Buna görə də biz mənəvi-mədəni cəhətdən birik - heç şey parçalanmayıb. materialist deyilik və həyata idealistcəsinə baxırıq - bizim Vətənimiz orduyla, zorla bölünüb və bu bölünmənin millətin ruhuna heç bir təsiri yoxdur. Sadəcə,Vətənimizin üzərindəki süni çəpərləri götürmək, orduları çıxarmaq və yeni xəritə çəkmək lazımdır. Bütövlük bu cür düşünülür. İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir; deməli, o parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb. Biz bu hərəkata materialist kimi yox, idealist kimi başladıq, çünki materializm nəinki köməyə gəlmir, əksinə, mane olur.Ancaq idealizmə söykənəndə bir torpağın ortasından çəkilmiş dəmir pərdənin heç bir əhəmiyyəti yoxdur - onu parçalaya bilməz, çünki insanın ruhunun məhsulu onun ədəbiyyatıdır, tarixidir, fəlsəfəsidir. Bunu (Azərbaycanın birləşməsini - tərtib.) nə həll edir və niyə belə olacaq? Bir neçə fakta baxaq. Birincisi, hər bir xalq tarixən təşəkkül tapmış, yaşadığı mühitin formalaşdırdığı vahid orqanizmdir. İndi o, cismən bölünmüş haldadır. Mənəvi, ruhi, mədəni cəhətdənsə o parçalanmayıb. Sadəcə, yaralanmış xalqdır; ya yarasını sağaltmalı - birləşməli, ya da bu yaradan ölməlidir. […] Bu xalq diridir - yazır, oxuyur, mübarizə aparır, azadlığını alır; deməli, ölməkdən söhbət gedə bilməz, əksinə, yenidən dirilmə zəruri labüdlükdür. Bu, tarixin məntiqinə uyğun təbii proses olacaq. Bunun nişanələri də görünür. Nədə? Rus imperiyasından bütün dünya qorxduğu zaman bizim xalqımız Rusiyanın dəmir sərhəd pərdəsini əliyalın söküb atdı. […] Xalq ən ağır olan bu birinci mərhələni keçdi. İkincisi, Azərbaycanda Meydan hərəkatı başlayanda hər yerdə "Təbriz", "Bakı" yazılmışdı. Bakıda hərəkat başlayanda Təbrizdə də müəyyən yığıncaqlar keçirilirdi və son vaxtlar Güneydən olan soydaşlarımız deyirdilər ki, biz Qarabağı azad edəcəyik, biz onu ermənilərdə qoymayacağıq, o, bizim Vətənimizdir. Bunlar göstərir ki, ümumi, bütöv Vətən məfkurəsi mövcuddur. Mən bunu dəfələrlə təkrar edirəm ki, bu, ruhun - böyük xalq ruhunun bütövləşməsi və qayıtmasıdır. Prosesi həll edən budur, yoxsa 5-3 insanın nə düşünməsi kiçik məsələdir. Başqa tərəfdən, dünyanın müxtəlif yerlərinə səpələnmiş Güneydən və Quzeydən olan soydaşlarımız Amerikada, Avropada və yaşadıqları digər yerlərdə səslərini ucaldır və Vətənimizə azadlıq istəyir. Bunlar hələ imkansızlıq şəraitində edilir. Onların böyük maddi imkanları, xüsusi televiziya kanalları və radioları olsaydı, əlbəttə, dəfələrlə artıq iş görə bilərdilər. Hələlik imkan tapan kimi qəzet buraxırlar. Deməli, Bütöv Azərbaycan hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq on milyonlarcadır. […] Deməli, birinci mərhələ - fikir birliyi yaranıb. İkinci mərhələ - dildə birlik də artıq mövcuddur. […] Son vaxtlar, gördüyünüz kimi, dildə birlik uğrunda da ciddi iş gedir. Azərbaycanın güneyindəki milyonlarca yurddaşımız istəyir ki, İranda türk dili dövlət dili olsun. Demək, dil uğrunda da mübarizə gedir. Bu dildə biz eyni zamanda Təbrizin radio verilişlərinə də asanlıqla qulaq asırıq, baxmayaraq ki, Tehran rejiminin xüsusi tapşırığıyla Təbriz televiziya və radiosunun dili əyilir, saxtalaşdırılır - çalışırlar ki, bu cür qüsurlu danışıqla əhalinin beynində fars dilinin, fars sözlərinin təsiri yox olmasın. Ancaq Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi formalaşmış dili inadla öyrənir... Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da meydana atılıb. Hətta onun Konstitusiyası da yazılıb və qəzetlərdə çap edilib; indisə Bütöv Azərbaycanın Konstitusiyası yazılır. Bunun (bütövləşmənin) necə baş verəcəyini qabaqcadan demək mümkün deyil. Burada bir neçə yol, üsul var. Bizim fikrimizcə, Azərbaycan xalqının azadlıq əzmini səfərbər etmək, bir məcraya yönəltmək mümkün olardısa ən yaxşı yol budur ki, Quzeydəki dövlətimiz güclənsin, müstəqilliyi dönməz olsun, getmiş torpaqları geri qaytarılsın. Bu iş bir yandan, Güneydə milli azadlıq hərəkatının genişlənməsi və bir dövlətin də yaranması başqa yandan getsin. Sonra bu iki tərəf arasında birləşmənin yolları müəyyənləşdirilsin ki, bu iş böyük çaxnaşmalarla baş verməsin. İndiki ziyalılar, siyasətçilər, politoloqlar daha çox bu ehtimalı önə çəkirlər. Bu, ən düzgün yoldur. Mərhum Seyid Cəfər Pişəvəri Mircəfər Bağırova deyib ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləşdirək. Belə də ediblər - Azərbaycanda KPMK bürosu çağırılıb və Azərbaycanın birləşdirilməsi haqqında qərar qəbul edilib. […] 1946-da - müharibədən sonra. Sov.İKPMK Siyasi Bürosundan xahiş edilib ki, bu məsələ haqqında o da qərar qəbul etsin. Mircəfər Bağırov bu sənədi Stalinin yanına aparıb. Stalin onun məsələyə Siyasi Büroda baxılmaq arzusunu eşidəndə cavab verib: "Büro mənəm. Bu haqda heç söhbət də ola bilməz!". Sənədi məhv edib. Bağırov bunu olduğu kimi Pişəvəriyə danışıb. Axı nə üçün 40 milyonluq Azərbaycan türkü param-parça olsun? Niyə birləşməsin? Niyə onun vahid dövləti olmasın? …Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq - oraya bu bayraq gedəcək. Bakı, "Yeni Müsavat" qəzetinin nəşri, 2002
|
Категория: Мои статьи | Добавил: ilka1 (27.01.2010) |
Просмотров: 543
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|