Çərşəmbə axşamı, 19.11.2024, 10:13
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 2 Qonaq 2 İstifadəçi 0 |
|
Məqalələr
Fars şovinistlərinin Azərbaycan türklərinə qarşı təxribatı
“Pantürkləri İran adlanan yerdən çıxaraq” adlı internet saytı Azərbaycan türklərini aşağılayan ifadələr işlədib. www.D-A-K.org –a istinadən yaydığı məlumata görə, yazıda Azərbaycan türklərinin tarixdə azadlıq uğrunda apardıqları bütün mübarizələri inkar olunur və tarix təhrif edilir. Saytda qeyd olunur ki, “bizim ölkəmiz inqilab ərəfəsindədir. Türk bölgələrindən başqa hər yer qana boyanıb. Gənclərimiz xiyabanlara tökülüb azadlıq uğrunda mübarizə apararaq həlak olurlar. Bu mübarizənin sonu isə bütün İran adlanan yerin azadlığı olacaq. Özlərini qəhrəman adlandıran türklər isə özlərini bu millətin bir tikəsi hesab etmirlər. Türklər ən təhlükəsiz yerdə gizləniblər. Siçanın yuvasında. Onlar həmişəki kimi gözləyirlər ki, hərəkat nəticə versin və onlar hazır süfrə arxasında otursunlar". Əslində fars şovinistləri bu yolla soydaşlarımızı təxribata çəkmək və onları öz qələbələrini təmin etmək üçün “yaşıl hərəkat”ın sıralarına qoşmaq məqsədi güdürlər. Onlar Azərbaycan türkləri olmadan qələbə qazanmağın mümkün olmayacağını yaxşı başa düşürlər. Bundan əlavə, Azərbaycan türkcəsi də İran adlanan yerin rəsmi saytlarında təhrif olunur. "İran şəhərlərinin mərcəsi" adlı sayt Azərbaycan türklərinin dililə bağlı ciddi təhrifə yol verib. Güney Azərbaycan şəhərlərinin, o cümlədən Zəncana bağlı olan Ab-bər, Parsabad, Ərdəbil, Xoy və s. kimi şəhərlərin dili fars dili kimi təqdim olunub. Azərbaycanın tarixi Soyuqbulaq (Mahabad) və Bukan kimi şəhərlərinin dili isə kürd dili kimi verilib. Dilimizin, tariximizin və bütün milli kimliyimizin fars şovinist rejimi tərəfindən təhrif olunması təccüb doğurmasa da, ancaq bu qədər açıq-aşkar edilməsi təccüb doğurur.
|
Категория: Мои статьи | Добавил: ilka1 (28.01.2010) |
Просмотров: 506
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|