Çərşəmbə axşamı, 19.11.2024, 10:19
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 5 Qonaq 5 İstifadəçi 0 |
|
Məqalələr
Cavad xan (1748-1804)
Gəncə xanlığının son hakimi. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur.Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr tonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır,hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və Gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, qorxunc düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur. SONUNCU XAN Əsrlər boyu Gəncə Azərbaycan milli ruhunun aynası, onun mənəvi dəyərlər sistemini formalaşdıran bir məkan olub. Gəncənin sonuncu hakimi Cavad xan Ziyadoğlu-Qacarın, ərazisini genişləndirməkdə olan böyük bir İmperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verməsi də, nə ötkəm əmir inadkarlığından, nə də taxt-tacım hifz etmək naminə bir çox «həmkarları» kimi «vaxtında» sövdələşmələr apara bilməməsindən deyil, məhz Gəncənin bu güclü milli-mənəvi, mühafizəkar mühitin öz məntiqindən doğurdu. XVIII əsrin sonlarında, sürətlə bir-birini əvəz edən siyasi hadisələr fonunda Gəncə xanı digər Azərbaycan xanları içərisində fəal mövqeyi ilə seçilirdi. Təbii ki, bunu çox mühüm hərbi-strateci mövqedə yerləşən xanlığın mənafeyi tələb edirdi. Cavad xanın siyasi portretinin əsas cizgilərindən biri də bu idi ki, o nəinki hadisələrin arxasınca sürünmür, əksinə siyasi iqlimə çox güclü təsir göstərməyi bacarırdı. Yaxınlaşan yeni təhlükə qarşısında Gəncə xanı antirus koalisiya yaratmağa çalışır. Hətta buna müəyyən qədər müvəffəq də olur. Gəncə, Qarabağ, Şəki xanları, Ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin şəxsi maraqlara qalib gələ bilməyən xanların fəaliyyəti bundan uzağa getmir. Həlledici anda Gəncə xanı qorxunc düşmən qarşısında tək qalır. Cavad xanın başçılığı ilə Gəncəlilər təcavüzkara qarşı bir aydan artıq müqavimət göstərirlər. 1804-cü il yanvarın 3-də rus generalı P.D.Sisianov Gəncə qalasına həlledici hücuma keçir. Cavad xan oğlu Hüseynqulu ağa ilə birlikdə hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur. Cavad xanın böyük oğlu III Uğurlu xan 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlubiyyətə uğrayır. 1826-cı ildə o, yerli əhalinin və İran qoşunlarının köməyi ilə Gəncəyə qayıdır. Lakin 40 gündən sonra şəhəri tərk etməli olur. Gəncə döyüşündən (13 sentyabr 1826-cı il) sonra əsir düşən Uğurlu xan bir müddət Stavropolda sürgündə saxlanılır. Türkmənçay sülhündən sonra İrana qaytarılır.1804-cü ilin yanvarında Gəncə rus qoşunları tərəfindən işğal edildikdən sonra bu qədim şəhər sanki boşalmışdı. Təkcə 3700 nəfər qalanı müdafiə edərkən həlak olmuşdu. Minlərlə gəncəli (o cümlədən Xanın yaxın qohumlarından 200 ailə) şəhəri tərk edərək Qafqazın digər xanlıqlarına və İrana köçmüşdülər. Əgər 1802-ci ildə Gəncədə əhalinin sayı 25700 nəfər idisə, işğaldan sonra, 1804-cü ildə bu rəqəm 5460 nəfərə enmişdi. Gəncənin keçmiş xan-bəy mülkləri Rusiya dövlətinin xeyrinə müsadirə olunaraq xəzinə hesabına keçirilir və həmin torpaqlar intensiv surətdə xristian əhalisi (əsasən ermənilər) ilə məskunlaşdırılırdı. Təsadüfi deyil ki, ermənilər 1803-cü ildə şəhərin əhalisinin cəmi 8,5 faizini təşkil etdikləri halda, 1808-ci ildə bu göstərici 36,2 faizə çatmışdı. (Bu göstəricilər, eləcə də yuxarıdakı tarixi hadisələr F. Əhmədovun «Gəncənin tarix yaddaşı» (Bakı, 1998) kitabından iqtibas edilmişdir).Rusiyaya xoşluqla birləşən xanlıqlardan fərqli olaraq Gəncədə xüsusi hərbi vəziyyət recimi tətbiq edildi. İnadkar şəhərin minillərin silə bilmədiyi adını da dəyişərək rus padşahının xanımının «ecazkar» ismini verdilər. Və bu qədim, comərd şəhər düz 114 il yad qadın adını daşıyası oldu. Amma ad dəyişməklə yaddaşları pozmaq mümkün deyildi. Doğma şəhəri üçün şəhid olan Cavad xan, Gəncənin əbədi simvoluna çevrildi. Xanlıqların suqutu ilə azərbaycanlılar keyfiyyətcə tamamilə fərqli bir tarixi mərhələyə qədəm qoydular. Çarizmin əsasən müstənləkəçi mahiyyətinə baxmayaraq, Avropa mədəniyyətinə çıxış üçün imkanlar yarandı. Bir əsr ərzində Azərbaycan xalqı milli təkamül, müasir mədəni dünyaya qovuşmaq yolunda əhəmiyyətli bir mərhələ keçmiş oldu. Bu mərhələdə də Gəncənin xüsusi çəkisi, müstəsna rolu var idi. Avropa mədəni dəyərlərilə milli ənənəviçiliyi (tradisionalizm) özündə heyrətamiz şəkildə sintez edən bu Cavad xan şəhəri XX əsrin əvvələrində milli ideyanın beşiyi oldu. Bunun məntiqi nəticəsi kimi ilk demokratik Azərbaycan Cumhuriyyətinin cücərtiləri Gəncədə boy verdi. Şərqdə ilk respublika qurucuları öncüllərinin əksəriyyəti də Cavad xanın Gəncəsinin yetirdiyi siyasi xadimlər idi. Onların arasında damarlarında birbaşa Ziyadoğlu xanlarının qanını daşıyanlar da az deyildilər. Cumhuriyyət doğma Gəncənin adını özünə qaytardı. Lakin Rusiyadakı formasını dəyişmiş mərkəziyyətçi recim Cavad xanın xanədanının işğalına bənzər bir şəkildə onun varislərinin yaratdığı Cümhuriyyəti də işğal etdi. Demokratik Azərbaycanı quranlar sırasında aparıcı mövqedə olan Gəncə liderləri, bolşeviklərin tərtib etdiyi təcili və sorğu-sualsız məhv ediləcək şəxslər siyahısında da birincilərdən oldular. Gəncənin adına «əl gəzdirmək» də unudulmadı. Bu dəfə bolşeviklərə heç cür təslim olmaq istəməyən üsyankar şəhər, qədimdə Gəncə ətrafında qadın hökmdarımız Tomris tərəfindən məğlub edilən Əhəməni padşahı Kirin adını təxəllüs seçmiş «alovlu proletar tribununun xatirəsinin əbədiləşdirilməsinə layiq görüldu».
|
Категория: Мои статьи | Добавил: ilka1 (29.01.2010) |
Просмотров: 553
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|