Çərşəmbə axşamı, 19.11.2024, 10:29
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 5
Qonaq 5
İstifadəçi 0

Məqalələr


Bəhlul Danəndə №13
Salam, əqraba.Bilirsən düşündüm ki, yəni öz xalqına düşmən olan başqa bir xalq varmı?Yəqin ki, tapılmz.
Mirzə kişi (dünənə qədər cinayətkar olan) indi polis məmuru olub hə deməli yamanca bu mövqeyə çatmaq üçün pul töküb, kişi əməlli başlı xərc çəkib, indi xərcini çıxartmaq vaxtıdı. Mirzə kişi çox fikirləşməyib sopasını əlinə alıb qonşusu Ələsgər əmini əzişdirməyə başlayır.Yazıq kişi ha əlləşir ki canını qurtarsın alınmır ki, alınmır.Ələsgər əmini basırlar dama üstünə bir 9 il də iş verirlər.Şirməmməd əmi də Mirzə kişini razı salandan sonra gedir Orusyətə.Burada Nataşayla, Olqayla, Annayla tanışlıqdan sonra qayıdır vətənə.Bazarda dükan götürüb evlənir.Orusyətdən gətirdiyi xəstəlikləri yaymağa başlayır.Şirməmməd əminin bazarda işi xod gedir.Bazar baytarını,Mirzə kişini yola verəndən sonra ölmüş heyvan cəmdəkləri, at və eşşək əti bazara axışır.Kişi gərək pulunu çıxarda axı.Ələsgər əmi isə qazamatda çürüyür. Baytarda bu sövdələşmədən pis qazanmır.Sadəcə arada bir gəlib ətləri (yoxlamadan) möhürləyir.Bazardan öz zəmbilini doldurub daşıyır.Bu zənbilin dolması üçün bütün tacirlər canfəşanlıq edib, baytar əmini boş yola salmırlar. Bir-İki ildən sonra Şirməmməd əmi olur “Məşədi”,”Kəlbəlayi” ətəyində namaz qıl.
İslam peyğəmbəri doğulması ərəfəsində Əbrəhənin qoşunları Kəbəni dağıtmaq isdəsələr də uca Allah buna yol verməmişdir.Bu hadisə Qurani kərimin Fil surəsində də bəhs edilir.Qəribə burasındadır ki, həmin Əbrəhənin məqsədi Kəbəni dağıtmaq və həccə gələn zəvvarları özünün tikdiyi yeni Kəbənin ətrafına toplamaq idi.Buna baxmayaraq məqsədinə nail ola bilmədi.Müasir dövürdə iran adlanan yerdə yeni Kəbə inşa edilmiş və insanlar ora axışmaqdadır.Əbrəhələr öz isdəklərinə nail olmuşlar indi insanların bəziləri Məşədə, Quma, Kərbəlaya getməkdədirlər.Bunun üçün isə uca Allah heç bir dəlil endirməmişdir.
Hə dostum İran adlanan yerdən də müasir Şeyx Nəsrullahlar* (Əhmədi Nejatlar, Xomeynilər) Kəlbəlayi Şirməmməd əmiyə fitva göndərirlər o,da avam cammatı aldatmağa başlayır.Mollaların yarısı fitvanı İran adlanan yerdən yarısı da Qafqaz müsəlmanları idarəsindən alır.Bunlar arasında da ki həmişə ixdilaf olur.
Dünəndə kənd Mollası fitva verəndə ki, Orusyətdən gələn qənd haramdır.Çox fikirə getdim dedim yəqin indi Bizim Şahmirzənin işləri şuluqdu.Zarafat deyil kişi Orusyətdən bir vaqon qənd gətirib.Amma ertəsi gün kənd Mollası kəndin qabağına çıxib belə bir fətva verdi ki, Orusyətdən gələn qənd haramdır amma onu gərək çaya batırıb bismillah çəkib ağzına qoyub çayla içəsən.Bu dəfə lap matım qurudu.
Yadıma daha birdən düşdü ki, Aşura günü baş yarmağı qadağan edəndən sonra bir sıra mollalar bunu müstəhəb** əməl kimi sayıblar.
Mənim kimi keflı İsgəndəri* isə “Vahabi” adı ilə damğalayır.
Bəli nə qədər ki, Şeyx Nəsrullahlar var, mənim kimi kefli İsgəndərlərə də ehtiyac duyulacaq.
*Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən iki obraz.
*etdikdə savab yazılan əməl.
Категория: Мои статьи | Добавил: ilka1 (03.02.2010)
Просмотров: 502 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]