Çərşəmbə axşamı, 19.11.2024, 10:28
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 6 Qonaq 6 İstifadəçi 0 |
|
Məqalələr
Kimliyimiz bəlkə Mu qitəsi ilə bağlıdır.
Yüksək bir mədəniyyət yaratdıqdan sonra batmış idimi? Atatürk bu qitə ilə niyə maraqlanmışdı?" Türklərin mənşəyini ortaya çixarmaq Atatürkün ən böyük istəklərindən biriydi. Türkiyə Cumhuriyyətinin ilk illərində Osmanlıların son dövrlərində Türklük üzərinə aparılan araştırmaları yığdı. Atatürkün istegi ilə bir çox elm adamı və araştirmaçı bu sahədə araştırmalar apardı. Xarici elm adamları dəvət edildi. 1930da Türk Tarix Qurumu quruldu. Çox zəngin vəsait və məlumatlar əldə edildi. Yenə də Türklərin haradan gəldikləri tam aşkarlıq qazanmadı. Maya Diliylə Türkcə Arasındakı Bənzərlik 1932də təqaüdçü General Tahsin Bəy Atatürkü ziyarət etdi. Maya dili ilə Türkcə arasındakı bənzərliklərdən bəhs etdi. Mayalar Meksikada yaşamışlar, Türklər isə Orta Asiyadan gəlmişlərdi. Aradakı uzaqlığa rəğmən, Qazi mövzuyla maraqlandı. Tahsin Bəyi Meksikaya elçi olaraq təyin edildi. Ona iki dil arasındakı bənzərlikləri ortaya çixarma vəzifəsini verildi. Tahsin Bəy Meksikaya getdi. Orada ona Amerikalı Arxeoloq William Niven 'in tapıntılarından bəhs etdilər. Maya dilinin mənşəyinin bu tapıntılarda olduğu anlaşılmışdı. Türkcə ilə Maya dilinin bənzərliyi bu tapıntılarda axtarılacaqdı. Bu tapıntılar Tahsin Bəyi çaşqına çevirdi. Çünki tapıntılar MÖ 200.000 ilə 70.000 illəri arasında Sakit okeanda yerləşmiş bir qitəni xəbər verirdi. Qitənin adı Mu idi. Avstraliyadan bir neçə dəfə böyük idi. Yüksək bir uyqarlığa yetişdikdən sonra zəlzələ və ya tufan nəticəsi batdıgı sanılırdı. İngilis Polkovnik Ceyms Churcward Hindistandakı tapıntıları Tahsin Bəyə məlumat olaraq təqdim etdi. Bunlar da Mu Qitəsi ilə əlaqədar idi. Churcward 50 il çalişmışdı bu tapıntıları çözə bilmək üçün. O bu mövzuda 5 kitab yazmış bir mütəxəssis idi. Tahsin Bəy, öyrəndiklərini, tapdıqlarını nizamlı olaraq Atatürkə bildirirdi. Atatürk Churcward ın Mu ilə əlaqədar kitablarını gətizdirdi və 60 nəfərlik bir tərcümə heyətinə Türkcəyə çevirmə əmrini verdi. Kitablar nəşr edilmədi. Yazı maşını ilə yazılaraq Atatürkün önünə qoydular. Atatürk mətnləri böyük bir diqqətlə oxudu. İnsanın yaradılışını izah edən hissələr ilə xüsusi maraqlanmışdı. Mu nun insanlığın ana vətəni olduğunu, əhalinin 64 milyona çıxdığının izah edən hissələrin altını xət çəkmişdi. Mu da keçən Tanrı anlayışıyla da yaxından ilgilənmiş, yaradanın insan ağılı ilə anlaşılamayacağı, şəkilləndirilməyəcəyi və adlandırılamayacağı üzərində durmuşdu. Tərcümələrdə Maya dili də daxil bütün dillərin Mu dilindən törədiyi ifadə edilirdi. Mu Qitəsinin batısını (qərb) izah edən hissədə xalqın "Ya Mu bizi qurtar." deyə bagğırdığına diqqət çəkərək Mu nun bir ilahi ad oldugu nəticəsinə gəldi. Mu mənşəli xüsusi ad və sifətləri, Öztürkcə ilə qarşılaşdıraraq (Kui: kögü : Ailə vs.) qeyd edirdi. Atatürk, əvvəl Türklərin kökünü və Mu dilinin Türkcə ilə bağlantısını incələmiş, sonra da Mu simvollarını Latın əlifbası ilə qarşılaşdırmışdı. Daha maraqlı olan Mu nun demokratiya ilə idarə edildiyi və günəş enerjisinin aydınlandırmada istifadəsini izah edən sətirlərin altını xətləməklə qalmamışdı öz qeydlərini də etmişdi. Bu gün bu kitablardan Qayıb Mu Qitəsi və Munun Uşaqları Anıtkabir kitabxanasında 1301, 1302 nömrə ilə qeydlidir. Tərcümə mətnləri isə kitabxanada 4 dosya halında saxlanılır. Atatürkün Mu ilə əlaqədar çıxardığı nəticələri nə yaziq ki tam olaraq bilməyirik. Təqaüdçü general Tahsin Mayatepek Meksikadakı araşdırmalarinda daha çox məlumatlar tapmışdı. Maya, Aztek və Inka mədəniyyətlərinin Türklərin istifadə etdiyi əşyalara bənzər əşyalar işlətdiyi Atatürkə bildirmişdi. Davullar, qalxanlar üzərlərindəki ay və ulduz simvollarına qədər bizimkilərə bənzəyirdi. Tahsin bəy Mayatepek, çalismalarını sənəd və fotoşəkillərlə 3 dərilik dəftər olaraq yığaraq Atatürkə göndərdi. Bunların ikisi 70lərə qədər TDK kitabxanasında idi. (Nömrə: 57-56) Üçüncü dəftər itib. Bu dəftərlərdə dini mərasim, ibadət və məbədlərin belə çaşılacak qədər benzerliyi göstərilirdi. Atatürkün 6 ay kimi bir sürədə Türkcəni Latın hərflərinə qovuşduracaq qədər məlumatlı və qabiliyyətli olduğu düşünülürsə, onun qətiliklə sıradan bir dil alimi və tarixçi olduğu düşünüləməz. Elə isə bu araşdırmaları da sıradan bir maraq ola bilməzdi. Yenə O, nəyi harada arayacağını hər kəsdən yaxşı bilirdi. Bu gün Atatürkün gizli qalmiş düşüncələri ilə birlikdə bu araşdırmalar da Anitkabirin səssizliyində yatmağa davam edir. Əgər həqiqətən var oldusa, Mu Qitəsinin qalıntılarının Sakit okeanın dərinliklərində durdugu kimi...
|
Категория: Мои статьи | Добавил: ilka1 (08.02.2010) |
Просмотров: 510
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|