Çərşəmbə axşamı, 19.11.2024, 08:39
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 14
Qonaq 14
İstifadəçi 0

Məqalələr


İrana Ermənistanın güclü olması niyə lazımdır?
Bu yaxınlarda Ermənistan prezidenti Serj Sərkisyanın İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçöhr Möttəki ilə görüşündə, ona İranın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyinə görə öz təşəkkürünü bildirməsi Azərbaycanda narahatlıq doğurmaya bilməzdi. Görəsən İran DQ məsələsində hansı mövqe tutub ki, Ermənistan rəhbərinin xoşuna gəlib? Yoxsa bu erməni siyasətinin tərkib hissəsidir? Bəlkə düşmən ölkənin prezidenti bununla Azərbaycanla İranın arasını vurmaq istəyir? Bu və ya digər suallara cavab almaq üçün sahə problemləri ilə bağlı araşdırmalar aparan gənc araşdırmaçı Elnur Eltürk ilə söhbət etmək qərarına gəldik.

“Bu gün heç kimə sirr deyil ki, İran-Ermənistan münasibətləri strateji səviyyədə inkişaf edir. Bir neçə gün bundan öncə Ermənistanın eks-prezidenti Robert Köçəryanın İrana səfər etməsinin arxasında duran əsas məsələlərdən biri də elə Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxarmaq cəhdlərindəndir” deyən Bakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Eltürk Təzadlar qəzetinin suallarına belə cavab verdi:

- İranın Azərbaycana olan münasibəti bəllidir. 1991 ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra İran rejimi narahat olmağa başladı. Bunu təbii qəbul etmək də olardı… İranın ən çox narahat olduğu faktor Guney Azərbaycan məsələsidir. İranda türklərin güc halına gəlməsində heç şübhəsiz ki, Quzey Azərbaycanın böyük təsiri var. Digər tərəfdən, azadlıq, istiqlalçılıq ideyaları İranda yaşayan hər bir türkün düşüncəsinin formalaşmasında müstəsna rol oynayır. Bu faktoru İran strateqləri gözə almaya bilməzlər. İran dövləti buna görə türkləri “vahid iranizm” ideyaları altında assimilyasiya etmək istəyir. Bəzi qüvvələr Dağlıq Qarabağın Azərbaycanın xeyrinə həll olunmasını istəmir. Sözdə isə, İran münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Ancaq maraqlıdır ki, İranın bəzi qəzet və informasiya agentlikləri, strateji mərkəzləri analitik yanaşmalarında Azərbaycanı Şimali İran adlandırırlar. Məsələn, “Səhər” kanalı əsas fəaliyyət istiqamətini antitürk yönümündə qurub. Hətta hər hansı bölgənin adını çəkəndə Şimalı İranın filan rayonu adlandırırlar… Bir neçə il bundan öncə, İranın xeyrinə casusluqda ittiham olunaraq həbs edilən “Səidin Dəstəsi” yaddan çıxmayıb. Faktlarla təsdiq olundu ki, bu dəstənin başcısı və digər üzvləri SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) təsirində olublar. Yəni İranda bəzi qüvvələr Azərbaycanın hər türlü inkişaf etməsini və bölgənin güc dövlətinə çevrilməsini qəbul etmirlər. Azərbaycanın xarici siyasətinin qərbyönümlü olması, ölkəyə yatırılan investisiyanın amerika-qərb şirkətlərinin payına düşməsi İranı qəzəbləndirir. Üstəlik, Azərbaycanın İsrail dövlətilə əlaqələrinin inkişaf etməsini qısqanclıqla qarşılayırlar. Halbuki bu, müstəqil dövlətin daxili işinə qarışmaq deməkdir. Keçən il İsrail prezidenti Şimon Peres Azərbaycana səfər edəndən sonra buna cavab olaraq Ermənistanın müdafiə naziri İrana dəvət olundu. Ermənistan Azərbaycanın ərazisini işğal etdiyinə görə, 1993-cü ildən Türkiyənin bu ölkə ilə sərhədləri bağlaması ölkəni çətin duruma salıb. Ermənistan blokadanı yarmaq üçün İranla əlaqələri inkişaf etdirməklə vəziyyətdən çıxmaq istəyir. Heç kimə sirr deyil ki, dünya iqtisadi böhranından ən çox ziyan çəkən ölkə Ermənistan olub. Bu yaxınlarda açıqlanan məlumata görə təkcə Guney Azərbaycandan Ermənistana 300 milyon dollar dəyərində mal dövriyyəsi olub. Guney Azərbaycanın iqtisadiyyatı Ermənistana yönəldilir. Azərbaycanlı sahibkarların Ermənistana iqtisadi yatırım qoyması üçün geniş təbliğat işi görülür. Bu, türkün əli ilə Ermənistanı ayaq üstə saxlamaqdır. Həmçinin İran Cənubi Qafqazda olan maraqlarını Ermənistan vasitəsilə qurur. Ermənistan zəif dövlətdir. Zəif dövləti də təsir dairəsində saxlamaq asandır. Hazırda İrana öz təsir dairəsində olan “güclü Ermənistan” lazımdır. Bu, İranın əsas strateji maraqlarından biridir. Çünki Ermənistanın güclənməsi İran üçün elə də təhlükəli deyil. Ancaq Azərbaycanın inkişaf etməsi İranın bölgədə dominat olma şansını sıfra endirir. İran son vaxtlar bölgədə fəal siyasət yürütməkdə maraqlıdır. Lakin İranı bu ərazilərə coğrafi-tarixi və siyasi-iqtisadi əlaqələr bağlayır. Digər tərəfdən isə İranın əsas narahatçılıqlarından biri də Türkiyənin Cənubi Qafqaz bölgəsində fəallaşmasıdır. Tehran rəsmi Ankaranın aktiv diplomatiya yürütməsini diqqətlə izləyir. Xüsusilə son bir ildə Türkiyə bölgədə yaranan separtçi münaqişələrin həll olunmasında fəal siyasət yürüdür. Bu da təbii ki, rəsmi Ankaranın nüfuzunun artmasına səbəb olmaqla yanaşı, Türkiyənin bölgədə söz sahibinə çevrilməsi deməkdir.

Tural

Qaynaq: Təzadlar qəzeti

Категория: Мои статьи | Добавил: ilka1 (12.02.2010)
Просмотров: 485 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]