Fil nə qədər böyük olur olsun ikiyə parçalandıqda irəliyə gedə bilməyəcək, qarışqa kiçik olmasına baxmayaraq bütöv olduğu halda irəliləyəcəkdir. Əbülfəz Elçibəy Bir sayt var, girib baxdım və məni dəhşət bürüdü fikirləşdim ki, bəlkə səhv edirəm dönə-dönə oxudum.Bu şəxsi bilmirəm necə adlandırım.Yəqin ki, bu şəxs heç özü də bilmədən düşmənlərimizə kömək etməkdədir.Hansı dövlət üçün işləməyi məlum olmasa da Azərbaycan xalqının düşməni olması heç şəkk oyatmır.Saytını rus dilində işlədiyi üçün demək olar ki, rusyaya çalışır.Bu şəxs öz saytında Azərbaycanın kiçik dövlətlərə parçalanmasına çalışır.Sizləri də bu saytla tanış etmək isdəyirəm. http://tolishpress.org/news/1029.html http://tolishpress.org/news/308.html http://tolishpress.org/news/1060.html Azərbaycadna müxtəlif milli azlıqlar mövcuddur və bu xalqlar müstəqil bir şəkildə bir-birləri ilə yaşayırlar.Hər bir dövlətdə az saylı xalqlar mövcuddur lakin onlar heç də öz dövlətlərinə qarşı çıxmırlar.Bu cür düşünən insanlar çox güman ki, bir-iki nəfər ancaq olar. Bütünlükdə götürdükdə mən heç inanmıram ki, cənub zonasında olan əhali müstəqil dövlət barədə fikirləşsin.Yəqin bu insan özünü dahi hesab edir ki, şəhərlərin adlarını coğrafi adları dəyişdirməyə çalışır. Azərbaycanın qədim tarixi adlarının bərpası tarix baxımından düzgün olar.Bunun üçün isə dövlət var və bu qərarları dövlət verir. Hər hansı bir şəxsin mövqeyi dövlətin mövqeyindən əsas ola bilməz. Nə qədər ki, içimizdə bu cür insanlar var , biz dildə, fikirdə və işdə birliyə nail ola bilməyəcəyik.
|