Məqalələr
Islam adı altında onu parçalamağa çalışanlar.
6 qadın məscidə kişilərin istifadə etdiyi qapıdan daxil olub və ayrı bir otaqda namaz qılmaq təklifini rədd edib.Məscidə olan 20 kişi qadınların onlarla birgə namaz qılmasına etiraz edib. İmam da kişilərə dəstək verib və namazı yarımçıq saxlayaraq qadınların çıxmasını istəyib. Kişilərin etirazı davam edib və olay yerinə polis gəlib. Polis qadınların məscidi tərk etməsini, əks təqdirdə onların həbs ediləcəklərini söyləyib. Məsciddən ayrılmaq məcburiyyətində qalan qadınlar etirazlarını polislərin baxışları altında küçədə namaz qılmaqla göstəriblər. Olaydan sonra açıqlama verən məscidin imamı qadınların qanuna qarşı çıxdıqlarını söyləyib. Məsciddəki kişilərdən biri qadınların hərəkətini “iyrənc” adlandırıb. Digəri isə qadınlara “gedin öz məscidinizi tikin!” deyə qışqırıb. Belə münasibətə qadınlar sərt reaksiya veriblər. Bu qadınlardan biri olan Fatima Thompson deyib ki, ,bu baryerlər aradan qaldırılmalı və qadınların kişilərlə birgə namaz qılmasına icazə verilməlidir: “Biz cinsiyyət ayrılığına qarşıyıq”.
|
Категория: Мои статьи | Добавил: defaultNick (10.03.2010) |
Просмотров: 496
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|