Məqalələr
Ərdoğandan sensasion açıqlamalar
ABŞ səfərindən qayıdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında Qarabağla bağlı şok sayıla biləcək informasiyalar verib. Qaynar.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan deyib ki, Azərbaycan tərəfi danışıqlarda ermənilərin işğal olunmuş Ağdam və Füzuli rayonlarından qoşunlarını çəkməyin əvəzində Ermənistanla sərhədləri açmağa razılaşacaq. Xatırladaq ki, daha öncə Azərbaycan Qarabağdakı komunnikasiya xətlərində yerləşən rayonların qaytarılması əvəzində sərhədin açılmasına razı olduğunu bildirmiş, Ermənistan tərəfi isə bunu qəbul etməmişdi. Füzuli və Ağdamın qaytarılması qarışılığında sərhədlərin açılması xəbəri isə Qarabağ münaqişəsi çərçivəsində səsləndirilən ən son şərtlərdəndir.
|
Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (15.04.2010) |
Просмотров: 628
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|