“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Polşanın “Wisla” komandası ilə qarşılaşıb. Krakovun “Qutnik” stadionunda keçirilən oyun Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə Vüqar Nadirov vurub. Qeyd edək ki, oyunun ikinci hissədə “Qarabağ”ın fərqənmək üçün bir neçə real imkanı olub. Lakin onlardan yalnız birindən istifaəd edili. “Visla” isə oyunun sonlarında hesabı bərabərləşdirə bilərdi. Amma qapıçımız Fərhad Vəliyev qola imkan verməyib. Oyunun 83-cü dəqiqəsində ikinci sarı kartla “Wisla”nın oyunçusu Qordan Bunoza meydandan qovulub. “Qarabağ” və “Wisla” arasında cavab oyunu avqustun 5-də Bakıda keçiriləcək.
|