Çərşəmbə axşamı, 19.11.2024, 06:25
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 23 Qonaq 23 İstifadəçi 0 |
|
Məqalələr
ermənilər Milli qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin şəkillərini internetdə yaydılar.
Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində TEHLER YAN adlı istifadəçi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb. Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Belə ki, Ermənistanın Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinin müraciətlərinə cavab olaraq həlak olmuş əsgərin meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olmadığını bildirmişdi. Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb. Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Müdafiə Nazirliyi Milli Qəhrəmanın şəkilləri ilə bağlı açıqlama verdi Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkillərinin internetdə yayılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, Azərbaycan tərəfi dəfələrlə və təkidlə şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama verib: “Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ay yarım müddətində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdiyi sorğulara yalan cavab verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı. Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki, beynəlxalq qurumlar şəkil məsələsini nəzarətə götürüb araşdırmalarını intensivləşdirəcək. Biz isə şəhidimizin meyitini almaq üçün səylərimizi davam etdirəcək və bu məsələdə bütün imkanlarımızı səfərbər etməkdə davam edəcəyik”. Qeyd edək ki, Mübariz İbrahimov Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2009-cu ilin avqust ayında hərbi xidmətə yollanıb. Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 hücuma keçən düşmənə qarşı böyük qəhrəmanlıq göstərib və saatlarla döyüşüb. 22 yaşlı əsgər 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçirərək düşmənin çox sayda əsgər və zabitini məhv edib. Ancaq düşmənlə döyüşdə əsgərin özü də şəhid olub və meyiti qarşı tərəfdə qalıb. Ermənilər indiyədək Milli Qəhrəmanın meyitini verməyiblər.
|
Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (03.08.2010) |
Просмотров: 1513 |
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|