Çərşəmbə axşamı, 19.11.2024, 06:27
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 26
Qonaq 26
İstifadəçi 0

Məqalələr


"Ermənilər Mübarizin cəsədini satsalar, alaram"

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov cəsədi erməni tərəfində qalan Milli Qəhrəman Mübariz İbrahimovun şəkillərinin sosial şəbəkə olan "Odnoklassniki.ru"da yayımlanmasını insanlıqdan uzaq addım adlandırıb. "Bu, ermənilərin vəhşiliyini bir daha sübut edir. Bu şəkillər onların yalan dediklərini ortaya çıxarır. Dərhal şəhidimizin cəsədini geri qaytarsınlar",- deyə Mübariz Mənsimov Türkiyənin "Hürriyet" qəzetinə açıqlamasında bildirib.
Məlum olduğu kimi "Palmali" Şirkətlər Qrupu oktyabr ayında suya endiriləcək gəmisinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verəcək. Şirkət rəhbəri Mübarizin ailəsinə hərtərəfli dəstək olacaqlarını da qeyd edib: "Onların yayında olacağıq".
Ermənilərə Azərbaycan xalqının səbri ilə oynamamağı məsləhət görən şirkət rəhbəri Mübarizin şəhid olmasından 55 gün keçdiyini xatırladıb: "Onun meytini geri qaytarmırlar. Bütün Azərbaycan və türk xalqı, hətta bütün dünya buna qarşı çıxır. Erməni faşistləri şəhidin əlləri bağlı cəsədinin şəkillərini internetə yerləşdirib ələ salırlar. Dünyanın hansı nöqtəsinə gedirsiniz gedin, müharibə ola bilər, amma insanlıq və insan haqları deyilən bir şey var. Bütün Azərbaycan xalqı və ailəsi Mübarizin meyitini gözləyir. Vətən uğrunda şəhid olan insanın Vətənində torpağa tapşırılmağa haqqı var. Mümkün qədər tez qəhrəmanımızın meyitini geri qaytarmalıdırlar".
Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin qanun çərçivəsində hərtərəfli səylərini davam etdirdiyini deyən Mübariz Mənsimov ermənilər şəhidin cəsədini satsalar, alacağını deyib: "Bu olduqca pis ifadədir, amma ermənilərdən belə addımı da gözləyirəm. Bütün dünya meyitin ermənilərdə olduğunu bilir. Daha nə qədər onu meytini saxlayacaqlar? Cəsədin üstündə oynayan erməni faşistlərinin hamısının ümid edirəm ki, Allah cəzasını verəcək. Bir tərəfdən də bu məsələ sülh yolu ilə həll edilməyəcək. Bir gün səbr tükənəcək. Hər şeyin bir həddi var. Öz adımdan ehtiyatda olan əsgər kimi çıxış edərək deyirəm ki, dolabımdan hərbi paltarımı çıxarıb müharibəyə gedərəm".

Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (15.08.2010)
Просмотров: 557 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]