Çərşəmbə axşamı, 19.11.2024, 08:35
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 12
Qonaq 12
İstifadəçi 0

Məqalələr


ƏHLİ BEYTİN FƏZİLƏTİ
Əhli-beytin fəziləti

1. Abdullah bin Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur:
Ne'mətləri ilə sizi bəslədiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Məni sevdiyiniz üçün əhli-beytimi sevin" (ət-Tirmizi; Mənaqib, 4042, hədis həsən, qəribdir).
Hər cür ne'mət verdiyi üçün, xəlq etdiyi üçün Allah sevilir. Allahı seviriksə, istər-istəməz peyğəmbərini sevəcəyik, çünki o, həbibullahdır Allahın dostudur. Dostun dostu sevilir. Peyğəmbərin ailəsinə sevgi isə peyğəmbərə olan sevgidən irəli gəlir.
2. Sa'd bin Əbu Vaqqas (Allah ondan razı olsun!) rəvayət edir: "Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "GƏLIN BIZ DƏ OĞLANLARIMIZI, SIZ DƏ OĞLANLARINIZI; BIZ DƏ QADINLARIMIZI, SIZ DƏ QADINLARINIZI; BIZ DƏ ÖZÜMÜZÜ, SIZ DƏ ÖZÜNÜZÜ ÇAĞIRAQ!" (Ali-Imran, 61) nazil olanda, Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım, bunlar da mənim ailəmdir" buyurdu" (ət-Tirmizi; Təfsir, Ali-Imran, 3002).
3. Ummu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) evinin qapısında oturduğum zaman bu ayə nazil oldu: "... SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ISTƏR!" (əl-Əhzab, 33).
Evdə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!), Əli, Fatimə, Həsən və Hüseyn vardı. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onları örtüklə bürüdü və: "Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə" dedi.
Mən dedim: "Ya Rəsulullah, mən əhli-beytdən deyiləmmi? Dedi: "Sən onsuzda (əslində, ümumiyyətlə) xeyirdəsən. Sən Peyğəmbərin arvadlarındansan" (ət-Tirmizi; Mənaqib, 3870).
Bu hədis əhli-beytin islam ümmətindəki ali dərəcəsini təsdiq edir.
Qur'anda buyrulan "əhli-beyt" kimdir məsələsində alimlər ixtilaf etmişlər:
1) Ibn Abbas, Ikrimə, Miqatil, Səid bin Cübeyr (Allah onlardan razı olsun!) kimi böyük səhabələrə görə əhli-beytə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları daxildir. Çünki əl-Əhzab surəsinin 28-34-cü ayələrində müraciət peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarına edilir: "YA PEYĞƏMBƏR! ARVADLARINA BELƏ DE: "ƏGƏR SIZ DÜNYA HƏYATINI VƏ ONUN DƏBDƏBƏSINI ISTƏYIRSINIZSƏ, GƏLIN SIZƏ TALAQ HAQQINIZI VERIM VƏ GÖZƏL BIR TƏRZDƏ BOŞAYIM! YOX, ƏGƏR ALLAHI, ONUN RƏSULUNU VƏ AXIRƏT YURDUNU ISTƏYIRSINIZSƏ, ALLAH IÇƏRINIZDƏN YAXŞI IŞLƏR GÖRƏNLƏR ÜÇÜN BÖYÜK BIR MÜKAFAT HAZIRLAMIŞDIR. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! SIZDƏN HANSI BIRINIZ AÇIQ-AŞKAR BIR ÇIRKIN IŞ GÖRSƏ, ONUN ƏZABI IKIQAT OLAR. BU, ALLAH ÜÇÜN ASANDIR! SIZDƏN HƏR KIM ALLAHA VƏ RƏSULUNA ITAƏT EDIB YAXŞI IŞLƏR GÖRSƏ, ONUN MÜKAFATINI IKIQAT VERƏRIK. BIZ ONUN ÜÇÜN TÜKƏNMƏZ GÖZƏL VƏ MINNƏTSIZ RUZI HAZIRLAMIŞIQ. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! ALLAHDAN QORXACAĞINIZ TƏQDIRDƏ SIZ (BAŞQA) QADINLARIN HEÇ BIRI KIMI DEYILSINIZ. BUNA GÖRƏ DƏ YAD KIŞILƏRLƏ YUMŞAQ DANIŞMAYIN, YOXSA QƏLBINDƏ MƏRƏZ (ŞƏKK, NIFAQ VƏ GÜNAH MƏRƏZI) OLAN TAMAHA (ÖZGƏ TƏMANANNAYA) DÜŞƏR. (DANIŞDIĞINIZ ZAMAN) GÖZƏL DANIŞIN. EVLƏRINIZDƏ QƏRAR TUTUN. ILKIN CAHILIYYƏT DÖVRÜNDƏKI KIMI AÇIQ-SAÇIQ OLMAYIN. NAMAZ QILIN, ZƏKAT VERIN, ALLAHA VƏ RƏSULUNA İTAƏT EDIN. SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ETMƏK ISTƏR! ALLAHIN EVLƏRINIZDƏ OXUNAN AYƏLƏRINI VƏ HIKMƏTI (PEYĞƏMBƏRIN QOYDUĞU QAYDA-QANUNU) XATIRLAYIN. ALLAH (MÖ'MINLƏRƏ) LÜTFKARDIR VƏ XƏBƏRDARDIR" (əl-Əhzab, 28-34).
Bu ayələrdən görünür ki, "ev" deyildikdə Peyğəmbər və arvadlarının yaşadığı məskənlər nəzərdə tutulur və müraciət arvadlaradır.
2) Səhabələrdən Əbu Səid əl-Xudri, Mücahid, Qatadə isə ev-əhlinin Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) olduğunu demişlər. Onların belə demələrinin dəlili "Siz ey ev əhli" ayəsində müraciət formasının ərəb dilinə görə zahirən qadınlara deyil, kişilərə olmasıdır.
Birinci rə'y tərəfdarları 2-ciyə belə münasibət bildirirlər ki, müraciətin qadınlara deyil, kişilərə olması dəlil ola bilməz, çünki bu ərəb dilinin bəlağətindən irəli gəlir. Bə'zən təkə cəm kimi, ikiliyə cəm kimi, qadınlara bir nəfər kişi kimi və s. formalarda müraciət edilir. Və Qur'anda bunlara sübutlar var. Məsələn əl-Maidə surəsinin 6-cı ayəsində dirsək və əlin iki olmasına baxmayaraq, "iki dirsəyi" və "iki əlinizi" deyil, cəm formada "dirsəkləriniz də daxil olmaqla əllərinizi" yuyun deyilir. Hansı ki, ərəb dilində "iki dirsəyi" və "dirsəklərinizi", "iki əlinizi" və "əllərinizi" sözlərinin müxtəlif deyiliş forması var. Eləcədə "topuqlar" sözü cəm formasında olmasına baxmayaraq, ayədə "iki topuq" kimi işlədilib. Həmçinin Qur'anda başqa yerdə Hud surəsinin 72-73-cü ayəsində: "(Ibrahimin arvadı): "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!" (Mələklər ona) dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstündə olsun..."deyilir. Burada da müraciət edilərkən, qadınlara xas olan "sizə" şəxs əvəzliyi kimi, "aleykunnə" əvəzinə "aleykum" kişilərə müraciət forması işlədilir. Hətta ərəb dilində "keyfə əhlukə" (arvadın, ailən necədir?) sualına "hum bixeyr" (onlar yaxşıdır) kimi cavab verilir. "Hum" isə kişi cinsinə aid şəxs əvəzliyidir.

Deməli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları əhli-beytə daxildirlər. Əgər müraciət forması kişilərədirsə, bəs Fatimə? Onda gərək Fatimə ev əhlinə daxil edilməsin.Yox, əgər Fatimənin əhli-beytə daxil edilməsinə səbəb onu Peyğəmbər öz əbasının altına salmasıdırsa, onda yalnız əba altına salınan 4 nəfər Əli,Fatimə,Həsən və Hüseyn (Allah onlardan razı olsun!) əhli-beytə daxildirlər. Bu da doğru deyil. Çünki əhli-beyt məfhumu geniş olub, ora çoxları daxildir.
Bu iki fikir arasındakı ixtilafların təfərruatını araşdırmamaq üçün 3-cü orta bir fikir var ki, o da budur:
3) Qurtubi və Ibn Kəsir kimi təfsir alimlərinə görə "Siz ey ev əhli" ayəsində zikr olunan "ev əhli"-nə həm Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları, həm də Əli, Fatimə, Həsən və Hüseyn (Allah onların hamısından razı olsun!) aiddir. Çünki, Ibn Abbas və başqalarının rəvayətləri də bildirir ki, Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) evində sakin olanlar onun arvadlarıdır və ayələrdə müraciət onlaradır. Digər tərəfdən Əli, Fatimə, Həsən və Hüseyn də (Allah onlardan razı olsun!) nəsəb və ailə baxımından əhli-beytə daxildirlər. Ayənin onların səbəbi ilə nazil olmasını bildirən rəvayətlər də bu fikirdə olmaq üçün dəlildir.
Hədisdə ikinci incə məsələ Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Ummu Sələməyə "sən (onsuzda, ümumiyyətlə) xeyirdəsən. Sən Peyğəmbərin arvadısan" deməsidir. Bunu iki cür yozmaq olar:
1-ci mə'na: "Sən onsuzda (əslində,ümumiyyətlə) xeyirdəsən. Mənim əhli-beytimdən olduğuna görə, bir də örtüyün altına girməyə ehtiyacı yoxdur". Onun örtüyün altına salınmasının qarşısını alan Əlinin (Allah ondan razı olsun!) örtüyün altında olmasıdır.
2-ci mə'na: "Sən əhli-beytimdən olmasan da xeyirdəsən". Çünki o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarındandır.
Alimlərin fikrinə görə birinci mə'nada yozma daha mö'təbər sayılır. Çünki başqa rəvayətlər qadınlarını əhli-beytə aid edib. Doğrusunu Allah bilir.
4. Ənəs bin Malik (Allah ondan razı olsun!) rəvayət edir: "SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ISTƏR!" (əl-Əhzab, 33) ayəsi nazil olanda Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) namaza gedərkən 6 aya yaxın bir müddətdə Fatimənin (Allah ondan razı olsun!) qapısından keçərkən: "Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!" deyərdi". (ət-Tirmizi; Təfsir, əl-Əhzab, 3204).
5. Aişə (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər" (əl-Əhzab, 33). (Müslim; Fadalius- səhabə, 61/2424).
6. Yezid bin Həyyan rəvayət edir: "Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın (Allah ondan razı olsun!) yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: "Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərindən danış. Dedi: "Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərimdən bə'zilərinin unutmuşam. Indi rəvayət edəcəklərimi qəbul edin, susanda məcbur etməyin:
Məkkə və Mədinə arasında "Xum" adlanan yerdə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: "Ey insanlar! Mən ancaq bir bəşər övladıyam. Rəbbimin elçisinin gəlib ona cavab verəcəyim, qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birinci Allahın hidayət və nur olan kitabı Qur'andır. Allahın kitabını tutun və ondan möhkəm yapışın". Qur'an haqqında rəğbətləndirici sözləri söylədikdən sonra dedi: "Ikinci əhli beytimdir. Əhli beytim haqqında Allahdan qorxmağınızı, xəta etməməyinizi yadınızda saxlayın" deyərək bunu 3 dəfə təkrarları.
Hüseyn: "Ey Zeyd, əhli beyti kimdir? Arvadları əhli beytdən deyilmi?" deyərək soruşdu.
Zeyd dedi: "Qadınları da əhli beytdəndir. Lakin, əhli-beyt özündən sonra sədəqə almaları haram olan kəslərdir" dedi. Onlar kimdir?? deyəndə:
Zeyd dedi: "Əlinin ailəsi, Aqilin ailəsi, Cə'fərin ailəsi, Abbasın ailəsidir".
Hüseyn: "Onların hamısına sədəqə haramdır" soruşanda, Zeyd: "Bəli" dedi" (Müslim; Kitabul- fadail, 2408).
Hədisi rəvayət edən Yezid bin Həyyan güvənilmiş rəvayətçidir. Orta yaşlı tabiinlərdən səhabələri görənlərdəndir.
Zeyd bin Ərqam Rəsulullahla (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) 17 döyüşdə iştirak edib. Peyğəmbərdən 70 hədis rəvayət edib, hicrətin 56-cı ilində Kufədə vəfat edib.
Hədisdəki "sədəqə" sözündən məqsəd zəkatdır. Bu hədis başqa rəvayətdə belədir:
7. Yezid bin Həyyan, Zeyd bin Ərqamdan (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah buyurmuşdur ki: "Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm ki, birincisi Allah-Təalanın Kitabıdır. O, Allahın ipidir. Kim ona bərk yapışsa, tabe olsa, o , hidayət üzrədir (doğru yoldadır), kimdə onu tərk etsə zəlalət üzrədir (yolunu azar). Ikinci itrətim, əhli beytimdir". Biz dedik: "Qadınları əhli-beytdəndirmi?" Dedi: "Xeyir. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullahın əhli-beyti, nəslindən olub özündən sonra sədəqə haram olan, ata tərəfdən olanlardır". (Müslim; Fadail- səhabə, 2408).
Yuxarıda, 3 nömrəli hədisin şərhində "əhli-beyt kimlərdir?" ixtilafını azacıq araşdırdıq.

6-cı və 7-ci hədisdə zahirən görünən ziddiyyət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarının ümumən, Əli, Aqil, Cəfər və Abbasın ailələrinin (Allah onlardan razı olsun!) isə xüsusi olaraq əhli-beytə daxil olmasından irəli gəlir.
Sual yarana bilər ki, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbası ilə Əli, Fatimə, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) örtmüşsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı halda həmin hadisədə (əba altına salınma) olmayıblarsa, əhli-beytə necə daxil edildilər? Belə izah etmək olar ki, peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) salınmasına baxmayaraq sonrakı nəsillərində əhli beytə aid edilməsinə səbəb onların Əlinin ailəsi və ata tərəfdən yaxın olmalarıdır. Bu onu göstərir ki, əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) daxil deyil.
Ixtilafın araşdırılmasını "sədəqə kimlərə verilməlidir" yönümündən də aparsaq müəyyən təzadları görmək olar.
Şübhə yoxdur ki, hər bir kişinin arvadı boşanmayıbsa o, onun ailəsinin üzvüdür. Lakin peyğəmbərin arvadları boşanmış olarsa başqa kişilərə onlarla evlənmək haramdır: (Əhzab 6)
Hədisdə peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) bizə tərk etdiyi ikinci əmanət əhli-beytidir. Əhli-beytinə yardım etmək, onları "zəkat malı alan" vəziyyətə salmamaq hədisin qayəsidir.
Bu hədislər və onların şərhləri göstərir ki, "ev əhlinə kimlər daxildir" sualının cavabı belədir: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları, Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələri (Allah onlardan razı olsun!) onun ev əhlinə daxildir.
8. Ibn Ömər (Allah ondan razı olsun!) Əbu Bəkirin (Allah ondan razı olsun!) belə dediyini rəvayət edir: "Məhəmmədə əhli-beytinin içində hörmət edin".
(Buxari: Kitabul- fadail əshab 12/60, 24/91).
Əbu Bəkr (Allah ondan razı olsun!) bu cür müraciət edərək Rəsulullahın (Allah ondan razı olsun!) hörmətini əhli-beyt arasında saxlamağa çağırmışdır.
Hədisdə, Rəsulullahın əhli-beytinə hörmətə, sevgiyə, əhli-beytini ucaltmağa işarə vardır. Bu "əhli-beytə əziyyət verməyin, pis söz deməyin" deməkdir.
Ev sahibini sevən o evin ailə üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin o ev sahibini narahat edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Bunun kimi də peyğəmbər üçün əhli-beytini sevməli və yaxşılıqdan başqa bir şey onlar haqqında düşünməməlidir. Ilk müsəlmanların tövsiyyələri belə olmuşdur.
Allah bizi onların sevgisi ilə yaşatsın və öldürsün!
Allah bizi onlarla həşr etsin!
Amin!

Категория: Мои статьи | Добавил: ilka1 (16.08.2008)
Просмотров: 583 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]