Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 11 Qonaq 11 İstifadəçi 0 |
|
Məqalələr
Axı sən niyə bu günə qaldın Azərbaycan ?!
Ermənilər Bakıdadır… Bu, təzə xəbər deyil. Onlar artıq şəhərimizi «su yolu»na döndərməkdədirlər. İdmançıları gəlir, siyasətçiləri gəlir, jurnalistləri gəlir, hətta Qarabağın işğalının fitvasını verən katalikosu da gəlir. Yəni, biz artıq belə-belə zadlara öyrəncəliyik. Mən hələ illərdən bəri MTN-in təcridxanasında (guya) yağ-bal içində bəslədiyimiz erməni ailəsini, könüllü şəkildə təslim olan erməni əsgərlərini demirəm. Mən hələ minlərlə «kişilərimizin» erməni qadınlarını evlərinin xanımına çevirməsindən, azərbaycanlı qadınları isə onlara qulluqçu tutmalarından danışmıram… Hansısa ağzıgöyçək qayıdıb deyəcək ki, "nə olar gələndə, beynəlxalq tədbirdir də. Dünyanın gözünün qabağında biabır olmayacağıq ki… Avropa Şurası baxır, ATƏT baxır, Obama baxır… İkincisi, bizimkilər də gedir də İrəvana. Gedib al-verlərini eyləyir, erməni konyakından vurur, nostalji hisslərə qapılıb, keçmiş illər haqqında tostlar deyir, vaxtilə yaşadıqları ata-baba yurduna baş çəkir və sonda da Haykanuş «ana»nın əlini öpüb, geri qayıdırlar…Nə olar, burada nə var ki…" Cavab olaraq bildirim ki, qalib dövlət nümayəndələrinin, indiki halda ermənilərin (istəsək də, istəməsək də bu, faktdır) məğlub dövlətin paytaxtına səfərlər təşkil etməsi, gəlməsi-getməsi onlar üçün qəbahət deyil, fəxarət sayılır. Bu, barışıq və münasibətləri yumşaltmaq görüntüsü yaratmaq nöqteyi nəzərindən, beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək baxımından onlar üçün faydalıdır. Bu, onlara lazımdır. Çünki, onların bizdən alacaqları, bizdən istəyəcəkləri, umacaqları heç nə yoxdur. Amma bizim onlardan alacağımız, almalı olduğumuz Qarabağımız var, İrəvanımız var, Göyçəmiz, Zəngəzurumuz var, minlərlə şəhidimizin qanı var və nəhayət ki, Milli Qəhərəmanımız Mübariz İbrahimovun meyiti var. Biz bunları almamış nə Ermənistana getməli, nə də erməniləri Azərbaycana buraxmamalıyıq! Heç bir halda buraxmamalıyıq! Hərdən şairlərimiz, yazıçılarımız, alimlərimiz, siyasətçilərimiz, müğənnilərimiz, hətta kəndçimiz Hətəm kişi də deyir ki, "bu gün hər kəs qarabağlı olmalıdır. Bu gün Azərbaycan Qarabağ, Qarabağ isə Azərbaycan deməkdir. Qarabağ işğaldan azad edilməmiş heç kəs rahatlıq tapmamalıdır…". İnsafən yaxşı sözlərdir. Amma çox təəssüf ki, yalnız sözlərdir. Çünki belə-belə zadları görəndə mənə elə gəlir ki, bu gün Azərbaycanda qarabağlı yoxdur (yoxsa hər kəs Qarabağdan əlini üzüb!?), Akif Nağıdan və onun ətrafındakı beş-altı adamdan başqa. Çünki hər dəfə belə bir hadisə olanda biz yalnız milli polislərimizin məhz onu və o biçarə beş-altı adamı dubinkalayıb maşına basdıqlarını görürük. Və çox yəqin ki, ermənilər də baxıb gülür və istehza edirlər: "Ara, Akif Nağıdan başqa Qarabağ heç kəsə lazım deyilmiş ki..."
|
Категория: Мои статьи | Добавил: defaultNick (12.10.2010) |
Просмотров: 552
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|