Bazar, 28.04.2024, 00:34
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


Ferqüsson Cüneyt Çakırı sərt ittiham etdi


"Mançester Yuneyted"-in texniki direktoru Aleks Ferqüsson, türkiyəli referi Cüneyt Çakır haqqında sərt açıqlamalar verib

Bakuinfo.Az dünya mətbuatına istinadən xəbər verir ki, 71 yaşındakı şotlandiyalı texnik, "Real Madrid" ilə oynanan matçın 56-cı dəqiqəsində Nanini oyundan qovan Cüneyt Çakır haqqında matçdan əvvəl də şübhələrinin olduğunu deyib.

"Real Madrid"ə məğlubiyyətdən sonra ilk dəfə mətbuata açıqlama verən Ferqüsson, "Bu tərz uğursuz hadisələr yaşadıqdan sonra futbola olan inamı saxlamaq həqiqətən çox çətindir. Cüneyt Çakır haqqında matçdan əvvəl də də şübhələrim var idi. Hətta bunu texniki heyətimizə də bildirmişdim. Lakin olan oldu. Bu dəqiqədən sonra edəcək bir şey yoxdur. Artıq önümüzə baxmalıyıq" deyib.

"Nani özünü günahkar hiss edir"

Ferqüsson oyundan qovulan Nani haqqında da danışıb: "Nani oyundan qovulduğu üçün çox kədərli idi. Hətta o, böyük səhv etmiş olsa belə, birlikdə bunu ötürməyi bacarmalıyıq. Onsuz da mənə qalsa, səhv bir hərəkət də etmədi. Ona bu mesajı verib, toparlanmasına yardımçı olacağıq" sözləri ilə Ferqüsson ən qısa zamanda portuqaliyalı oyunçunu geri qazanacaqlarını bildirib.
Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (08.03.2013)
Просмотров: 757 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]