Çərşəmbə axşamı, 19.11.2024, 08:20
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 6 Qonaq 6 İstifadəçi 0 |
|
Məqalələr
Əbu Bəkr məscidinin imamı Şeyx Qamət Süleymanın din qardaşlarına müraciəti.
Bismillərhir Rahmənir Rahim. Hörmətli müsəlman qardaş və bacılar ! Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu! Məscidimizdə baş verən son hadisə bizim üçün böyük bir imtahan olmuşdur. Bu hadisə zamanı iki qardaşımız şəhid olub, digər bir neçə nəfər isə müxtəlif xəsarət almışlar. O cümlədən mən də xəsarət almışam. Hal-hazırda əlhəmdulillah vəziyyətim yaxşıdır. Məscidin fəaliyyətinə gəldikdə isə, istintaq işləri davam etdiyinə görə müvəqqəti olaraq məscidin hadisə baş verən mərtəbəsi bağlanmışdır. Lakin yaxın vaxtlarda fəaliyyəti tam bərpa olunacaqdır. Mən sizin hər birinizi bu bəlaya qarşı səbirli və təmkinli olmağa çağırıram. Artıq olan olub, indi gərək biz təmkinlə davranaq və həmin cinayətkarları axtarıb tapaq. Ona görə sizdən xahiş olunur ki, əgər kimsə onlar barədə məlumat əldə edərsə, yaxud hadisə baş verərkən kimisə görübsə dərhal bizə və ya hüquq mühafizə orqanlarına bu barədə məlumat versin. Çünki onları tapmaq vacibdir və bu bizə mütləq lazımdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.
|
Категория: Мои статьи | Добавил: ilka1 (20.08.2008) |
Просмотров: 544
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|