Çərşəmbə axşamı, 19.11.2024, 08:13
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 1 Qonaq 1 İstifadəçi 0 |
|
Məqalələr
Ateistlər eksperimentin hazırlığına 10 il vaxt və 9 milyard dollar xərcləyiblər
Bu gün dünya elmi tarixində ən mühüm elmi eksperimentə start verilib. İsveçrə - Fransa sərhədində, yerin altında yerləşdirilmiş Böyük Adron Kollayderi işə salınıb. "Qanar.info"-nun BBC-yə istinadən verdiyi xəbərə görə, CERN adlı Avropa elmi mərkəzi hissəciklər fizikası və maddənin təbiəti haqda ən fundamental suallara cavab axtarmaqdadır. 27 kilometr radiusu olan çevrə tunellə atom zərrəciklərini işıq sürətilə hərəkət etdirməklə, alimlər Kainatın "Böyük Partlayış" deyilən nəzəriyyə əsasında mümkün yaranma mexanizmini tədqiq etmək istəyirlər. Lakin bəzi alimlər bu sınağın təhlükəli olması barədə xəbərdarlıq ediblər. Onlar deyirlər ki, protonları işıq sürətilə bir-birilə toqquşduranda, təhlükəli qara dəliklər yarana bilər. Eksperimentə hazırlığa 10 il vaxt gedib və ona 9 milyard dollar xərclənib. Alimlər ümid edirlər ki, uzunluğu 27 kilometr olan Böyük Adron Kolayderi protonları işıq sürətilə hərəkət etdirə biləcək. Alimlərin məqsədi əks istiqamətdə işıq sürətilə hərəkət edən protonları toqquşdurmaqdır. Ümid edilir ki, bu toqquşmada atomun qurulmasında nəzəriyyələrə görə iştrak etməli olan və hələləlik bu səəbəbdən nəzəri sayılan hissəçiklərin mövcudluğu eksperimental yolla sübut oluna bilər. Alimlər ümid edirlər ki, bu hissəciklər bir sıra nəzəriyyələrin isbatına kömək edəcək. Müasir hissəciklər fizikasının əsas suallarından biri - kütlənin haradan yaranması sualıdır. Bundan başqa gizli maddə və gizli enerjini izah edən superağır hissəciklərin mövcudluğuna da dəlil tapılacağı ehtimal edilir. Lakin CERN-in bəzi tənqidçiləri narahatdırlar ki, belə ağlasığmaz miqyasda konsentrasya edilmiş qüvvə kiçik qara dəliklərin yaranmasına səbəb ola bilər. Güya, həmin qara dəliklər yeraltı laboratoriyanın hüdudlarından çıxaraq, böyüyə və kainatı məhv edə bilər. Lakin CERN alimləri bütün təhlükəsizlik tədbirlərini gördüklərini israr edirlər. Onlar deyirlər ki, qara dəliklər peyda olsa belə, dərhal yox olacaqlar. Professor Tecinder Virdi CERN-in deteksiya sınaqlarından birində işləyir. O hesab edir ki, elm və təbiətdən alınan dəlillər, hər hansı təhlükənin olmadığını göstərir: "Bəzi ehtimal nəzəriyyələri sınaq zamanı qara dəliklərin peyda olacağını iddia edir. Lakin bu baş versə belə, həmin fenomenlər dərhal dezinteqrasiyaya məruz qalacaq. Kosmosda daimi bundan da böyük toqquşmalar baş verir, lakin hələ ki, kainat durur". Alimlər deyirlər ki, bu sınaq fizikanın qanunları barədə tam yeni anlayışlar ortaya çıxara bilər. Yeni informasiyanın o qədər nəhəng miqyasda olacağı düşünülür ki, detektorlardan gələcək informasiyanı yerləşdirmək üçün, internetin daha yeni forması hazırlanmaqdadır. // T.İsmayılov, QayNar
|
Категория: Мои статьи | Добавил: ilka1 (10.09.2008) |
Просмотров: 512
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|