Çərşəmbə axşamı, 19.11.2024, 08:41
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 19
Qonaq 19
İstifadəçi 0

Məqalələr


SUFİLƏR-2 ( ZAHİDİN ARVADI )

Cəlaləddin Rumi (Mövlanə)

“Məsnəvi 5-ci cild”

Zahidin arvadı.

Bir zahidin qısqanc bir arvadı, bir də huri kimi cariyəsi var idi. Qadın qısqanclığından ərini gözətləyir, cariyə ilə heç vaxt yalnız bıraxmazdı. Qadın bir müddət onların ikisini də güdüb, yalnız qalmalarına fürsət vermədi.
Nəhayət Tanrının qəza və qədəri gəlib çatdı.Qoruyucunun ağlı çaşdı getdi.Tanrı hökmü, Tanrı təqdiri gəlincə ağıl nə edə bilər ki? Ay belə tutular.Qadın hamama getmişdi.Birdən hamam tasını evdə unutduğunu xatırladı.
Cariyə bu sözü eşidincə,ağasıyla görüşə biləcəyini düşünüb sanki canlandı.Ağam indi evdə təkdir deyib sevinə-sevinə evə qaçdı.Cariyə altı ay idi ki,ağasını tək tutmaq istəyirdi.Bu sevdada idi.Sanki uçaraq evə gəldi.Ağasını evdə tək tapdı.
Şəhvət iki aşiqi elə bürümüşdü,ikisinində gözləri elə tutulmuşdu ki,ehtiyatlı olmağı ağıllarına belə gətirmədilər.Evin qapısını bağlamadılar.
İkisidə nəşə ilə qucaqlaşdılar,birləşdilər.Sanki o anda,iki can bir oldu.Bu vaxt hamamda qadının ağlına gəldi ki, necə olub ki, mən bu qızı evə yolladım.Sanki öz əlimlə atəşi pambığın içinə atdım.Qoçu qoyunun üzərinə buraxdım.
Başındaki köpüyü tez yudu, cansız halda cariyənin ardınca getdi.Gah qaçır,gahda çarşabını bağlayırdı.Cariyə can sevgisi ilə qaçmışdı,bu isə qorxusundan qaçırdı.Eşq harada?qorxu harada?Aralarında nə qədər fərq var?
Arif hər an padşahın taxtına qədər çatar.Zahid isə gedər, gedər bir ayda tam bir günlük yol gedər.Zahidində şərəfli bir günü yox deyildir,vardır.Vadır amma onun günü haradan əlli min illik olacaq.İş sahibinin ömründə hər gün,bu cahan illərincə əlli min ildir.Ağıllar bu sirri anlamaz,qapı arxasında qalarlar.Bu sirr vəhmin ödünü partladacaqsa,qoy partladsın.Eşq qarşısında zərrə qədər də qorxu yoxdur.Eşq məzhəbinə hər kəs qurbandır.Eşq Tanrı sifətidir.Fəqət qorxu isə,şəhvətə sarılmış qulun sifətidir.
Quranda “Onlar Tanrını sevərlər”sözünü oxudunmu?Bu söz “Tanrıda onları sevər”sözünə bərabərdir.O halda məhəbbəti də,eşqi də Tanrı sifəti bil.Əzizim qorxu Tanrı sifəti ola bilməz.Tanrı səfəti harada?Bir ovuc torpağın sifəti harada?Sonradan yaradılanın sifəti harada?O,əvvəli və sonu olmayan Tanrının sifəti harada?
Eşqin sifətlərini saymalı olsam yüz qiyamət qopar yenədə bitməz.Çünkü qiyamətin qopacağı zaman bir dəfədir,dünyanın da sonu bircə dəfədir.Fəqət Tanrı sifətinin sonu vardırmı?Eşqin beş yüz qənədi vardır.Hər qənədi, ərşdən yerə qədər bütün kainatı örtər.
Qorxaq zahid ayağı ilə qaçmağa çalışar.Aşiqlərsə şimşəkdən də sürətli uçarlar,yeldən də.Eşqin dərdi göy üzünü döşəmə edər.Zahid bu məqama şata bilməz.Yalnız Tanrı işığının inayəti gəlib çatsa,onda bu aləmdən və yürüyüşdən xilas ola bilər.
Öz quşundan,xəyalından,dedi-qodusundan xilas ola bilər,padşaha yol tapa bilər uca doğan quşu.Bu dedi-qodu cəbir və ixtiyaridir.Sevgilinin cazibəsi,bu ikisinin ardından gələr.Qısası o qadın evə çatıb qapını açdı.Qapının səsini eşidincə,cariyə pərişan bir halda sıçradı,kişi də namaza durdu.Qadın cariyəni pərişan,çaşqın və solmuş halda,ərini isə namaz qılan görüb şübhələndi.Dərhal ərinin paltarının ətəyini qaldırdı.Nə görsə yaxşıdır?Aləti və xayaları məni içində.Artıq qalan məni alətindən damlamaqda,baldırı,dizi pislik içindədir.
Başına vurub dedi ki;Ay hərif namaz qılan adamın xayaları belə olar?Bu alət,bu çeşid pislik içində olan bud və qasığ Tanrını anmağa layiqdirmi?
Sən insaf et.Zülm, pislik, küfür və kinlə dolu olan əməl dəftəri sağ tərəfindən verilməyə layiqdirmi ?Kafirədə bu göy üzünü,bu xalqı və bu aləmi kim yaratdı deyə sorsan,Tanrı yaratdı deyə cavab verər.Yaratmaq Tanrıya layiqdir,Fəqət onun küfrü,bir xeyli pisliyi və töhmətləri bu çeşid iqrarla bir araya sığarmı? O pis,çirkin hərəkətlər,o nöqsan işlər,bu çeşid iqrarla bir araya sığarmı?İşi, iqrarını yalanlayar.Buna görədə o,qorxu əzabına layiq olar.Məhşər günü,hər gizli şey,meydana çıxar.Hər bir günah özü-özlüyündə insanı rəzil edər,əli ilə ayaq dilə gələr.Tanrı hüzurunda onun pisliyinə şəhadət edər.Əl mən belə oğurladım deyər,dodaqlar mən belə soruşdum deyər.Ayaq mən şəhvətə belə qaçdım,fərc mən belə zina etdim deyə şahidlik edər.Göz mən harama belə baxdım,qulaq mən pis söz eşitdim deyərlər.Sözləri başdan sona qədər yalan olar,bədən üzvləri yalanını meydana çıxardar.Necə ki,namazın da yalanı,xəyaların şahidliyi ilə meydana çıxdı.
O halda elə hərəkət et ki,dilsiz, dodaqsız şahidliyin,şəhadət edərəm deməyinin özü olsun.Bütün bədən,hər bir üzv faydana şəhadət edərəm desin,ey oğul.Qulun ağasının ardınca getməsi,mən buyruğa tabeyəm,bu da mənim ağamdır deməsidir.Ömür dəftərini qaraltdınsa,öncə etdiklərinə tövbə et.
Ömürün keçdi isə,kökü dəmirdən olan bu ömür ağacını tövbə ilə sula.Ömürün kökünə həyat suyu tök ki,ömür ağacın çiçəklənsin.Bütün keçmiçdəkilər bu tövbə ilə yaxşılaşar,keçən ildəki zəhər,buna görə şəkərə çevrilər.Tanrı pisliklərini yaxşılığa çevirər.Keçmişdəki bütün günahların ibadət olar.Şeyx Nasuh tövbəsinə sarıl və canla başla buna sarıl.Bu Nasuh tövbəsini sənə danışım,dinlə.İnanmısan,amma yenidən inan.

Категория: Мои статьи | Добавил: ilka1 (14.09.2008)
Просмотров: 635 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]