Cənnətə girmək üçün 30 səbəb Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa, 1) Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar (Əhzab, 70-71)
Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (s.ə.s)-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir. (Xütbətul Hacc adı ilə məşhur olan bu duanı, Cümə xütbələrində və bütün söhbətlərində oxuyan Rəsulallah (s.ə.s) birbaşa əshabına da öyrətmişdir. (Muslim, 867; Nəsai, 3/188)
Müqəddimə
Şübhəsiz, həmd Allaha məxsusdur. Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz. Allahdan başqa heç bir ilah olmadığına və şəriki də olmadığına şəhadət gətirirəm. Məhəmməd (s.ə.s)-in Allahın qulu və elçisi olduğuna da şəhadət gətirirəm.
Cənnətə girmək üçün otuz səbəb adlı bu risalədə Allahın fəziləti ilə- failin cənnətə girməsinə səbəb olan əməllərin zikr edildiyi bir çox ayə və səhih hədisləri topladım. Ancaq burada etiqadı nə qədər olursa olsun bir insan sayılacaq əməlləri yerində yetirdiyində bu əməllər onun cənnətə girməsinə kəfildir mənası qəsd edilmişdir.
Mömin olan kimsədən başqası cənnətə girməz. Kafir və ya müşriklərdən biri (Allaha imanın xaricində) bu əməllərdən bəzisini və ya hamısını yerinə yetirsə o kimsəyə faydası toxunmayacaq və o kimsə cənnətə girməyəcək. Çünki Allah belə buyurur: (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! (Zumər, 65)
Allah kafirlərdən bəhs edərək belə buyurur: Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Furqan, 23)
Buna görə İslam hər əməlin qəbul edilməsi üçün lazım olan ilk şərt olmuşdur. İkinci şərtə gəlincə Allahın yanında əməlin qəbulu üçün, Allaha edilən əmələ səmimiyyətin də dostluq etməsi lazımdır. Yəni əməl edən kimsənin əməli ilə hər hansı bir varlığı qəsd etməməsi və o əməli ilə sadəcə Allahın Üzünü qəsd etməsi lazımdır. Bunun dəlili Rəsulallah (s.ə.s)-in : Şübhəsiz Allah, xalis olan və sadəcə öz Üzü istənilən əməli qəbul edər barəsindəki hədisidir. Əməlin qəbul olunması üçün lazım olan üçüncü şərtə gəlincə: O da Rəsulallah (s.ə.s)-ə tabe olmaqdır. Bu səbəblə bu risalədə Rəsulallah (s.ə.s)-in sabit və səhih hədisləri üzərində ittifaq etdim.
Uca Allaha gözəl isimlərlə və uca sifətlərlə təvəssül edər, bu və bütün əməllərimizi öz Üzü üçün xalis etməsini diləyirəm.
Bu əməllə məni və bütün müsəlman qardaşlarımı faydalandırılmasını; bunun əcrini (salamatlı bir qəlb gətirən xaric mal və oğulların fayda vermədiyi) qiyamət günündə mənə, atama və anama yazmasını istəyirəm. Bu risalədə doğru dedimsə o Allahdandır, Onun fəziləti ilə olmuşdur. Xəta etdimsə o, məndən və şeytandandır.
1-2 İman və səhih əməl işləmək
Qurani Kərimdə iman, Allahın izni ilə cənnətə çatdıran səbəblərin ən mühümü olaraq gəlmişdir. Bununla bərabər o daima saleh əmələ bitişik olaraq xatırlanır, əməlsiz olaraq xatırlanmır. Quranda imanın saleh əmələ bitişik olmadan cənnətə girməyə səbəb olduğu zikr edilən bir yer haradasa yox kimidir.
Saleh əməllərsə çox geniş və böyük savab, qazanmanın yolları da çox ümumidir. Allahdan başqa kimsə onları saya bilməz. Allah Təala belə buyurur: İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə, 82)
Bu mənadakı ayə və hədislər olduqca çoxdur. Tək tək saymaqla yox, misal olmaq üçün aşağıdakı ayələrə baxa bilərsiz:: Bəqərə: 25-82, Loğman:8, Kəhf:107, Həcc:14-23-56, Fəth: 5, Hədis: 12-21, Təğabun:9, Talaq 11, Buruc:11, Beyyinə:7, Muminun:1-11, Ənkəbut:57
3-Təqvalı olmaq
Təqvanın təriflərindən ən doğru olan: Allahdan qorxmaq, Quranla əməl etmək, aza qənaət etmək, yolçuluq günü üçün hazırlaşmaqdır.
Bu da təqvanın təriflərindəndir: Allahdan bir nurla, Allaha itaət etmək, savabını umub əzabından qorxaraq Ona asi olmağı tərk etməkdir. (Yəni: Allahın Kitabında və Rəsulunun (s.ə.s) sünnəsində gəldiyi kimi əməl etməkdir)
Allah Təala belə buyurur: Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar (Zariyat, 15)
Cənnət müttəqilər üçün hazırlanmışdır. Yenə Allah Təala belə buyurur: Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. (Ali İmran, 132)
Rəsulallah (s.ə.s) belə buyurdu: İnsanları ən çox Cənnətə salan şey, Allaha qarşı təqvalı olmaq və gözəl əxlaqdır. İnsanları ən çox Cəhənnəmə salan şey isə insanın dili və cinsi orqanıdır (İbn Macə, 4246; Sahiha, 977)
4- Allah və Rəsuluna İtaət etmək
Allah Təala belə buyurur: Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər! (Fəth, 17)
Əbu Hureyrə (r.a)-dan belə rəvayət olunur: Ümmətimin hamısı Cənnətə girəcək. Ancaq imtina edənlər müstəsna Dedilər ki: Ya Rəsulallah imtina edənlər kimlərdir Rəsulallah (s.ə.s) belə buyurdu: Kim mənə itaət edərsə Cənnətə girər. Kim də mənə asi olarsa o da imtina eləmiş olur. (Buxari, 7143)
5-Allah yolunda cihad etmək
Cihad: Allah yolunda can və malla savaşaraq olur. Allah Təala belə buyurur: Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə, 111) Və belə buyurur: Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)! (Saff, 10-12)
6- Tövbə
Gözəl əxlaq nədir və onu necə qazanırıq Bunu öyrənmək üçün Allahın Kitabına, Rəsulunun sünnəsinə, həyatına və əshabının həyatına baxmamız lazımdır. Peyğəmbər (s.ə.s)-in əxlaqı haqqında Tirmizinin Muxtasarı Şəmail Muhamadiyyə adlı kitabıdır. Bu kitabı, müxtəsər və təhqiq edən Şeyx Məhəmməd Nəsiruddin əl-Əlbani (rh)-dır.
Tövbə ondan əvvəlki günahları silir.
Rəsulallah (s.ə.s) belə buyurdu: Günahdan tövbə edən günahı olmayan kimidir (İbn Macə, 4250)
Allah Təala belə buyurur: Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar (Məryəm, 60)
7- Allahın dini üzərində doğru olmaq
Allah Təala belə buyurur: Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf, 13)
Sufyan ibn Abdullah əs-Səqafi (r.a) dedi ki: Ya Rəsulallah, mənə İslamda səndən sonra heç kimsədən soruşmayacağım bir söz söylə-dedim. Rəsulallah (s.ə.s) belə buyurdu: Allaha iman etdim de, sonra doğru ol (Muslim, 38/62)
8-Allah üçün elm tələb etmək
Rəsulallah (s.ə.s) belə buyurdu: ...Kim elm tələb etmək üçün bir yol gedərsə, Allah ona cənnətin yolunu asanlaşdırar. Bir qövmün Allahın evlərindən bir evdə toplanıb Allahın Kitabını oxuyar və aralarında onu öyrənərlərsə onlara sükunət enər, rəhmət onları əhatə edər, mələklər onların ətrafına yığılar və Allah öz yanındakılarına onlardan danışar. (Muslim, 2699/38; Əbu Davud, 3641)
9-Məscid inşa etmək
Osman ibn Affan (r.a) Rəsulallah (s.ə.s)-i belə buyurarkən eşitdiyini bizə xəbər verdi: Kim Allahın Üzünü istəyərək məscid inşa edərsə, Allah da onun bənzərini Cənnətdə o kimsə üçün bina edər. (Buxari, 545)
10-Gözəl əxlaq
Rəsulallah (s.ə.s) belə buyurdu: ...Əxlaqını gözəlləşdirən kimsəyə Cənnətin ən yüksək bir ev cavabdehəm (Əbu Davud, 4800)
Rəsulallah (s.ə.s) belə buyurdu: İnsanların ən çox Cənnətə girdirən şey Allah qorxusu və gözəl əxlaqdır (İbn Macə, 4246)
Bir çox şey gözəl əxlaqın içinə girər. Aişə (r.a)-ya Rəsulallah (s.ə.s)in əxlaqı soruşuldu. O da : Rəsulallah (s.ə.s)-in əxlaqı Qurani idi-dedi. Bununla gözəl əxlaqı xüsusilə ifadə etmişdi.
Rəsulallah (s.ə.s) bizim tək misalımızdır. Allah : Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Qələm, 3) ayəsilə Rəsulallah (s.ə.s)-i öymüşdür. Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.
Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali İmran, 102)
11-Mübahisəni tərk etmək
Rəsulallah (s.ə.s) belə buyurdu: Haqqı da olsa mübahisə tərk edən kimsə üçün mən Cənnətin ortasında bir evə cavabdehəm.. (Əbu Davud, 4800)
12-Zarafat da olsa yalanı tərk etmək
Rəsulallah (s.ə.s) belə buyurdu: ..Zarafat da olsa yalanı tərk edən kimsə üçün mən cənnətin ortasında bir ev kəfiləm. (Əbu Davud, 4800)
13-Hər hədəsdən sonra dəstəmaz almağa və azandan sonra iki rükət namaz qılmağa davam etmək
Abdullah ibn Ubeydə(r.a) atasının belə dediyini rəvayət edir: Rəsulallah (s.ə.s) bir gün səhər vaxtı Bilalı çağırdı və ona belə dedi: Ey Bilal, məni cənnətə girməkdə nə ilə keçdin Mən Cənnətə girdim. Önümdə sənin ayaq səslərini eşitdim. Bilal dedi ki: Mən azan oxuduğum vaxt iki rükət namaz qılıram. Mənə hədəs olanda dəstəmaz alıram. Rəsulallah (s.ə.s) dedi: Bax bununla (məni keçdin)-buyurdu. (Əhməd, 23102; Səhihut-Təğrib vət-Təhrib, 194)
14-Namaz qılmaq üçün məscidə getmək
Əbu Hureyrə (r.a)-dan belə rəvayət edilir: Peyğəmbər (s.ə.s) belə buyurdu: Kim məscidə axşam və ya gündüz gedərsə, Allah, hər getdiyində cənnətdə onun üçün məskən edər (Buxari, 694; Muslim, 669/285) İmam Nəvəvi (rh) bu hədisin şərhində dedi ki: Hədisdə keçən məskən ləfzi, müsafirə gələn zaman hazırlandığı qonaqlama yeridir
15- Allah üçün səcdəyi çoxaltmaq
Rəbiə bin Kab əl-Əsləmi (r.a) belə rəvəyət edir: Rəsulallah (s.ə.s) ilə gecələyir, ona dəstəmaz və ehtiyaz suyunu gətirirdim. Rəsulallah (s.ə.s) mənə dedi ki: Məndən bir şey istə! Mən də Cənnətdə sənə dost olmaq istəyirəm-dedim. Rəsulallah (s.ə.s) : Bundan başqa bir şey varmı buyurdu. Mən: İstədiyim budur-dedim. Rəsulallah (s.ə.s): Sən də səcdəni çoxaldaraq nəfsinlə mənə yardım et-buyurdu (Muslim, 489/226)
16-Məqbul Həcc
Rəsulallah (s.ə.s) belə buyurdu: Kim həcc edər, pis söz söyləməz və günah işləməsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar. (Buxari, 1448; Tirmizi, 808)
Yenə Rəsulallah (s.ə.s) belə buyurdu: Məqbul həccin Cənnətdən başqa qarşılığı yoxdur (Əhməd, 14489)
17-Hər fərz namazından sonra ayətəl-kursini oxumaq
Əbu Umamə əl Bəhili (r.a)-dən belə rəvayət edilmişdir: Rəsulallah (s.ə.s) belə buyurdu: Kim fərz namazından sonra Ayətəl-Kursini oxuyarsa, özü ilə Cənnətə girmə arasında ölümdən başqa bir şey əngəl ola bilməz (Nəsəi, (Əməlulyoum):100; Sahiha, 972)
Bunun bənzəri yəqin olaraq inanıb söyləyən kimsəyə Cənnətin vəd edildiyi zikirlər də vardır. Məsələn: Şəddat bin Əvs (r.a) Peyğəmbər (s.ə.s)-dən belə rəvayət edir: İstiğfarın ağası budur:
Peyğəmbər (s.ə.s) belə buyurdu: Hər kim bu duanı yəqinliklə iman edərək gündüz söyləyib axşamlamadan əvvəl ölərsə o cənnət əhlindəndir. Kim də bunu gecə yəqinliklə iman edərək oxuyub səhər olmadan əvvəl ölərsə o kimsə cənnət əhlindəndir. (Buxari, 6244)
18-Hər gündüz və gecədə Allah üçün on iki rükət nafilə namazı qılmaq
Ummu Həbibə (r.a) Rəsulallah(s.ə.s)-dən belə rəvayət edir: Kim bir gün və gecədə on iki rükət namaz qılarsa onun üçün cənnətdə bir ev bina olunar: Dörd zöhrdən əvvəl, iki sonra, iki axşamdan sonra, iki işadan sonra, iki də sabah namazından əvvəldir. (Nəsəi, 1801, 1802; Əbu Davud, 1250)
19-Salamı yaymaq, yemək yedizdirmək, qohumları ziyarət etmək və gecə namazı qılmaq
Rəsulallah (s.ə.s) belə buyurdu: Ey insanlar! Salamı yayın, yemək yedirdin, qohumları ziyarət edin, insanlar yatarkən gecə namazı qılın, salamatla cənnətə girərsiniz (İbn Macə, 3251; Əhməd, 23845)
20-Sözdə doğruluq, əhdə vəfa, əmanətə xəyanət etməmək, fərci qorumaq, gözü çəkindirmək, haramdan əl çəkmək
Ubadə ibn Sanit (r.a) Rəsulallah (s.ə.s)-dən belə rəvayət edir: Mənə nəfslərinizin adına altı şeyi təminat verin, mən də sizə cənnəti təminat verim: Danışdığınız vaxt doğru söyləyin, vəd etdiyiniz vaxt vəfa göstərin, əmanət verildiyi vaxt ödəyin, fəcrlərinizi qoruyun, gözlərinizi (haramdan) çəkindirin, əllərinizi (haramdan) çəkin (İbn Huzeymə, 31; Əhməd, 22821)
21-Allahın əmr etdiyi şəkildə namazı qılmaq, Ramazan orucu tutmaq, Fərcu qorumaq və qocaya itaət etmək
Əbu Hureyrə (r.a)-dan Rəsulallah (s.ə.s) belə buyurdu: Qadın beş vaxt namazını qıldığı, ramazan orucunu tutduğu, fərcini qoruduğu, ərinə itaət etdiyi vaxt ona: Cənnətin hansı qapısından dilərsən oradan gir-deyilər (Əhməd, 1661; İbni Hibban, 4163; Səhihul Cami, 660)
22-Üç qız uşağın və ya bacının baxım və tərbiyəsini öz öhdəsinə götürmək
Rəsulallah (s.ə.s) Kimin üç qızı və ya üç bacısı var və Allahdan qorxaraq onların baxımını yerinə yetirərsə, cənnətə mənimlə belədir buyurdu və şəhadət və orta barmağını işarə etdi. (Əhməd, 12594; Səhiha, 295)
Başqa bir hədisdə Rəsulallah (s.ə.s): Kim iki qıza baxarsa, o mənimlə bərabərdir, belə cənnətə girər buyurdu və iki barmağı ilə işarə etdi. (Muslim, 2631/149; Tirmizi, 1981)
23- Uşaqların və yaxınların ölümünə səbr edib bu səbrin qarşılığını Allahdan gözləmək
Rəsulallah (s.ə.s) Kim üç uşağının ölümünə səbr edib qarşılığını Allahdan gözlərsə, cənnətə girər. Bir qadın: İki də olar mı Dedi. Rəsulallah (s.ə.s) : Bəli buyurdu. (Muslim, 2632/151; Nəsəi, 1871; İbn Hibban, 2943)
Yenə Rəsulallah (s.ə.s) belə buyurur: Müsəlman qoşalardan birinin büluğa çatmadan üç uşağı ölərsə, Allah onları fəzli rəhməti ilə Cənnətə salar (Əhməd, 3534; Nəsəi, 1874)
Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s) belə buyurdu: Allah belə buyurur: Mömin bir qulumun dünya əhalisindən yaxın olanı ölər, səbr edib qarşılığını məndən gözlərsə, mənim yanımda onun cənnətdən başqa bir qarşılığı yoxdur buyurdu. (Əhməd, 9402; Səhihul Cami, 8193)
24-Yetimin baxımını öz öhdəsinə götürmək
Səhl bin Sad (r.a)-dan rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s) belə buyurdu: Mən və yetimi öhdəliyinə götürən cənnətdə beləyik buyurdu və şəhadət və orta barmağı ilə işarət etdi. (Buxari, 6000)
25-Allah üçün xəstə və yaxud din qardaşı ziyarət etmək
Əbu Hureyrə (r.a)-dan belə rəvayət edilir: Rəsulallah (s.ə.s) belə buyurdu: Kim Allah üçün bir xəstəni və ya qardaşını ziyarət edərsə, bir nidaçı belə nida edər: Sən təmiz oldun, gəzdiyin yer də təmiz oldu. Cənnətdə sənə bir yer hazırlandı (Tirmizi, 2076; Albani (əl-Mişqat), 5015)
Yenə Rəsulallah (s.ə.s) belə buyurdu: Kim xəstəni ziyarət edərsə, dönənə qədər cənnətin bağçasında olar (Muslim, 2568/40)
26-İki təsbihata davam etmək
Abdullah ibn Ömər (r.a) Peyğəmbər (s.ə.s)-dən belə rəvayət etdi: İki xislət var ki, müsəlman bir qul onları qorusa mütləq cənnətə girər. O ikisi asandır, ancaq edənlər azdır: Hər namazdan sonra on dəfə Sübhanallah demək, on dəfə Əlhəmdulilləh, on dəfə Allahu Əkbər desin. Bunlar dildə yüz əlli edər. Mianda isə min beş yüz olar. Yatağına girdiyində otuz dörd dəfə Allahu Əkbər, otuz dörd dəfə Sübhanllah, otuz dörd dəfə Əlhəmdulilləh desin. Bunlar dildə yüz edər. Mizanda min olar Mən Rəsulallah (s.ə.s)-i bunları əli ilə sayarkən gördüm. Dedilər ki: Ya Rəsulallah necə həm onlar asandır, həm də edəni azdır Rəsulallah (s.ə.s) belə buyurdu: Şeytan sizdən birinə yatağında gəlir və təsbihatı söyləmədən yatızdırır. Namazda gəlir və təsbihatı söyləmədən əvvəl bir ehtiyacını xatırladır. (Əbu Davud, 5065; İbn Hibban, 2018)
27-Alış-verişdə müsamaha davranmaq
Osman ibn Əfvan (r.a) belə dedi: Peyğəmbər (s.ə.s) belə buyurdu: Müstəri də olsa satıcı da olsa, hökm verən də olsa, hökm edilən də olsa asanlaşdırıcı kimsəni Allah cənnətə salar. (Nəsəi, 4669; Sahiha, 1181)
28- Kasıb kimsəyə müsamaha göstərmək
Huzeyfə ibnul Yəmən (r.a) Peyğəmbər (s.ə.s)-dən belə rəvayət etdi: Bir adam öldü və cənnətə girdi. Ona: Sən nə əməl edirdin deyə soruşuldu. Ya özü xatırladı, ya da xatırladıldı. Dedi ki: Mən insanlarla alış veriş edirdim. Yoxsul kimsəyə nəzarət edirdim. Sikkədə və ya nəğd pulda müsamahakar davranırdım. O kimsə bu səbəblə bağışlandı. (Muslim 1560/28; Əhmə, 23444)
Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s) belə buyurdu: Bir adam insanlara borc verirdi. Quluna dedi ki: Yoxsul biri gəldiyində ona müsamahakar davran. Bəlkə Allah da bizə müsamahakar davranar. O adam Allah ilə qarşılaşdığı vaxt Allah da ona müsamahakar davrandı (Muslim, 1562/31; Əhməd, 7582)
29-Saleh əməllər eyni gündə müsəlmanda eyni anda olarsa Allahın fəziləti ilə Cənnətə girər
Əbu Hureyrə (r.a) belə demişdir: Rəsulallah (s.ə.s) belə buyurdu: Sizdən kim bu gün oruclu olaraq sabahladı Əbu Bəkr (r.a) Mən dedi. Rəsulallah (s.ə.s) Sizdən kim bu gün cənazəni təqib edib Əbu Bəkr (r.a) Mən dedi. Rəsulallah (s.ə.s) : Sizdən kim bu gün bir kasıb doyuzdurub Əbu Bəkr (r.a) Mən dedi. Rəsulallah (s.ə.s) : Sizdən kim bu gün xəstəni ziyarət edib Əbu Bəkr (r.a) Mən dedi. Rəsulallah (s.ə.s) belə buyurdu: Bir kimsədə bu xislətlər bir araya gələrsə o ancaq cənnətə girər (Muslim, 1028/87)
30- Görmə nemətinin itirilməsinə səbr etmək
Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s) belə buyurdu: Allah Təala buyurur ki: Kimin görməsini alsam, o kimsə də səbr edib qarşılığını məndə gözləsə, onun üçün cənnətdən başqa bir savaba razı olmaram (Tirmizi, 2511, 2512)
[/color]