Çərşəmbə axşamı, 19.11.2024, 10:29
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 5
Qonaq 5
İstifadəçi 0

Məqalələr


Ekologiya İnstitutunun bir qrup kollektivi Samur-Dəvəçi ovalığında tədqiqat apardı

İcraçıların siyahısı

Şöbə müdiri, b. e. n. ---- Əhmərova E. S.

Sektor müdiri ---- Həmzəyeva İ.K.

Böyük elmi işçi ---- Mustafabəyli X. Ş.

Kiçik elmi işçi ---- Hüseynov İ. V.

Elmi işçi ---- Babayeva B. A.


-------------------------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------------------------
Tədqiq olunan rayonların fotoplanlarının çöl şəraitində deşifrə edilməsi.Torpaq və bitki
nümunələrinin seçilməsi.Kameral tədqiqatlar.

Mərhələnin məzmunu: Sahilyanı zolağın tipik rayonlarının çöl deşifrəsi
Test sahəsinin seçilməsi.
Yerüstü ölçmələr.
Labaratoriya analizlər üçün torpaq-bitki nümunələrinin seçimi.
Öyrənilən obyekt: Samur-Dəvəçi ovalığının (Dəvəçi rayonu) sahilyanı zonası.
Tədqiqat ərazisi çox böyük mürəkkəbliyi, məkan qeyri bircinsliyi və əlçatmaz
bataqlıqlaşmış sahələrin olması ilə fərqlənir.
Tematik planda nəzərdə tutulmuş kompleks işlər yerinə yetirilmişdir. O cümlədən
aerokosmik fotomaterialların deşifrəsi və müəyyən həcmdə çöl tədqiqatlarının və
nəzarət-yoxlama müşahidələrinin aparılması mərhələsi çöl tədqiqatları mərhələsindən
öncə aparılan işlər işçi proqramın tərtibi aerofotoşəkillər əsasında fotoplanın
hazırlanması və keyfiyyətli çöl işlərinin aparılması üçün təşkilati məsələlərin həllindən
ibarət olmuşdur.Ən çox diqqət tələb edən işlərin ilkin mərhələsi ilə bağlı bölməsi
olmuşdur. Kartoqrafik materialın aerofotoşəkillərin analizi tədqiq olunan rayonun
fiziki-coğrafi şəraiti və əsas landşaft qanunauyğunluqları haqqında başlanğıc təsəvvür
üçün əsas olmuşdur.Analizin nəticəsi olaraq öyrənilən ərazinin fotoplanı və işçi xəritə-
sxemlər tərtib olunmuşdur. Proqram üzrə təyin olunmuş çöl işlərinin məqsədli
təyinatından asılı olaraq fotoplan üzrə əvvəlcədən marşrutların istiqaməti və etalon
sahələrin yerləşmə sxemi planlaşdırılmışdır.Planlaşdırılan müşahidələr, ölçmələr
və analizlər üçün nümunələrin seçimi üzrə nöqtələr yerləşdirilmişdir.
Çöl marşrut deşifrə zamanı yerlərdə müşahidə olunan obyektlərin, onların şəkildə
fototəsvirləri ilə identifikasiyası aparılmışdır.Obyektlər boyunca marşrutlar çəkilişi deşifrə
zamanı yerdə qalan ərazi üzrə kameral tanınmasını təmin edir və orientirlərin qeydini
şəkillərdə təyin olunmayan xarakteristikaların əldə edilməsini tam mümkün edir.
Marşrutların çəkilişində öyrənilən ərazi üzrə kartoqrafik kəmiyyətlərin paylanması
nəzərə alınıb ki,bu da naturada növbəti kameral işlər üçün onların yararlılığını
yoxlamağa imkan verir. Marşrut boyunca qarşıya çıxan hər bir obyekt tanınılırdı,
onun xarakteristikaları və yerin elementlərinin xüsusiyyətləri yazılırdı: landşaftın
xarakteri, bitki növlərinin yerləşməsi,onların relyefin elementlərinə uyğunlaşdırılması,
yamacların ekspazisiyası və s.
Mümkün qədər obyektlərin elementlərinin yerüstü fotoqrafiyası çəkilir.
Xüsusi müşahidə və tədqiqat tələb edən sahələrin xarakterindən və ərazinin
xüsusiyyətlərindən asılı olaraq çöl tədqiqatları müxtəlif səviyyəli detallaşdırma ilə
aparılmışdır.
Şəkillərdə tam interpretasiya tapmamış sahələr üzrə ənənəvi üsullar cəlb olunmaqla
daha geniş müşahidələr aparılmışdır.
Bu tədqiqatlar adi üsullarla aparılmışdır və analitik materialın toplanması ilə
müşayiət olunmuşdur.
Marşrut üzrə müşahidələr avtomobildən həyata keçirilmişdir, ölçmə işləri və
nümunələrin seçilməsi nəqliyyat dayananda və ancaq xüsusi sahələrdə aparılmışdır.

Yerüstü ölçmələr.
Obyektlərin xarakteristikaları təyin olunmuşdur;bitki örtüyünün növ tərkibi;dominant
növü; % PO4 (proektiv örtük); aspekt,fenoloji vəziyyət; fitokütlə ehtiyyatı və s.
Qradiyent ölçmələrə aşağıdakılar daxildir:
-Müxtəlif dərinliklərdə bitki örtüyünün altında torpağın səthinin temperaturunun
ölçülməsi (Savinovun dizvari termometrindən istifadə olunmuşdur.); 5-10 sm,10-20sm,
20-40sm dərinlikdə mexaniki tərkibi və fiziki-kimyəvi xarakteristikalar
(humus,ümumi azot, CO2, CaCO3, P2O5-K2O-hərəkətdə olan formaları PH-
su, fraksiyaların qramlometrtik tərkibi xüsusi əsaslar- Mg, Na.)
Toplanmış çöl, laborator, kameral və kartoqrafik materiallar kompleksi əsasında
tədqiqat ərazisi üzrə obyektlərin ekoloji vəziyyətini və növlərini səciyyələndirmək
mümkündür. Gələcəkdə elektromaqnit şüalanmanın müxtəlif dalğa uzunluqlarında
çəkilmiş videoinformasiya materiallarında ton göstəricilərinin laborator analizlərinin
nəticələrinin yerüstü ölçmələr nəticəsində alınmış verilənlərlə tutuşdurulması nəzərdə
tutulmuşdur.


Категория: Мои статьи | Добавил: ilka1 (26.09.2008)
Просмотров: 591 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]