Çərşəmbə axşamı, 19.11.2024, 10:14
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 2 Qonaq 2 İstifadəçi 0 |
|
Məqalələr
“DİN XADİMLƏRİ ÜÇÜN XÜSUSİ GEYİMLƏR QƏBULEDİLMƏZDİR”
Milli Məclisdə dindarların vahid geyimə keçməsi barədə səslənən təkliflər inanclı şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox din xadimləri təklifin qəbuledilməz olduğunu bildirirlər. Məsələyə aydınlıq gətirmək üçün İçərişəhər Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluya müraciət etdik. Hacı İlqar dindarların vahid geyimə keçməsi barədə səslənən təklifin qanuni əsası olmadığını bildirdi: “Milli Məclisin komissiyalarında dindarların vahid geyim formasına keçməsi barədə səslənən fikirlər qəbuledilməzdir. Belə təkliflər hansısa hüquqi bazaya söykənməlidir. Azərbaycanda isə o, yoxdur. Əgər söhbət Türkiyə təcrübəsindən gedirsə, orada dini nazirlik tipli qurum var. Türkiyənin din xadimləri də həmin nazirliyin məmurları qismindədirlər. Bu baxımdan nazirliyin və dövlətin vahid geyimlə bağli siyasəti ola bilər. Azərbaycanda isə belə nazirlik mövcud deyil. Bütün dini icmalar mustəqildir, bir növ qeyri-hökumət təşkilatları qismindədilər. Bu mənada hər hansı müstəqil qurumun nümayəndələrini geyimlərini tənzimləmək qanunsuz addım olar. Digər tərəfdən, ümumilikdə İslam digər dinlərdən fərqli olaraq din xadimi təbəqəsi anlayışını qəbul etmir. Bu mənada hansısa insanların xüsusi geyimə malik olub dini məsələlərə cavabdeh olması dinimiz tərəfindən inkar edilir. İslamda bilən və bilməyən var. Bilməyənlər bilənlərdən öyrənməlidir”. Hacı İlqarın sözlərinə görə, Azərbaycanda sovet dönəmində yaranmiş ateizim mühiti ilə alaqədar insanların dini bilgiləri azdır: “Bu, ayrı söhbətin mövzusudur. Dini maarifçiliyi artırmaq lazımdır. İnancımıza görə, insanları ayırıb onlara xüsusi status vermək və geyimlə təmin etmək qəbul edilmir. Burada əsas məsələ din xadimlərinin cəmiyyətdə mövqelərini möhkəmlətməkdir. Din xadimlərinin geyimini yox, onların daxilini dəyişmək və onların həqiqi İslam maarifçiləri olmasına nail olmaq lazımdır. Hesab edirəm ki, zahiri görünüşü dəyişməklə hədəfə çatmaq mümkün deyil. Əslində hazırda Azərbaycanda din xadimləri ilə bağlı ənənə Yekatrina dövründən qalmadır. Sonralar bu ənənədən sovetlər də yararlanıb. Çar Rusiyası müsəlmanları təsir altına salmaq uçün xüsusi dini qurumlar yaradılmışdı. Həmin qurumlar xristianvari oldu. Necə ki, xristianlıqda keşişlər var, eləcə də müsəlmanlar arasında xüsusi insanları seçirdilər. Təəssüf ki, bu ənənədən imtina edilməyib. Amma din xadimləri üçün xüsusi geyimin nə qanuni, nə də mənəvi əsası var. Dindarların xüsusi geyim geymələri ona oxşayır ki, qəzetçilər ayrıca forma geysinlər”. Əfqan MUXTARLI
|
Категория: Мои статьи | Добавил: ilka1 (30.09.2008) |
Просмотров: 431
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|