Çərşəmbə axşamı, 19.11.2024, 10:40
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 7
Qonaq 7
İstifadəçi 0

Məqalələr


QARABAĞ QAZİSİNİN UŞAĞINI MƏKTƏBƏ BURAXMIRLAR
Nərimanov rayonu, Heydər Əliyev prospekti-81 ünvanında yaşayan Ağacavad Abbasovun 8 yaşı var. Lakin onun həmyaşıdları kimi məktəbə getmək imkanı yoxdur. İş ondadır ki, Ağacavadın ailəsi adıçəkilən ünvanda 3 saylı peşə listeyində məskunlaşsalar da, onlar məhkəmə yolu ilə qeydiyyatdan çıxarılıblar.
Anası Məlahət Abbasovanın sözlərinə görə, vətəndə vətənsiz kimidilər, çünki qeydiyyatdan məhrum ediliblər: “Həyat yoldaşım Əli Abbasov köklü bakılıdır, Qarabağ müharibəsində ağır yaralandığı üçün ev-eşiyimizi satıb onun müalicəsinə sərf etdik. Yersiz-yurdsuz qaldığımızdan, 3 saylı litseydən sığınacaq aldıq. Lakin məktəbin direktoru İmran Bayramov bizim yataqxanadan çıxmağımızı israrla tələb edir. Deyir, siz məcburi köçkün deyilsiz, həyat yoldaşının Qarabağ əlili olmasının mənə dəxli yoxdur. Bizə təzyiq göstərir, böhtanlar yağdırır. Uzunmüddətli məhkəmə çəkişməsindən sonra isə biz üç ildir ki, Bakı sakini ola-ola qeydiyyatdan çıxarılmışıq. Qeydiyyata düşmək üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, faydası olmayıb”.
Ağacavadın təhsililə əlaqədar bir neçə orta məktəbə müraciət edən ailə eyni cavabı alıb - qeydiyyatsız məktəbdə təhsil mümkün deyil: “Nərimanov rayonundakı 4 saylı məktəbin direktoru Dəmir Novruzov dedi ki, uşağın 8 yaşı var, gecikib və yaşayış yerindən arayış olmadan onu məktəbə qəbul etməmiz mümkün deyil. Rayon məktəblərində də oxutmaq istədik, alınmadı. Bu il mayın 7-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Nərimanov rayonunda vətəndaşların şikayətinə baxarkən məni də dinlədi. Müavin 18-ci bölmənin rəisinə tapşırdı ki, problemimizin həllinə kömək etsin. Polis rəisinin cəhdləri də nəticə vermədi. Bildirdi ki, təhsil məsələsinə qarışa bilmərik, gedin İmran Bayramovla dil tapın. Rayon təhsil şöbəsindən İradə xanımın da qəbulunda oldum. Mənə vəd versə də, nəticəsi olmadı. Bu yaxınlarda Təhsil Nazirliyinin bir nümayəndəsi zəng edib maraqlandı. Problemi dedim, söz verdi ki, kömək göstərəcək. Ondan da səs-soraq yoxdur”.
Ağacavad isə onu məktəbə buraxmayan böyüklərdən belə şikayətləndi: “Bir kağız nədir ki, vermirlər mən də məktəbə gedim. Hansı məktəbdə uşaqlarla dostlaşıram, sonra böyüklər gəlib anama nə deyirlərsə, məni məktəbə buraxmırlar. Məktəblər üzümə bağlanıb, bilmirəm hansı partiyaya girim ki, məni məktəbə götürsünlər”.
Xəbər xidməti
Категория: Мои статьи | Добавил: ilka1 (30.09.2008)
Просмотров: 455 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]