Cümə axşamı, 16.05.2024, 15:13
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


Məhəmməd peyğəmbər(s.ə.s) barədə yeni film çəkilir
Prodüsser Oskar Zoqbi Məhəmməd peyğəmbərin həyatından bəhs edən "Sülh elçisi" ("The Messenger of Peace") filminin layihəsinin işə salındığını bəyan edib. "Reuters" agentliyinin yaydığı məlumata görə, bu film klassik "Peyğəmbər" filminin remeyki olacaq.

Dahi Entoni Kuinin iştirak etdiyi "Peyğəmbər" filmi rejissor Mustafa Akkad tərəfindən 1977-ci ildə çəkilib. Oskar Zoqbi Mustafa Akkadın çəkdiyi filmə böyük hörməti olduğunu bəyan edib: "Amma o zamandan kino texnologiyası xeyli irəliyə gedib. Biz yeni texnologiyaların köməyi ilə orijinal filmin əsasında duran ideyaları daha parlaq göstərmək istəyirik".

Güman edildiyinə görə, "Sülh elçisi" filmi Səudiyyə Ərəbistanında -peyğəmbərin həyatı ilə bağlı olan Məkkə və Mədinə şəhərləri yaxınlığında çəkiləcək.
Qeyd edək ki, "Peyğəmbər" filminin premyerası ABŞ-da fəaliyyət göstərən "Qara müsəlmanlar" təşkilatının üzvləri tərəfindən Vaşinqtonda 149 nəfərin girov götürülməsi səbəbindən baş tutmayıb. "Qara müsəlmanlar" Entoni Kuinin filmdə peyğəmbər obrazını canlandırdığı barədə şayiələrə inanıblar. Lakin müsəlman olan Mustafa Akkad peyğəmbərin təsvirinin verilməsinin qadağan olduğunu bildiyindən, filmi elə çəkib ki, peyğəmbər obrazının yaradılmasına ehtiyac qalmayıb. Yeni filmdə bu problemin necə həll ediləcəyi isə məlum deyil. // Ekspress

Категория: Dini | Добавил: ilka1 (31.10.2008)
Просмотров: 601 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]