Çərşəmbə axşamı, 19.11.2024, 07:29
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 35
Qonaq 35
İstifadəçi 0

Məqalələr


PEYĞƏMBƏR – SALLALLAHU ALEYHI VƏ SƏLLƏM – IN SÜNNƏSİNƏ ƏMƏL ETMƏYİN VACİBLİYİ
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”.(əl-Əhzab 70-71)(1)

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – sallallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə oddadır(2)

“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın Kitabı Rəsulullah in yoluna uyaraq öz risaləmi “Bizmilləh” ilə başlayıram. Çünki Allah Rəsulu – sallallahu aleyhi və səlləm – də öz məktublarını “Bismilləh” ilə başlamış və buyurmuşdu: “Hər mühüm bir işə “Bizmilləh” ilə başlanılmazsa o, işin sonu kəsikdir”(3)

İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salamı və xeyir duası Onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM!

Həmd yalnız Allaha məxsusdur. Gözəl sonluq Onun əmirlərini yerinə yetirib, qadağalarından çəkinməkdir. Allahın salavatı insanlara rəhmət olaraq göndərilən Allahın qulu və Rəsulu Peyğəmbərimiz Muhəmməd – sallallahu aleyhi və səlləm - ə və onun səhabələrinə olsun. O, səhabələr ki, Allahın Kitabını və Peyğəmbərinin Sünnətini söz və əməl (mənasına uyğun) və kamil olaraq özlərindən sonra gələnlərə çatdırmışlar. Allah onlardan razı olsun. Bizi də ən gözəl bir şəkildə onlara tabe olanlardan etsin. Amin.
Keçmiş və müasir İslam alimləri hökümləri qəti isbat edən halal və haramı açıqlayan mötəbər əsasların – Zahirdən və batindən onu ləğv (hökmünü qaldıracaq) bir kitabın gəlməyəcəyi və hər cür nöqsan və əskiltmədən qorunmuş olan Allahın Kitabı, Boş yerə danışmayan, danışdığı hər bir şey vəhy olan Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəti və ümmətin bütün alimlərinin (yekdil rəyə gəldikləridir) “İCMA” olduğunda ittifaq etmişdilər. İslam alimlərinin ixtilafı yalnız digər əsaslardadır. Bunların ən mühüm olanı Qiyasdır. Əksər alimlərin görüşünə görə mötəbər şərtlər olduğu təqdirdə Qiyasın da hüccət olmasıdır. Bu dörd əsasın dəlilləri sayılmayacaq qədər çoxdur.

BİRİNCİ ƏSAS –
Bu əsas Əziz olan Rəbbimizən kitabı – Qurani Kərimdir. Qurani Kərimin bir çox ayələrində Allah Onun kitabına uymağı, əmirlərinə sarılmağı, qadağalarından çəkinməyi əmr edir. “Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (əl-Əraf 3). “Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (əl-Ənam 155). “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə 15-16). “Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. (Fusillət 41-42). De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!” (əl-Ənam 19). “Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim 52).
Bu mənada ayələr olduqca çoxdur. Qurani Kərimə sarılmağı əmr edən bir çox səhih hədislər də vardır. Bunlar Qurani Kərimə sarılanların hidayətə, onu tərk edənin sapıqlıqda olduğunu ifadə etməkdədir. Bu hədislərdən: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizə, Ona sarıldığınız təqdirdə heç bir zaman azmayacağınız bir şeyi qoyub gedirəm. O, da Allahın Kitabıdır”(4)
Zeyd b. Ərqab – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Sizə iki ağır şeyi tərk edirəm. Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. Başqa rəvayətdə: Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra: “İkinci Əhli beytimdir. Əhli Beytim haqqında sizə Allahı xatırladıram” deyərək bunu 3 dəfə təkrarladı(5)
Bir başqa hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qurani Kərim haqqında buyurur: “O, Allahın ipidir. Hər kim ona tabe olarsa doğru yolda və kim də tərk edərsə zəlalətdə olar”(6)
Bu mənada gələn hədislər çoxdur. Səhabə və onlardan sonra gələn elm və iman əhlinin Allahın Kitabı ilə bərabər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətinə sarılmaq və onlarla hökm etmək və ixtilafları onlara görə çözmək xüsusunda icmalarına dair dəlilləri zikr etməyə, daha doğrusu sözü uzatmağa lüzum görmürəm (ehtiyac duymuram).

(1)Xutbətul-Hacə - adı ilə məşhur olan bu duanı, cümə və s. Xütbələrdə Peyğəmbər oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə: Əhməd 1/392,293,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104,105, 6/69, və “Əməlil Yəum vəl Leyl” 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi “Musnəd” 1557, AbdurRazzaq “Musənnəf” 10449, Bəzzar “Musnəd” – “Kəşful Əstar 1/314, Əbu Yəla “Musnəd” 5233,5234,5257, Tahavi “Şərhul Muşkilil Asar” 1-3, Təbərani “Məmuul Kəbir” 10/10079, Həkim “Mustədrək” 2744, Beyhəqi “Sunnənul Kubra” 3/214,215, Bəğavi “Şərhus Sunnə” 2268 İbn Məsud – radıyallahu anhu - yolu ilə, Muslim “Şərhu Nəvəvi” 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89,90, İbn Məcə 1893 və Tahavi “Şərhul Muşkilil Asar” 4 – İbn Abbas – radıyallahu anhu - yolu ilə, Təhavi “Şərhul Muşkilil Asar” 5, Beyhəqi “Sunnənul Kubra” 3/215 – Nubeyt b. Şərit – radıyallahu anhu - yolu ilə, Əbu Yəla “Musnəd” 7221, Nəsəi “Sunnənul Kubra” bax: “Tuhfetul Əşraf” 6/472 H. 9148 – Əbu Musa əl-Əşari yolu ilə.

(2)Hədisin Ikinci Hissəsini – Muslim “Şərhu Nəvəvi” 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188,189, Beyhəqi “Sunnənul Kubra” 3/214, - Cabir b. Abdullah – radıyallahu anhu - yolu ilə. Bu ləfz Nəsainin ləfsizid. Hədisi Əhməd 3/371 və Muslim “Sözlərin ən doğrusu” ləfzi yerinə: “Sözlərin ən xeyirlisi” ləfsiylə rəvayət etmişdir. İmam Əhmədin digər rəvayətlərində 3/319 – “Sözlərin ən gözəli” şəkilindədir. Müslim: “Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir”ləfsi yerinə: “Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)” ləfsiylə rəvayət edilmişdir. Bu beş səhabədən başqa hədisi: Aişə – rahmətullahi aleyhi - , Səhl b. Sad – rahmətullahi aleyhi - mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi - hədisin bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul Həcə” isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani “Muxtəsər Səhih Muslim” 409, “Mişkətul Məsabih” 3149,5860.
Alimlərin ittifaqla qəbul etdikləri 3 əsasın ikincisi Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən səhih olaraq gələn söz, əməl və görüb qadağan etmədiyi Sünnətidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sonra elm əhli olan səhabələr və onlara tabe olanlar bu əsasa iman edərək onu dəlil qəbul etmiş və müsəlmanlara öyrətmişlər.

Bununla kifatyətlən-məyərək bu mövzuda bir çox əsərlər yazmış və Sünnətin dəlil olduğunu hədis və fiqh üsulu kitablarında açıqlamışlar. Bu haqda dəlilər sayılmayacaq qədər çoxdur. Qurani Kərimdə Sünnətə sarılb Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə uymağı əmr etmişdir. Bu əmr o, dövürdə yaşayan səhabələrə və onlardan sonra gələn bütün müsəlmanlara yönəlmişdir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün insanlığa göndərilən bir Peyğəmbərdir. İnsanlar da Qiyamətə qədər Ona uymaq və itaət etməklə mükəlləfdirlər. Çünki Qurani Kərimin ilk müfəssiri (təfsir edəni) və Quranda mucməl (təfsilatsız) olaraq ifadə olunan hökümlərin söz, əməl və görüb qadağan etmədiyi Sünnəti ilə açıqlayan o, olmuşdur. Sünnət olmasaydı müsəlmanlar namazın rükət sayını, qılınma şəkilini, onu qılarkən vacib olan şərtlərini bilməzdilər. Yenə Sünnət olmasaydı oruc, zəkat, həcc, cihad, yaxşılığı əmr edib, qadağalardan çəkinmək xüsusunda olan hökmləri müsəlmanlar bilinməzdilər. Yenə hədis (Sünnə) olmasaydı müsəlmanların müamələləri, haramlar, Allahın qadağa və cəzalarla bağlı qoyduğu hökmləri açıq olaraq bilmələri mümkün olmazdı. Aşağıda qeyd etdiyimiz ayələr Sünnətə itaət barəsində dəlillərdən bəzisidir.
“İsa onların (Yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!” (Ali İmran 52). “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa 59). “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik“. (ən-Nisa 80). Sünnət dəlil olmasaydı və ya o (sünnə) qorunub saxlanılmasaydı insanların Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə itaət etmələri və ixtilafa düşdükləri məsələləri Quran və Sünnətə baş vuraraq həll etmələri heç mümkün olardımı? Sünnətin dəlil olmadığını və Sünnətin qorunmadığını irəli sürənlərə görə Allah, qullarını mövcud olmayan bir şeyə həvalə etmişdir. Bu cür düşünmək ən böyük batil, Allaha qarşı edilən ən böyük küfr və Ona qarşı ən pis zənndir. “Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl 44). “Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” (ən-Nəhl 64). Necə ola bilər ki, Allah Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Qurani Kərimi insanlara açıqlamaq vəzifəsini versin və həm də onun Sünnətinin heç bir əhəmiyyəti olmayacaq və dəlil olaraq qəbul edilməyəcəkdir. De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir”. (ən-Nur 54). “Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!“ (ən-Nur 56). “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza gön-dərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (əl-Əraf 158). Bu ayələrdə mütləq hidayətin və rəhmətin Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə ittiba (tabe) olmaqda olduğuna dair açıq dəlillər vardır. Sünnətlə əməl etməyən – Allah qorusun – Sünnətin əsli yoxdur, ona etimad edilməz – kimi sözləri deyənin hidayət olunması və rəhmətə qovuşması mümkündürmü? “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın Peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur 63). “Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir”. (əl-Həşr 7). Bu xüsusda ayələr çoxdur. Bütün bu ayələr Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə itaət etməyin və gətirdiyi əmirlərə uyub qadağalarından çıkinməyin vacib olduğuna dəlalət edir. Necə ki, Allahın kitabına uymağın, ona sarılmağın, onun əmrlərinə uymağın, qadağalarından çəkinməyin (vacib olduğu kimi) vacibliyi haqqında da dəlillər keçmişdir. Kitabullaha uymaq fərz olduğu kimi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətinə uymaq da fərzdir. Quran və Sünnə bir-birindən ayrılmayan iki əsasdır. Bunlardan birini inkar edən digərini inkar və təqzib etmiş kimidir. Bu isə elm və iman əhlinin ittifaqı ilə küfr, azğınlıq və İslam dairəsindən çıxmaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə itaət edərək gətirdiyi əsaslara boyun əyməyin vacibliyi və ona üsyan etməyin haramlığı haqqında mütəvatir bir çox hədislər mövcuddur. Bu hədislər səhabələrə öyüd (ibrət) olduğu kimi, onlardan sonra Qiyamətə qədər gələcək nəsillər üçün də ibrətdir. Bu hədislərdən bəziləri: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim mənə itaət edərsə Allaha itaət etmiş olar...”(Buxari 7137, Muslim 1835)
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim ümmətimdən hamı Cənnətə daxil olacaqdır. Yalnız Cənnəti istəməyənlərdən başqa”. Səhabələr: “Ya Rəsulullah! Kimlərdir onlar?” deyə soruşdular. Peyğəmbər: “Kim mənə itaət edərsə Cənnətə daxil olar, kim mənə itaət etməzsə onlar Cənnəti istəməyənlərdir” deyə buyurdu(Buxari. )
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən mənə Quran və onun misli qədəri verilmişdir. Yaxında qarnı tox olan bir kimsənin oturacağına dirsəklənmiş halda: Yalnız bu Quranı götürün. Orada tapdığınız haramları haram sayın, hallaları da halal sayın” deyəcəkdir(Əhməd, Əbu Davud. )
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qarnı tox olan bir kimsənin oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə: “Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq” deyən görməyim”(Tirmizi, Əbu Davud, Əhməd, əl-Albani “Səhihul Cəmi” 2643. )

Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən mütəvatir gələn hədislərdən başa düşüldüyünə görə o, xütbələrində səhabələrinə eşidib (öyrən-dikdən) sonra eşitməyənlərə təbliğ etmələrini və yenə onlara bir çox təbliğ edilən var ki, dinləyənlərdən daha qavrayandır (Ola bilər ki, təbliğ edilən kimsə eşidərək təbliğ edən kimsədən daha yaxşı qavrayar) buyurduğu başa düşülür. Bu tövsiyələrdən biri də Buxari və Muslimdə olan hədisdir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Vida həccində Ərafatda olarkən müsəlmanlara xitabən buyurdu: “Qoy (burada olub) dinləyənlər, (burada olmayanlara) təbliğ etsin. Ola bilər ki, təbliğ edilən kimsə eşidərək təbliğ edən kimsədən daha yaxşı başa düşüb qavraya bilər”(Buxari 67. )
Əgər Sünnət əməl edənə və təbliğ edilənə dəlil olmasaydı və əgər Sünnət Qiyamət gününə qədər qalmasaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu başqasına təbliğ üçün səhabələrinə əmr etməzdi. Bununla da başa düşülür ki, Sünnət onu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından eşidən (səhabə) və səhih sənədlə təbliğ edilən (nəsillərə) hər kəsə dəlil təşkil edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri onun əməli və qovli sünnətlərini əzbərləyib tətbiq edərək, tabiin, tabiin də onlardan sonra gələnlərə təbliğ etdilər. Bununla da güvənilir alimlər onu nəsildən-nəsillərə, əsirdən-əsirlərə ötürdülər. Sünnəti müstəqil kitablarda toplayaraq səhihini zəifindən ayırdılar. Səhihini zəifindən ayırmaq üçün aralarında olan qayda və qanunlara baş vurdular. Alimlər Buxari, Muslim və s. bənzəri (hədis) kitablarını oxudular və əzbər-lədilər. Onlar əl-ələ verərək beləcə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəti tam bir şəkildə (mühafizə etdilər) qorudular. Allahın Qurani Kərimi pislərin şərindən, dinsizlərin dinsizliyindən, azğınların təhrifindən qoruduğu kimi: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (əl-Hicr 9). Heç şübhə yoxdur ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəti nazil olan bir vəhydir. Allah Qurani Kərimi qoruduğu kimi onu da qorumuşdur. Sünnəti təhrifçilərin təhrifindən, cahillərin təvilindən qorumaq üçün, şübhələri dəf edəbiləcək alimləri ona mühafizəçi etmişdir. Cahillər, yadlar və dinsizlər uydurma sözlərlə Sünnətə hücum etdikcə o, alimlər onu pərvanə kimi qoruyarlar. Çünki Allah bu Sünnəti Uca kitabının təfsiri və hökümlərinin açıqlayanı etmiş və Qurani Kərimdə açıq şəkildə zikr etmədiyi bəzi hökümləri Sünnəti ilə bildirmişdir. Məs: Süd əmizdirmə, Mirasla bağlı bəzi hökmlər, qadının xalası və ya bibisi ilə birlikdə almaq kimi Allahın kitabında zikr edilməyən məsələlər səhih Sünnətdə açıqlanmışdır. İndi isə Sünnətin mühüm-lüyünü və onunla əməl etməyin vacibliyi barədə səhabə, tabiin və alimlərin söylədikləri bəzi sözləri zikr edək: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr – radıyallahu anhu – nun xəlifəliyi (dövründə) bir qrup ərəblər (zəkat verməkdən imtina edərək) küfrə girirlər. (Əbu Bəkr – radıyallahu anhu – onlarla vuruşmağa qərar verdikdə) Ömər: “Sən o, insanlarla necə döyüşə bilərsən ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: “Allahdan başqa ibadətə layiq İlah olmadığına (və Muhəmmədin Allahın Rəsulu olduğuna) şəhadət edincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olarlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir” dedi(Buxari 25, Muslim 22. )
Əbu Bəkr: “Allaha and olsun ki, namaz və zəkatı bir-birindən ayıranlarla vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə ödədikləri bir dəvə yulanını belə məndən əsirgəmiş olsalar bundan ötrü onlarla vuruşacağam” deyə cavab verdi. Ömər: “Vallahi başa düşdüm (gördüm) ki, tək Allah – subhənəhu və təalə - özü Əbu Bəkr – radıyallahu anhu – nun köksünü onlarla döyüşməyə açmışdır və başa düşdüm ki, doğru olan da elə budur”(Buxari 139, Muslim 20. )
Əbu Bəkr – radıyallahu anhu – nun zəkat verməyənlərlə savaşı mürtəd (İrtidad) edənlərlə döyüşmək üzərə səhabələrin hər biri Əbu Bəkr – radıyallahu anhu – ya yardımçı oldular. Mürtədlərlə təkrar İslama girincəyə qədər döyüşdülər. Mürtədliyində israr edənləri isə öldürdülər. Bu hadisə Sünnətin mühümlüyünü və onunla əməl etməyin vacibliyini ifadə edən ən açıq bir dəlildir.
Bir nənə Əbu Bəkr – radıyallahu anhu – nun yanına gələrək Mirasdakı payı barəsində soruşdu. Əbu Bəkr: “Allahın kitabına görə sənin heç bir payın yoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də sənə bir pay verdiyini də bilirəm. Bu barədə səhabələrdən soruşacağam” dedi. Məsələ barəsində səhabələrindən soruşdu. Onlar: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nənəyə 1/6 verdiyini söylədilər.Bundan sonra Əbu Bəkr – radıyallahu anhu – nənəyə bu payı verdi”. Ömər – radıyallahu anhu – vəlilərinə Allahın kitabıyla, əgər onda tapmasalar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəti ilə əməl etməyi əmr edirdi. Döyülmə nəticəsində uşağını itirən qadın ilə bağlı hökm Ömər – radıyallahu anhu – ya ağır gəldikdə bunu səhabələrindən soruşdu. Muhəmməd b. Səlim və Muğirə b. Şöbə – radıyallahu anhu – belə şahidlik etdilər: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu haqda bir kölə və cariyə verməsini söylədilər”. Əri vəfat etmiş bir qadının ərinin evində iddət müddətini gözləməsi hökmü Osman – radıyallahu anhu – ya müşkil gəldikdə Məlik b. Sinan qızı və Əbu Said – radıyallahu anhu – nun bacısı qızı Fureya: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ərin vəfat etdikdə sonra iddət bitənə qədər ərin evində gözləməsini əmr etdi” deyə buyurdu. Yenə Osman – radıyallahu anhu – şərab içdiyi üçün Vəlid b. Ukbə – radıyallahu anhu – ya Sünnətin hökmü ilə hədd cəzasını tətbiq etmişdir. Əli – radıyallahu anhu – Osman – radıyallahu anhu – nun Təməttu Həccini qadağan etdiyi üçün onun əksini edərək Həccə Təməttu niyyət edərək: “Mən bir kimsənin sözünə görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətini burax-maram”. Bir qrup müsəlmanlar Əbu Bəkr və Ömər – radıyallahu anhum – nun İfrad Həccini gözəl gördüklərini bəyan edərkən Təməttu Həcci etdiyi üçün İbn Abbas – radıyallahu anhu – ya etiraz etdilər. Bundan sonra İbn Abbas: “Çox keçməz ki, başınıza daş yağar. Mən sizə deyirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurub, siz isə deyirsini ki, Əbu Bəkr və Ömər – radıyallahu anhum – belə deyib”. Əgər Əbu Bəkr və Ömər – radıyallahu anhum – nun bu sözlərinə uyan kimsənin Sünnətə zidd davrandığı və cəzaya məruz qalmasından qorxulursa, məqamca onlar-dan daha aşağı olanların və ya öz qıt görüş və ictihadlarına qapanaraq Sünnətə müxalif olanların halı necə olacaqdır? Bir nəfər Sünnətlə bağlı bir məsələdə Abdullah b. Ömər – radıyallahu anhu – ilə münaqişə etdikdə O: “Bizim Ömər – radıyallahu anhu – ya uymağımız əmr edildi (Yoxsa Sünnətə), yoxsa biz ona (Ömər – radıyallahu anhu – ya) uymağa məcburuq” demişdi.
İmran b. Huseyn – radıyallahu anhu – Sünnətdən danışarkən orada olanlardan biri: “Bizə Allahın Kitabından danış” dedi. İmran qəzəbləndi və: “Sünnət Quranın açıqlayanıdır. Sünnət olmasaydı Əsr 4, Məğrib 3, Sübh namazlarının 2 rükət olduğunu, zəkat və digər mövzularla bağlı hökümləri incəliyinə kimi bilməzdik”. Sünnətin mühümlüyü, onunla əməl etməyin vacibliyi və ona müxalif olmağın təhlükəli olması ilə bağlı səhabədən gələn bir çox sözlər vardır. İbn Ömər – radıyallahu anhu – və övladları arasında baş verən hadisə bu barədədir. İbn Ömər: “Allahın qulları olan qadınları Allahın məscidlərinə gəlməyə mane olmayın” hədisini söylədikdə övladlarından Bilal: “Vallahi onlara mane olacağam” dedi. İbn Ömər – radıyallahu anhu – ona qarşı çıxaraq: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurdu deyirəm, sən də deyirsən ki, Vallahi onlara mane olacağam”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən olan Əbu Səid Abdullah b. Muğəffəl əl-Muzəni – radıyallahu anhu – yaxınlarından birinin sapand (raqatka) ilə daş atdığını gördükdə onu bu hərəkətdən çəkindirərək dedi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – sapand ilə daş atmağı qadağan etmiş və o (sapand) nə düşmən yaralayar, o yalnız göz çıxarır və diş qırar” deyə buyurdu. Sonra İbnu Muğəffəl – radıyallahu anhu – o, adamı təkrar sapand ilə atdığını gördükdə dedi: “Vallahi səninlə bir daha danışmayacağam. Mən sənə Allahın Rəsulunun sapand daşı ilə atmağı qadağan etdiyini deyirəm sən isə əhəmiyyət vermirsən”(Buxari, Muslim. )
Beyhəqi, böyük Tabiin Əyyub Sahtiyani – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Bir kimsəyə Sünnətdən bəhs etdiyin zaman – Sünnəti burax bizə Qurandan danış – deyərsə bil ki, o sapıqdır”. Əvzai – rahmətullahi aleyhi - deyir ki: “Sünnət Kitabın bir hökmünü açıqlaya bilər və ya onun mütləq bir hökmünü məhdudlaşdıra və ya onda zikr edilməyən hökmləri gətirə bilər”. “Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndər-dik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl 44). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən mənə Quran və onun misli qədəri (Sünnə) verilmişdir”(İmam Əhməd, Əbu Davud, Həkim. )
Beyhəqi, Amir əş-Şabi – rahmətullahi aleyhi - rəvayət edir ki, o bəzi insanlara: “Siz əsərləri (hədisləri) tərk etdiyiniz zaman həlak oldunuz” demiş və bununla səhih hədislərin tərk edilməsini qəsd etmişdir. Yenə Beyhəqi, Əvzai – rahmətullahi aleyhi - dən rəvayət edir ki, o bəzi yoldaşlarına: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sizə bir hədis gəldikdə əksini söyləməkdən çəkinin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – Rəbbindən alaraq təbliğ edər” deyirdi. İmam Souvri – rahmətullahi aleyhi - deyir ki: “Elmin tamamı hədis elmidir” sözü yuxarıda qeyd olunanlar kimi Beyhəqi tərəfindən rəvayət edilmişdir. İmam Məlik – rahmətullahi aleyhi - deyir ki: “Bizim içtihadlarımız kimsə tərəfindən rədd eilə də bilər, qəbul edilədə. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qəbrinə işarə edərək: “Bu qəbrin sahibinin sözləri müstəsnadır” dedi. Əbu Hənifə – rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn hədisin başımız və gözümüz ustə yeri vardır”. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: “Mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən səhih bir hədis rəvayət edildiyi halda onunla əməl etməsəm ağlımın getdiyini xəbər verin”. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: “Mənim söylədiyim bir söz Allahın Rəsulundan gələn bir hədisə zidd olarsa mənim sözümü divara çırpın”. İmam Əhməd – rahmətullahi aleyhi - bir tələbəsinə deyir ki: “Məni, Məliki, Şəfiini, Əvzaini, Sourini təqlid etmə. Sən də onların elm aldığı qaynaqlardan elm al”. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Sənədini və Allahın Rəsulundan gələn hədisin səhihliyini bildikləri halda Sufyanın sözünə uyanlara məətəl qalıram”. “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur 63) ayəsini oxuduqdan sonra İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Bilirinizmi fitnə nədir? Fitnə şirkdir. Bir kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir sözünü rədd edərsə qəlbinə bir miqdar şübhə düşər və buna görə də həlak olar”. Beyhəqi – rahmətullahi aleyhi - rəvayət edir ki, Tabiindən Mücahid b Cərir – rahmətullahi aleyhi - deyir ki: “Sonra bir şey haqqında çəkişsəniz həmən onu Allaha və Rəsuluna ərz edin”. “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa 59) ayəsinin təfsirində deyir ki: “İşi Allaha həvalə etmək Qurani Kərimin, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə həvalə etmək isə hədisin hökmünə həvalə etmək deməkdir”. Beyhəqi, Zuhri – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Bizdən öncəki alimlər, Sünnətə sarılmaq qurtuluşdur” deyərdilər. İbn Qudamə – rahmətullahi aleyhi - “Ravdatun Nazirin” kitabının “Ədillə Səriyyə - Hökümlərin əsası” bölümündə deyir ki: “Ədillə Səriyyənin – Hökümlərin ikincisi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətidir. Onun sözü dəlildir. Çünki onun doğru olduğuna, Allahın əmirlərinə itaət etdiyinə və qadağalarından qaçdığına Quran (möcüzələr) şahiddir”. İbn Kəsir – rahmətullahi aleyhi -: “Peyğəmbərin əmrinə zidd davrananlar başlarına bir bəla gəlməkdən və ya onlara ağır bir əzabın isabət etməsindən həzər etsinlər” (ən-Nur 63) ayəsinin təfsirində deyir ki: “Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrinə müxalif olmaqdan həzər edin. Onun əmri, onun yolu, Sünnəti və şəriətidir. Sözlər və əməllər onun söz və əməlləriylə ölçülür (dəyər qazanır). Söz və əməlinə uyğun söylənən sözlər, edilən əməllər, Allahın dinində qəbul edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in söz və əməllərinə zidd olan sözlər və əməllər kimdən gəlirsə gəlsin, kim tərəfindən işlənirsə işlənsin sahibinə rədd edilir”. Möminlərin anası Ummu Abdullah Aişə - radıyallahu anhə (Ummu Abdullah – Abdullahın anası. Aişə - radıyallahu anhu – ə nin öz uşağı yox idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu bacısı Əsmə - radıyallahu anhu – nin oğlunun adı ilə çağırardı. Abdullah b. Zubeyr)
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır”(Buxari 2697, Muslim 1718, Ləfzi Buxarinindir. )
(Başqa rəvayətdə: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır”(Muslim şərhi 3/313.)
Yəni istər zahiri, istər batini olsun Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətinə zidd hərəkət edənlər qorxsunlar. Yəni qəlblərinə küfr, nifaq və bidət kimi bəlaların... Yaxud onlara əzəbın gəlməsindən həzər etsinlər. Yəni dünyada qisas, hədd, həps və s. bənzəri cəzalar kimi. İmam Əhməd – rahmətullahi aleyhi - dən rəvayət edildiyinə görə: “AbdurRazzaq, o da Mamərdən, o da Həmmam-dan nəql etdiyi və Əbu Hureyrə - radıyallahu anhu – nin rəvayət etdiyinə görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim və sizin misalınız od qalayan kimsənin misalı kimidir. Atəş ətrafı işıqlandırınca pərvanələr və atəşi sevən böcəklər atəşin içinə hücum edərlər. O, da onları atəşdən mühafizə etməyə başlayar. Lakin onlar qalib gəlib özlərini atəşə atarlar. Bu misal mənim və sizin halınızdır. Mən sizi atəşdən qorumağa çalışıram lakin siz mənə əhəmiyyət vermədən atəşin içinə atılırsınız”(Buxari, Muslim, İmam Əhməd. )
Suyuti – rahmətullahi aleyhi - “Miftahul Cənnəh Fil İhticaci Bi Sunnə - Cənnətin açarı Sünnətə sarılıb onu dəlil qəbul etməkdir” adlı risaləsində deyir ki: “Bilin ki, - Allah sizi bağışlasın – kim ki, səhih olduğunu bildiyi halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in istər söz və istər əməl olaraq bir Sünnətinin dəlil olduğunu inkar edərsə kafir olar və İslam dairəsindən çıxaraq Yəhudi, Xristiyan və ya Allahın dilədiyi küfr toplumların biri ilə həşr olunar”.
Səhabə, Tabiin və onlardan sonra gələn elm əhlinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətinə önəm vermək, onunla əməl etməyin vacibliyi və ona zidd hərəkət etməyin təhlükəli olduğuna dair sözləri çoxdur. Umuram ki, zikr etdiyimiz ayə, hədis və digər qiymətli sözlər haqqı istəyən kimsə üçün kifayət və inandırıcı olar. Bütün müsəlmanların Allahın razı olduğu əməlləri etməyə müvəffəq olmalarını, qəzəbinə gətirən səbəblərdən uzaq olmalarını və yenə cümləmizi doğru yola hidayət etməsini Allahdan diləyirik. Duaları eşidən və dua edənlərə yaxındır.
Allahın salavatı qulu və elçisi olan Peyğəmbərimiz Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailəsinə, səhabələrinə və onlara gözəl şəkildə tabe olanların üzərinə olsun. Amin
------------------
(3)Əbu Davud.

(4)Muslim 2408. Tirmizi “Mənakib” 3788, Musnəd 10681, əl-Albani səhih.

(5)Muslim 2408

(6)Muslim 2408.
AbdulAziz b. Baz
Türk dilindən tərcümə edən: K.Hüseyn
www.İslamevi.az

Категория: Dini | Добавил: ilka1 (31.10.2008)
Просмотров: 612 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]