Çərşəmbə axşamı, 19.11.2024, 07:36
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 27
Qonaq 27
İstifadəçi 0

Məqalələr


ÇOXEVLİLİYƏ İCAZƏ VERİLMƏSİ
Qurandan sübut: Allah taala buyurur:
"Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır." (ən-Nisa: 3).
Sünnədən (hədislərdən) dəlil: Peyğəmbər  dörd arvad almış səhabələrə bunu inkar etməzdi. Həmçinin İslamı yeni qəbul etmiş səhabənin dörddən çox arvadı olduqda Peyğəmbər  həmin səhabəyə dörd arvad ilə kifayətlənməyi, digərlərini isə boşamağı əmr edərdi.
Həmçinin səhabələr, tabeinlər və bütün İslam alimləri şəriətdə deyilən şərtlər əsasında dörd arvad almağın halal olduğunu qeyd etmişlər.
İslam şəriətinin çoxevlilik baxımından alicənablığının və ortalığının (neytrallığının) açıqlanması:
1. İnsanlar, İslam şəriəti gəlməmişdən öncə evlilik məsələsində iki hissəyə bölünmüşdülər: Bir hissə çoxev¬liliyə tam icazə verir, qadınların haqlarının tapdalanmasına, mənimsənilməsinə baxmayaraq bunun üçün müəyyən say təyin etmirdilər. Digər hissə insanlar isə, kişilərə çətinlik yaransa da qəti olaraq təkevliliyi dəstəkləyirdilər.
İslam şəriəti gəldikdən sonra çoxevlilikdə ifrata varanlardan və təkevliliyi qanun etməklə insanları məhrum edənlərdən fərqli olaraq, özünə orta mövqe götürdü. O, eyni vaxtda arvadların sayının dörddən çox olmaması, onların arasında ədalətliliyin olması, qadının maddi və cismi ehtiyaclarını kişinin ödəməsi şərti ilə çoxevliliyə icazə verdi.
2. Cinsi fəallığın güclü olmasına, yaxud qadınların hamiləlik, doğuş, aybaşı, nifas, əldən düşmə və s. hallarıyla üzləşmələrinə görə bəzi kişilərə bir arvad kifayət etmir. Belə kişilər çoxevlilikdən məhrum edildikdə və təkevliliyə məruz qaldıqda özlərinə qeyri qanuni çıxış yolları: zina, uşaqbazlıq və s. tapacaq, təmiz və iffətli qadınlarla evlənmək əvəzinə, natəmiz qadınlarla yaxınlıq edərək ehtiyaclarını ödəyəcəklər. Hal-hazırda çoxevliliyi qadağan edən ölkələrdə bu vəziyyət açıq-aşkar görsənməkdədir. Elə bu qanunlarla yaşayan ölkə əhalisi də buna şahidlik edərək deyirlər: "Şərq ölkələri çoxevliliyə icazə verməklə yenə də doğru qərar vermişlər. Çünki bu, insaniyyətin etiraf etdiyi bir əsasdır. Çox təəccüblüdür ki, çoxevliliyi inkar edən avropalılar öz əməllərində buna qarşı çıxırlar. Mən onların arasında bir nəfərin də olsa, təkevliliyə lazımı qaydada riayət etdiyini sanmıram".
Başqa birisi isə deyir: "Xaçpərəstlik dininin çoxevliliyi qadağan edib, təkevliliyi təkidlə insanlara məcbur etməsi həqiqətdirmi? Bu qanuna heç əməl edən varmı? Sualın cavabında "Bəli" deyən adam mütləq buna gülməlidir. Çünki, məsələn, biz qədim Fransa krallarına fikir versək onların saraylarında neçə-neçə arvadların və aşnaların olduğunu görərik. Belə olmasına baxmayaraq kilsə həmin krallara çox böyük müqəddəslik və ehtiramla yanaşırdı. Çoxevlilik təbii qanundur və o, dünyanın sonuna qədər davam edəcəkdir. Ona görə xaçpərəstliyin qoyduğu bu qanun istənilən nəticəni verməmişdir... Xaçpərəstliyin zahirən iddia etdiyi təkevlilik qanununun bir neçə həlakedici zərəri vardır və bunlardan üçünü qeyd etmək mümkündür. Əxlaqsızlıq, dul qadınlar və qanunsuz uşaqlar. Bu ictimai xəstəliklər pis əxlaq daşıyıcısıdır. Belə xəstəliklər İslam şəriəti tam tətbiq olunan ölkələrdə müşahidə olunmurdu. Yalnız qərb mədəniyyəti gəldikdən sonra bu xəstəliklər yayılmağa başlamışdır".
Aşna qadınlarla yaxınlıq edən və homoseksualizmlə məşğul olan cəmiyyətlərə baxdıqda, onların heyvani həyat sürdüklərini gördükdə, İslam şəriətinin çoxevliliyi halal etməsinin sirrini aşkar edirik. İslamın bütün nəsillərə, irqlərə, zaman və məkana münasib fitri din olmasını dərk edirik.
3. Hər iki tərəfi nəzərə almaq. Ümumiyyətlə kişilər çətin işlərə baş vurduqlarından onların arasında ölüm hadisələri daha çox olur. Əgər qadınlara nisbətən daha çox vəfat edən kişilərdirsə, deməli qadınların sayı kişilərin sayından daha çoxdur. Həmin qadınların onlara kömək edən və onların namusunu qoruyan kişilərə ehtiyacları vardır. Bunun ən sağlam yolu yalnız çoxevliliyə icazə verilməsidir.
4. İnsan cəmiyyətləri kişilərin kəskin şəkildə azalması ilə üzləşir. Xüsusən də müharibələrdən sonra bu vəziyyət daha da acınacaqlı olur. Əgər çoxevliliyə icazə verilməsə onda bir çox qadınlar onlara həm maddi, həm mənəvi kömək edə biləcək ərsiz qalmalıdırlar.
Bunun əyani tarixi sübutu ikinci dünya müharibəsi (1939-1945) dövründə iyirmi milyondan çox kişinin məhv edilməsidir. Belə olduğu halda dul qadınların sayı çoxalıb hətta iyirmi beş milyona çatmışdı. Ona görə o vaxtlar özünə ər tapan qadın sanki qiymətli bir xəzinə tapırdı. Almaniyada qadınlar böyük nümayişlərə çıxır və çoxevliliyə icazə verilməsini tələb edirdilər. Hətta iş o yerə gəlib çatmışdı ki, Alma¬ni¬ya dövləti məsələnin həlli üçün Misirin əl-Əzhər universitetindən (İslamda çoxevlilik qanunu) haqda məlumatlar almışdır. Dünya gənclər birliyi təşkilatı 1948-ci il Almaniyanın Münhen şəhərində keçirdiyi konfransda demişdir: Bu məsələnin yeganə həlli çoxevliliyə icazə verməkdir.
5. Hər hansı ölkədə kişilərin azalması müşahidə edildikdə və ölkə kişilərin sayını çoxaltmaq istədikdə ən əlverişli və səmərəli həll çoxevlilikdir.
6. Bir qadınla evlənən kişinin həyat yoldaşı müəyyən bir müddətdən sonra hansısa xəstəlik və ya qüsurla üzləşir, ərinin və ailəsinin haqlarını ödəməkdə acizlik çəkir, yaxud qadın qısır olur və s. Buna baxmayaraq onların arasında məhəbbət olduğundan onlar bir-birindən ayrılmaq istəmirlərsə, kişi də öz ehtiyaclarını ödəmək və övlad sevgisi məcburiyyətində qalarsa, bütün bu hallarda İslam şəriəti kişini pis işlərdən qoruyan ikinci evlilikdən məhrum etmir. Həmçinin ikinci qadın almış kişi özünün övlad arzusuna yetişir və bununla o xoşbəxtlik hissləri keçirir.
Həmçinin belə hallarda kişinin öz keçmiş həyat yoldaşını boşaması heç də məqsədyönlü deyildir. Əksinə, kişilik və insaniyyətə görə o keçmiş həyat yoldaşını saxlamalı, ona hər cür köməklik etməli, onu şəfqət və yaxşılıqdan məhrum etməməlidir. Həmçinin belə qadının öz əri ilə qalması boşanmasından daha xeyirlidir. Çünki belə vəziyyətdə boşanan qadınla heç kəs evlənmək istəməz və beləliklə o dul qalmalı olacaq, özünü şəfqət və yaxşılıqdan məhrum edəcəkdir. Ələlxüsus İslam şəriəti qadına qarşı ədalətli olmağı əmr etmiş, ona zülm etməyi və haqqını tapdalamağı haram saymışdır.
7. Həm də ola bilər ki, bir kişi iş dalınca digər ölkələrə çox və uzunmüddətli səfər etsin və hər dəfə ailəsini özü ilə aparmağa gücü çatmasın və ya hansısa maneə olsun. Belə halda kişi haram iş görəcəyindən qorxarsa, ağıl və məntiqə görə ona ikinci evlilik üçün icazə verilməlidir ki, o, haram və çirkin işlərə qurşanmasın.
Sonda onu demək olar ki, İslam şəriətinin təyin etdiyi qanun çərçivəsində çoxevliliyin insan cəmiyyəti üçün çox böyük əhəmiyyəti vardır. Çünki hər bir cəmiyyət kişi və qadınlardan ibarətdir. Hər bir fərdin özünə məxsus ictimai problemləri vardır. Bu problemlərin həlli isə yalnız çoxevliliyə icazə verməkdədir. İslam şəriəti də problemlərin həlli üçün bu qapını açmış və onun istifadəsini şəriət qanunları çərçivəsində təyin etmişdir. Bütün bunlar İslam dininin alicənablığı və gözəlliyinin sübutudur. İslam şəriətinin qanun¬ları insanların problemlərini həll etməyə zəmanət verir. O, irqindən və cisindən, zamanından və məkanından asılı olmayaraq hamıya aiddir.
Категория: Dini | Добавил: ilka1 (11.12.2008)
Просмотров: 506 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]