Çərşəmbə axşamı, 19.11.2024, 09:46
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 6 Qonaq 6 İstifadəçi 0 |
|
Məqalələr
Kişi və qadın
Hamıya məlumdur ki, insan başqa canlılarla müqayisədə ən kamil və üstün varlıq hesab olunur. Bu üstünlük nədən irəli gəlir? Əgər desək ki, insan böyük bədənli, daha gözəl və qüvvətli olduğuna görə üstün hesab olunur, yanılmış olarıq. Çünki dünyada ondan da böyük, gözəl və qüdrətli canlılar çoxluq təşkil edir. Deməli, insanı bu yüksək mərtəbəyə qaldıran onun elmi və düşüncə qabiliyyətinə malik olmasıdır. Allah-təala Fatir surəsinin 11-ci ayəsində buyurur: “Allah-təala sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısadılması da ancaq kitabda (lövhi məhfuzda) yazılmışdır. Həqiqətən bu, Allah təala üçün çox asandır.” Allah-təala Əl-Qiyamə (Qiyamət) surəsinin 37-40-cı ayələrində belə buyurur: “Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyilmi?! Sonra laxtalanmış qan oldu və (Allah təala) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Allah-təalanın insanlar üzərindəki aydın nişanələrindən biri də onların kişi və qadın olaraq iki yerə ayrılmasıdır. Məhz onların sayəsində insan öz növünü bir əsrdən növbəti əsrə saxlayıb davam etdirir. Qurani-Kərim tez-tez bu aydın ilahi nişanələri xatırladaraq diqqət mərkəzində saxlayır. İnsanların hamısı yaranış etibarilə yalnız kişi və yaxud yalnız qadın olsaydı, ilk yaradılmış insanlar öldükdən sonra insanın mövcudluğu təhlükə qarşısında qalaraq sona yetərdi. İnsan yaranışının ilkin dövrlərindən bəri ardıcıl olaraq hər bir cəmiyyətdə nəsil növünü saxlayan, davam etdirən və gələcəyə çatdıran qadın və kişi cütlüyü mövcud olmuşdur. Bu cütlük nəslin davam etməsi üçün heyvanlar da belə qorunub saxlanmışdır. Elə isə O Allah-təala ölüləri diriltməyə qadir deyilmi?!
|
Категория: Dini | Добавил: ilka1 (25.12.2008) |
Просмотров: 516
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|