Siqaretin hökmünə dair dəlillər bunlardır: 1-Allah Təala belə buyurur :
..Onlara təmiz şeyləri halal, murdar olan əziyyət verici şeylər haram edər..
Ə'RAF: 157
Siqaret bədənə zərər verən murdar şeydir. Qoxusu da pisdir.
2-Allah təala belə buyurur:
Öz əllərinizlə özünüzü təhlükəyə atmayın
Bəqərə: 195
Siqaret, vərəm və xərçəng kimi öldürücü xəstəliklərə səbəb olmaqdır.
3-Allah Təala belə buyurur:
Özünüzü öldürməyin
Nisa: 29
Siqaret gizli bir intihardır. İnsanı fərqində olmadan yavaş yavaş öldürər.
4-Allah Təala içkinin zərəri haqqında belə buyurur:
Hər ikisinin də günahı faydasında daha böyükdür
Bəqərə: 219
Siqaretin də zərəri faydasından çox daha böyükdür. Hətta heç faydası yoxdur belə deyilə bilər.
5-Allah Təala belə buyurur:
Gərəksiz yerə də israf etmə. Çünki israf edənlər şeytanın qardaşlarıdır. İsra: 26-27
Siqaret çəkmək israfdır israf isə şeytanın əməlidir.
6-Rasulullah sallallahu əleyhi və səlləm belə buyurur:
Nə zərər vermək vardır, nə də zərər uğramaq Əhməd: Saleh hədis
Siqaret sahibinə zərər verər, ətrafındakıları narahat edər, malıda tələf edər
7-Rasulullah sallallahu əleyhi və səlləm belə buyurur:
Allah, sizin öz malınızı boş yerə xərcləyərək itirmənizi xoş qarşılamaz Buxari, Muslim
Siqaret çəkən adam malını boş yerə xərcləyərək itirdiyindən ötəri, Allah onu xoş qarşılamaz.
8-Rasulullah sallallahu əleyhi və səlləm belə buyurur:
Bütün ümmətim bağışlanılacaq. Günahını aşkar edənlər xaric Buxari, Muslim
Siqaret çəkən adam hədisdən də aydın olduğu kimi günahını aşkar edən kəslərdəndir.
9-Rasulullah sallallahu əleyhi və səlləm belə buyurur:
Yaxşı insanla oturan adam ilə pis insanla oturan adamın kimi; müşk satan insan ilə,
atəşə üfləyən insana bənzər. Buxari, Muslim
Siqaret çəkən adam atəşə üfləyən pis insanla oturan kimidir.
10-Rasulullah sallallahu əleyhi və səlləm belə buyurur:
Kim soğan və ya sarımsaq yersə bizdən və məscidimizdən uzaq dayansın, evində otursun Buxari, Muslim
Siqaretin qoxusu soğan və sarımsaqdan daha pisdir