Çərşəmbə axşamı, 19.11.2024, 13:41
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


Könüllü verilən sədəqənin faydaları
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir:
«Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver» Buxari: 3/ 304/ № 1442. Müslim: 2/ 700/ № 1010.

Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur:
«Allah-taala Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gün yeddi qrup insanı Öz kölgəsi altına alacaqdır». Həmən o yeddi nəfərdən biri də sədəqəni gizli verərkən sağ əlin verdiyindən sol əlin belə xəbəri olmayandır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Üqbə ibn Amirin belə deməsi rəvayət olunur:
«Allah elçisinin (sav) belə deməsini eşitdim: “Hər bir şəxs, [qiyamət günü] insanlar üzərində məhkəmə bitənəcən öz sədəqəsinin kölgəsində olacaq”». Hədisi İbn Hibban və Hakim rəvayət etmişdir.

Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur:
«Müsəlman çılpaq bir müsəlmana libas geydirərsə, Allah da ona Cənnətin yaşıl libasını geydirər. Müsəlman ac bir müsəlmanı yedizdirərsə, Allah da ona Cənnət meyvələrindən yedizdirər. Müsəlman susuzluqdan əziyyət çəkən bir müsəlmana su içizdirərsə, Allah da ona xalis, möhürlü cənnnət şərabı içizdirər».
Hədisi Əbu Davud zəif isnadla rəvayət etmişdir.

Həkim ibn Hizamdan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur:
«Yuxarıda dayanan əl, aşağıda dayanan əldən daha yaxşıdır. Öhdəndə olandan başla! Sədəqənin ən yaxşısı ehtiyacdan artıq olan maldan verilən sədəqədir. Allahdan gözütoxluğu diləyəni Allah gözütox edər, zənginliyi istəyəni isə zəngin edər». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.

Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisindən (sav) soruşdular:
«Ey Allahın elçisi! Ən yaxşı sədəqə hansıdır?». O dedi: «Ən yaxşı sədəqə maddi çətinliklər içində yaşayanın ən az malından verdiyi sədəqədir və öncə öhdəndə olanlardan başla». Hədisi Əhməd və Əbu Davud rəvayət etmiş, İbn Xüzeymə, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.

Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
«Sədəqə verin!» Bir kişi dedi: «Ey Allahın elçisi! Məndə bir dinar var». Peyğəmbər (sav) dedi: «Onu özün üçün xərclə». Kişi yenə dedi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) : «Onu da övladın üçün xərclə» –deyə cavab verdi. Kişi yenə təkrar etdi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) dedi: «Onu da həyat yoldaşın üçün xərclə». Kişi dedi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) dedi: «Onu da qulluqçun üçün xərclə». Kişi yenə dedi: «Məndə bir dinar da var». Onda Peyğəmbər (sav) belə dedi: «Onu artıq nəyə sərf edəcəyini sən yaxşı bilirsən». Hədisi Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.

Aişədən rəvayət olunur ki, Peyğəmbər (saav) buyurmuşdur:
«Əgər qadın israfçılığa yol vermədən öz evinin yeməyindən kimə isə versə, verdiyinə görə özü, qazandığına görə əri, evin anbarına görə məsuliyyət daşıdığı üçün də anbardar bərabər dərəcədə mükafat alacaqlar».

Категория: Dini | Добавил: ilka1 (13.03.2009)
Просмотров: 561 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]