Hadisə yerini araşdırarkən götürülən barmaq izində ərəbcə "Allah" yazısı aşkar edilib Türkiyənin Şırnak bölgəsində polislər hadisə yerini araşdırarkən götürdükləri barmaq izinə diqqətli baxandan sonra gördüklərinə inanmayıblar. Türkiyə mətbuatının yazdığına görə, polislər barmaq izində ərəbcə “Allah” yazısını çox aydın şəkildə oxuyublar.� Hələ ki, barmaq izi götürülən şəxsin kimliyi məlum deyil. Götürülən dəlil Ədliyyə İdarəsinin divarından asılıb.
|