Çərşəmbə axşamı, 19.11.2024, 11:37
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 6
Qonaq 6
İstifadəçi 0

Məqalələr


Yapon cizgi filmində Qurani-Kərim təhqir edilib
Bir çox tamaşaçıların fikrinə görə, artıq kifayət qədər məşhur olan Tokio “Syueysya” firması tərəfindən videodisklərdə buraxılan cizgi filmində Qurani-Kərim təhqir edilib. Belə ki, “Co-Conun qeyri-adi sərgüzəşti” adlı filmdə əsas mənfi qəhrəman Qahirədə yaşayır və filmin qəhərəmanını və onun xoş niyyətli dostlarını öldürmək əmri verəndə Qurani-Kərim oxuyur.
“Bu səhnə müsəlmanları terrorçu kimi təsvir edir, bu isə həqiqətə uyğun deyil”, deyə Kiodo agentliyinə müsahibə verən Qahirədə Əl-Əzhar universitetində fitva verən komitə yə rəhbərlik edən şeyx Abdul Həmid Attraş bildirib. “Film bizim dinimizi təhqir edir, onun yaradıcılarına İslamın düşmənləri kimi baxılmalıdır”, deyə şeyx bildirib.
“Syueysya” şirkətinin nümayəndəsi isə bildirib ki, Quran-Kərim cizgi filminə səhvən düşüb. Onun sözlərinə görə, filmin yaradıcısı “Qahirə həyat şəraitini” göstərmək üçün kadra ərəb dilində kitab salmaq istəyib. Nümunə üçün isə onlar kitabxanada əllərinə düşən ilk kitabı seçiblər və bunun müqəddəs Quran olduğunu bilməyiblər. Şirkət nümayəndəsi bildirib ki, onlar üzr istəmək və cizgi filmlərinin disklərinin müvəqqəti olaraq satışdan yığışdırılmasına hazırdırlar. Buna baxmayaraq artıq internetdə yapon məhsullarına baykot qoyulması ilə bağlı çağırışlar edilib.
/ANS PRESS/
Категория: Dini | Добавил: ilka1 (24.03.2009)
Просмотров: 508 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]