Çərşəmbə axşamı, 19.11.2024, 11:45
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 4
Qonaq 4
İstifadəçi 0

Məqalələr


ŞEYTANIN DAHA BİR YALANI
Bilmirəm insanlar bu özlərinə belə köməyi olmayan falçıların nəyinə inanır? Bir düşünün, necə olur ki bu falçılar xəstələndiyində həkimə gedir, bir şeyləri itəndə polisə gedir və yaxud da niyə görəsən onların qızı evdə qalıb ərə getmir, sonsuz olan gəlinləri illərcə övlad həsrəti ilə yanır. Əgər bu falçıların həqiqətən qeyri-adi gücləri ,özləri demişkən Allah vergiləri varsa, bəs niyə özlərinə kömək etmirlər?
Həqiqətən bəzi insanlar var ki onları aldatmaq olduqca asanddır. Əlacsız qalan bir insan düşünün, belə insanların nədənsə 80%-i çıxış yolunun falçılarda olduğunu düşünür. Və bir başa yol alırlar falçılara, bu yalançı falçılar da ağıllarına gələn bir iki sözü qoyurlar ortalığa hansı tutar tutar. Eləki görürlər bu sözlərdən hansısa, əlacsız qalan bu zavallı insana uyur, başlayırlar özlərindən düzüb qoşmağa.

Qəribədi, amma, həmən insanlar da onlara inanır. Falçılar istədiyim hər şeyi gətir səni bu dərddən bir dəfəlik xilas edim vədi ilə zavallı insanlardan istədikləri hər şeyi alırlar, əllərinədə içinə özlərinində anlamadığı bir iki ərəb hərfləri yazıb verirlər ki, get hər şey düzələcək. Görün bu falçılar insanları özlərinə nə qədər inandırıblar ki, bir kəlmələri ilə o insanlar bütün var-dövlətlərini özlərini Allah tərəfindən vergi verilən adlandıran bu yalançılara verirlər, nə var, nə var onları dərddən bəladan azad edəcəklər.

Allah tala öz müqətdəs kitabı olan Quranda belə buyurmuşdu: Bismillahir rəhmanir rəhim. 1.(Ya Peyğəmmbər) De ki: pənah aparıram işıqlı süphün Pərvərdigarına. 2.Məxluqatın (Insanların,cinlərin,vəhşi heyvanların) şərindən, 3.Zülmətə bürünməkdə olan gecənin(və ya:batan ayın,ziyası sönən ulduzların) şərindən, 4.(Ofsun oxuyub)düyünlərə üfürən, (yaxud:cadu edib iplərə düyün vuran)qadınların şərindən, 5.Və birdə paxıllığı tutanda paxılın şərindən. (Fələq surəsi.)

Demək ki, Allah talada cadunun falın günah olduğunu, bizlərə müqəddəs Qurani kərimdə buyurub onda ey insanlar niyə bu günaha batırsınız? Niyə çıxış yolunu Allaha dua etməklə axtarmırsınız? Bilin ki, Allah hər nə olursa olsun öz bəndələrini darda qoymaz, əgər ona üz tutub düşdüyünüz çətin vəziyətdən çıxış yolu diləsəniz inanın ki o sizi bütün sıxıntılarınızdan azad edər.

Amma heç vaxt Allahı unudub bütün ümüdünüzü falçılara bağlamayın, axı o falçıları da Allah yaradıb, Allahın izni olmadan heç kim sizin həyatınızda heç nəyi dəyişə bilməz. Inşallah falçılar və onlara inananlar öz fikirlərindən dönərlər, bunun günah olduğunu anlayarlar və tövbə edərlər. De! (Ey insanlar,ey tövbəkarlar!İstədiyinizi) edin. Allah, onun peyğəmbərləri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahln hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir! ( Tövbə surəsi-105)

Gəlin tövbə edib bir dəfəlik fal və falçılardan uzaqlaşın, onda hər şey asandlıqla öz yoluna düşəcək. Bir də ki əgər Allah bir insana dərd veribsə bilin ki eyni zamanda onun dərmanını da verib, sadəcə bəzi insanlar zəif olduqları üçün, bu dərdlə mübarizə aparmır və onun dərmanınıda tapa bilmir, ona görədə çıxış yolunu falçıya getməkdə görür, sanırlar ki bu hər şeyi həll edəcək. İnsanın başına gələn heç bir şey təsadüf deyil, insan düşdüyü çətinlikilə mübarizə aparmalıdı ki, o vəziyətdən çıxıncaya dək başına gələn hər bir hadisədən dərs alsın. Daha gedib bir iki yalançının yazdığı kağızı gətirib başının altına qoyub boş-boş gözləməsin ki nə vaxtsa bu dərddən azad olacaq.

Категория: Dini | Добавил: ilka1 (24.03.2009)
Просмотров: 585 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]