Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir. Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:
İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589
Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun sözlərindən üstündür və onların hər ikisi məxluqdur... Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir. Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin (elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq olduqlarını bilmiş olarlar.
Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55
Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:
1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.
2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.
3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.
4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.
5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.
6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.
7. Kitabda ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla bilməz.
8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq, rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına fikir vermirlər.
Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də, nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki, kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət edilməməlidir.
Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250
Muhammad Saleh əlMunəccid