Birdən görür ki,bir süvari çayın yanında atdan düşüb xurcununu yerə qoyur, əl üzünü yudu,dincəldi,sonra ata minib getdi. Xurcun yaddan çıxıb qaldı. Bir azdan çay kənarına başqa birisi gəldi,su içdi,dincəldi,gedəndə xurcunu götürüb getdi. O, gedəndən sonra dalında bir şələ odun olan bir nəfər bura gəldi və dalındakı odunu yerə qoyub su içdi və dincəlmək üçün yerə oturdu. Bu zaman xurcunu yaddan çıxmış atlı gəlib xurcunu ondan tələb etdi və qılıncı çıxarıb onu öldürdü. Peyğəmbər üzünü ALLAHa çevirib dedi:”Ya Rəbb biri min dinarı götürüb apardı,o biri günahsız qətl olundu. Bu necə ədalətdir?” Ona cavab gəldi:”İbadətinlə məşğul ol,dünyanı idarə etmək sənin işin deyil. Həmin süvarinin atası min dinarı xurcunu aparan adamın atasından zorla almışdır, odur ki, pulu mən oğluna qismət etdim. Odunçuda süvarinin atasını öldürmüşdür,mən onun oğluna kömək etdim ki,atasının qanını alsın.
Keçmiş zamanlarda qürbətə işə gedən üç yoldaş, bir zaman sıx bir yağışa məruz qalınca yol kənarındakı bir mağaraya sığındılar. Bu zaman ildırım böyük bir qaya parçasını vurub marağanın girişini bağladı!
İçəridə olan üç yoldaş qorxub düşünməyə başladılar. Necə çıxacaqlarını düşünürdülər! Biri dedi- Bu bəladan xilas olmamızın bir çarəsi ola bilər. O da, Rəbbimizin razılığı üçün etmiş olduğumuz yaxşılıqlar. Gəlin bunları şəfaətçi edib buradan xilas olmağı Rəbbimizdən diləyək.Bu səbəblə biri deyər ki: – Ey Rəbbim! Mən yanında işçi işlədən biriydim. Bir gün, işçim axşam gündəlik muzdunu götürməyə gəlmədi. Mən də onun pulunu onun adına ayırıb işlətdim. İllər sonra gəlincə pulunu qazancıyla birlikdə verdim. Çaşdı, götürmək istəmədi. Sonra ciddi olduğumu anlayınca gündəlik muzdunu qazancıyla götürüb sevinərək getdi. Bunu yalnız sənin razılığın üçün etdim. Əgər sənin yanında məqbul oldu isə, bunun hörmətinə bu qayanı, çıxacağımız yerdən uzaqlaşdır!Bu dua üzərinə qaya yerindən tərpənər, amma çıxılacaq qədər yer açılmaz.
İkincisi də belə deyər
– Ey Rəbbim! Mən anasına çox xidmət edən biriyəm. Bir gecə anam su istəmiş, mən də qaçıb çöldən su gətirmişdim, baxdım anam yatmaqdadır. Qarşısında oyanana qədər gözlədim. Gecə yarısı oyandığında məni qarşısında gözləyər halda görüncə çox məmnun olub dua etmişdi. Bunun hörmətinə bu bəladan bizi qurtar.
Qaya bir az daha tərpənər, amma yenə xilas olmağa yeterli deyil.Üçüncü olaraq da son yoldaşları belə dua edər
– Ey Rəbbim! Məmləkətimizdə qıtlıq olmuş, bir çox ailə aclıq bəlasına məruz qalmışdı. Mənim vəziyyətim isə yaxşı idi. Bir gün qonşum qızı yanıma gəlib aclıqdan ölüm təhlükəsi keçirməkdə olan ailəsi üçün məndən yemək bir şey istəmiş, mən də ona özünü mənə təslim edeceyi halda istediyini verə biləcəyəmi söyləmişdim. Başqa çarəsinin qalmadığını anlayan qızcığaz, nəhayət istəyimə razı olmuş, birlikdə tənha yerə getdiyimizdə razılıq etmişdi:
O mənə dedi- Ey əlində imkan olan adam! ALLAHdan qorx, mənim iffət möhürümü nikahsız pozmaqdan çəkin! Bu möhür, ancaq evləndikcə pozular, başqa deyil!
Bu gözlənilməz xəbərdarlıqdan qorxub titrəməyə başladım. Özümü günahsız bir qızın namus möhürünü pozan iffətsiz vəziyyətinə salmaqdan utandım və dedim ki:
Gəl, istədiyin qədər yemək götür, möhürünü mühafizə edərək iffətinlə yaşa.
Beləcə ona istədiyini verdim və möhürünü pozmadım. Bunu sənin razılığın üçün etdim. Əgər qəbul edildi isə, bu qayanı qapımızdan uzaqlaşdır da çıxıb xilas olaq.
Bir də baxdılar ki, sıxışmış qaya diyirlənib getdi,onlar xilas olub çölə çıxdılar.