Çərşəmbə axşamı, 19.11.2024, 09:51
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 7
Qonaq 7
İstifadəçi 0

Məqalələr


Çox tənhayam
Dedim:Çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
Dedim:Bəli bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ
yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et.
(Əraf, 205)
Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedin:ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin:(Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən,
RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
Dedim:Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin:Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat)
alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)
Dedim:Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin:ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)
Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)
Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə
sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.
Birdən:“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.
Sən də: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.
Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə
bilərəm?
Dedin:Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə
təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi
zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur.
(Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm
edəndir! (Əhzab, 41-43)
Öz-özümə dedim: ALLAHIM, SƏNİ çox sevirəm.
www.islamevi.az

Категория: Dini | Добавил: ilka1 (07.05.2009)
Просмотров: 524 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]