Çərşəmbə axşamı, 19.11.2024, 05:31
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 7 Qonaq 7 İstifadəçi 0 |
|
Məqalələr
Quran exlaqı ilə danışan qadın
Salam verdim;
Salamımı, “Üstəlik Rəhmli Rəbb (onlara) `Salam` deyəcək!” (Yasin 58) ayətiylə götürdü.
"Buralarda nə edirsən?" deyə soruşdum.
“Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz” (Ə'raf 186) ayətini oxudu.
Başa düşdüm ki, yolunu itirib.
Hara gedirsən? – sualıma
“Öz qulunu gecə vaxtı Məscidul Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul Əqsaya aparan (Allah) pak və müqəddəsdir” (İsra 1) ayətiylə cavab verdi.
Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir.
Neçə müddətdir yolunu itirmisən? – dedim.
"Tam üç gecə (yəni üç gündür)" (Məryəm 10) ayətini oxudu.
Ona yemək təklif etdim.
“Sonra gecəyədək orucunuzu tamamlayın” (Bəqərə 187) ayətini oxudu.
Axı ramazan ayı deyil – dedim.
“Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir” (Bəqərə 158) ayəti ilə cavab verdi.
Səfərdə orucu pozmaq olar – dedim.
“Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir” (Bəqərə 184) ayətini oxudu.
Niyə mənim kimi danışmadığını soruşdum.
“Dediyiniz elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanınızda hazır durmuş gözətçi olmasın” (Qaf 18) dedi.
Kimlərdənsən? - deyə soruşdum.
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır” (İsra 36) ayəti ilə cavab verdi.
Səhv etdim, haqqını halal et! dedim.
“Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın!” (Yusuf 92) dedi.
Dəvəmə mindirib karvanına çatdırmağı təklif etdim.
“Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir” (Bəqərə: 215) ayətiylə cavab verdi.
Dəvəmi yanına gətirdim.
Minərkən, “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər” (Nur 30) ayətini oxudu.
Gözlərimi çevirdim, minərkən dəvə ürküb qaçdı, bu vaxt paltarı bir az cırıldı.
Öz-özünə, “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!” (Şura 30) ayətini oxudu.
Səbr et, dəvəni bağlayım – dedim. Mənim dəvəmi daha yaxşı idarə edəcəyimi nəzərdə tutaraq.
"Bu barədə Süleymanı anlayışlı və daha məqsədəuyğun davranar etdik" (Ənbiya 79) ayətini oxudu.
Dəvəyə mindi və “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı” (Zuxruf 13) ayətini oxudu.
"Haydı!" deyə dəvəni sürətləndirdim.
“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”(Loğman: 19) ayətini oxudu.
Gedərkən şeir oxumağa başladım.
“Qurandan sizə müyəssər olanı oxuyun!” (Muzzəmmil 20) dedi.
Şeir oxumaq haram deyil ki! dedim.
“Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (Bəqərə: 269) ayəti ilə cavab verdi.
Bir müddət getdikdən sonra evli olub olmadığını soruşdum.
“Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın” (Maidə 101) ayətini oxudu.
Nəhayət karvanına çatdıq və karvanda kimsən varmı? dedim.
"Mal və övlad dünya həyatının bəzəyidir!" (Kəhf 46) dedi.
Anladım ki, övladı var. Adlarını soruşdum.
“Allah İbrahimi (Özünə) dost tutmuşdur!” (Nisa 125) “Allah Musa ilə danışdı” (Nisa 164) “Ey Yəhya! Kitabdan bərk yapış (Məryəm 12) ayətlərini oxudu.
Ey İbrahim, ey Musa, ey İsa! deyə karvana səsləndim. Nur üzlü üç gənc Buyur! deyə çıxıb gəldi. Onlara pul verib,
“İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə halal ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (Kəhf: 19) ayətini oxudu.
Yemək hazır olanda mənə,
“Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” (Haqqa: 24) dedi.
Uşaqlara, Ananızın bu vəziyyətini mənə deməsəniz bu yeməkdən yemərəm! dedim. Onlar da anamız, "Ağızından Cənab-ı Allahın qəzəbini çəkəcək səhv bir söz çıxar qorxusuyla 40 ildir belə yalnız Quranla danışar." – dedilər.
Abdullah İbn Mübarək r. əleyh, bu hadisəni Quranda hər şeyin olduğuna dəlil olaraq izah edərdi.
|
Категория: Dini | Добавил: defaultNick (20.06.2012) |
Просмотров: 840
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|