Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 8 Qonaq 8 İstifadəçi 0 |
|
Məqalələr
Xomeyni kimdir və onun islam düşmənciliyi
Xomeyninin arxa fonu və onun ingilis atası
Xomeyninin əsl atası,Uilyam Riçard Uilyamson 1872-ci ildə Bristolda anadan olmuşdur və onun hər 2 valideyni ingilis idi.Bu, Anqlo-İran,indiki BP şirkətinin keçmiş iranlı işçisi olan və bu hadisələrin şahidi və iştirakçısı olan bir şəxsin sübutuna əsaslanır.Bu fakt həmçinin, 1979-da BP-nin siyasi müşaviri və “The Financial Times”ın keçmiş redaktoru olan leytenant Erşi Çişolm tərəfindən də dəstəklənib və təsdiq olunub. 78 yaşlı Erşi Çişolm 1979-da İrlandiyada Britaniya qəzeti ilə müsahibədə bunu belə ifadə etmişdir:
“Mən Hacını (sonradan hacı olan Uilyamsonu nəzərdə tutur) yaxşı tanıyıram;o mənim üçün işləyib.O, Xomeyninin atasıdır”
Uilyam Riçard Uilyamson 13 yaşında valideynləri ilə birgə Avstraliyaya gedir.Britaniya ordusunun tərkibində İraqda xidmət edir.1891-də o vaxtkı ingilis sömürgəsi Yəməndə,Ədəndə yerli polis qüvvələrinə qatılır və burada işə başlayır. Ləhic şəhərinin hakimi,Sultan Fəzl bin-Əli sonradan Uilyamı polis qüvvələrini tərk etməyə inandırır və Uilyam onunla işləməyə başlayır.Daha sonra Uilyam sultanı Küveytin bugübkü Əl-Səbah ailəsinin qohumu Şeyx Yusef İbrahimə görə tərk edir.Həmin zaman bu ərazilər müstəqil deyildi və Fransa ilə İngiltərənin sömürgəsində idi.Uilyam Ərəbistanda bədəvi ərəb qəbilələri ilə 14 il tacir kimi yaşayır və bu zaman onun üçün daha rahat olsun deyə 1893-də Ədəndə islam dinini qəbul edir,sünni müsəlman olur.Elə həmin ildə,işilə əlaqədar Bombeyə ezam olunur.1895 və 1898-də Həccə gedir.Müsəlman olduqdan sanra Hacı Abdullah Fəzl Zübeyri adını qəbul edir.Fəzl yanında yaşadığı ilk ərəb hakiminin adı (Fəzl bin-Əli) ,Zübeyri isə yaşadığı ərəb qəbiləsinin adı idi.Sonradan bu insan məqsədli olaraq, yerli əhali ilə daha da doğmalaşmaq,yaxınlaşmaq üçün özünü fanatik müsəlman olaraq göstərməyə başlayır və bu xarakteri qəbul edir,adını da buna görə dəyişmişdi. 1909-da gəmi taciri və mirvari alverçisi kimi Küveytdə məskunlaşır və yenidən Həccə gedir.I Dünya müharibəsində (SIS)-Britaniya gizli xidmətinin casusu kimi iştirak edir.1919-da İraqda,Bəsrədə vergi yığımı köməkçisi kimi çalışır.Şirazda yerləşən İrandakı Britaniya ordusunun siyasi rəhbəri (hərbi rəhbəri Pösi Saykz idi) Arnold Uilson tərəfindən Anqlo-İran (BP) neft şirkətinə bələdçi və tərcüməçi kimi işə götürülür.Bu zaman İranın Xuzistan əyalətində çalışır.1924-də BP-də,o vaxtkı Anqlo-İran şirkərində siyasi müşavir olaraq işləməyə başlayır.1932-də Əbu-Dabidə BP-yə buradak neft yataqlarının yeganə istismarçısı hüququnu verən və alınan məhsulun şirkətlə yerli hakimlər arasında yarıbayarı bölünməsi haqqında müqavilənin imzalanmasına nail olur.O buna müsəlman olduğuna və regiondakı şan-şöhrətinə görə nail olmuşdu.1934-də Küveytlə imzalanan neft müqaviləsində Anqlo-İran (BP) şirkətinin təmsilçisi kimi iştirak edir.Şirkətin Küveytdəki nümayəndəsi olur.Leytenant Erşi Çişolmun rəhbərliyi altında BP-də əsas köməkçi və tərcüməçi kimi işləyir.1934-cü ilin yayında işilə əlaqədar olaraq İrana ezam olunur və İranın Abadan,Buşəhr şəhərlərində yaşayır.Sonradan Kral Rza xan(Məhəmməd Rza Pəhləvinin atası) tərəfindən anti-iran siyasi fəaliyyətinə görə ölkədən qovulur.Qovulduqdan sonra Bəsrəyə gedir və burada Abdulla Fəzl Zübeyri adı altında 2 il yaşayır.1937-ci ildə təqaüdə çıxır və işini tərk edir.Bu insan həmçinin Hindistanda,Kəşmirdə də Britaniya hökümətinə casusluq edib.Ərəbistanda 1892-1906-cı illər arası çalışdığı və yaşadığı müddətdə bir neçə dəfə Kəşmirdə və Bombeydə ezamiyyətdə olduğu zaman müxtəli hind və müsəlman (həm sünni, həm şiə) qadınları ilə ailə qurur.Bu evliliklərdən 7-si oğlan 6-sə qız olmaqla 13 uşağı olur.Bu uşaqlardan yalnız 4-ü sağ qalır və bunlar da Kəşmirdə,Pəncabda evləndiyi bir hind qadınından olan uşaqlar idi.
Uilyam Riçard Uilyamsonun bioqrafiyası 1950-ci illərin əvvəllərində Britaniya yazarı və jurnalisti,həmçinin, bu adamla 1940-ci illərin sonunda Bəsrədəki evində görüşmüş Stenton Houp tərəfindən yazıldı.Stənton Houp bu barədə “Ərəb macəraçısı:Hacı Uilyamsonun hekayəsi” adlı kitab yazdı.
Gələcək Xomeyni
Ruhullah Hindizadə 1902-ci il 22 yaxud 24 (Hansı tarixin dəqiq olması məlum deyil) sentyabr tarixində Hacı Abdulla Fəzl Zübeyri (Uilyam Riçard Uilyamson) ilə Kəşmirli bir hind qadının evliliyindən Pəncabda,Cələndərdə anadan olmuşdur.Hacı Abdullanın 13 uşağından sağ qalan 4 uşaq məhz bu qadınla olan evliliyi nəticəsində doğulan uşaqlar imiş.Bu hadisəni saxtalaşdırmağa çalışanlar guya, Xomeyninin iran mənşəli Hindistanlı ata ilə Kəşmirli müsəlman qadının evliliyindən doğulduğunu deyirlər,lakin,faktiki olaraq belə insan mövcud olmayıb.Saxtalaşdırma və təhrifə imkan yaradan şərait isə Uilyam Riçard Uilyamsonun burada Hacı Abdulla Fəzl Zübeyri adını istifadə etməsi və belə tanınmasıdır.İngilis ata “fanatik müsəlman” xarakterini uşaqlarına da keçirməyə çalışırdı,bütün oğlanlarına müsəlman adı qoymuşdu və 4 oğlunun hamısının dini təhsil almasını təkid edirdi.Bu məqsədlə oğlanlarının hamısını Nəcəfdəki dini məktəbə ayətullah Yəzdi və ayətullah Şirazinin rəhbərliyi altında təhsil almağa göndərdi.Bu oğlanlardan 2-si-Hindizadə və Pəsəndizadə burada yaxşı oxudular və sonradan ayətullah oldular.III oğlan olan Ruhulla isə çox çətin uşaq idi və burada oxuya bilməyərək imtahandan kəsildi və Quma ayətullah Burucerdinin rəhbərliyi altında oxumağa getdi.Rza çahın əmri ilə soyad qanunu tətbiq olunanda bu oğlan da burada yaşadığı yerin adına (Xomeyn qəsəbəsi) uyğun olaraq Xomeyni adını seçdi.Ailənin IV oğlu Əli isə teologiyaya nifrət etdi və buranı tərk edərək Körfəz vasitəsilə Küveytə getdi və burada ata soyadı ilə Hacı Əli Uilyamson adı altında 2 yanacaqdoldurma məntəqəsi açaraq bizneslə məşğul olmağa başladı.Ona bu biznes fəaliyyətində atasının bu bölgədəki böyük nüfuzu da kömək olmuşdu.Atası İrandan qovulan zaman Küveytdə oğlunu tapdı və ata ilə oğul neft biznesində birgə çalışmağa başladılar.Qardaşının Uilyamson soyadını istifadə etməsi də Xomeyninin atasının ingilis olduğuna sübutdur. “Free İran Radio”-nun verdiyi məlumata görə,Xomeyni Qumda oxuduğu dövrdə İngiltərənin xüsusi təqaüd alırmış və İngiltərə bunu elə həmin zamandan hazırlamağa başlayıb,bu faktı keçmiş ingilis casusu,sonradan isə öz işindən istefa verərək mühüm məlumatları xalqa açıqlayan polkovnik Con Koleman da “Əslində 1979-da İranda nə baş verib” kitabında təsdiq etmişdir.1960-cı illərin əvvəllərində atasının intiqamını almaq üçün əlinə fürsət düşən Xomeyni şaha qarşı məscidlər vasitəsilə təbliğata başladı.1962-də Şahın mollaların himayəsində olan torpaq sahələrini milliləşdirməsinə və bu sahələrin din xadimlərinin əlindən çıxmasına qarşı etirazlara görə bir müddət həbs olundu.1963-cü ildə Şah müasirləşmə ilə bağlı planı təqdim edərkən Xomeyni və dini müxalifət buna yenidən etiraz etdilər və Xomeyni bu zaman hərəkatın liderinə çevrildi.Xomeyninin bu qədər məşhurlaşmasına səbəb onun guya Qumda doğulması barədə aparılan məqsədli propaqanda idi.Bu propaqandada onun Qumda dini təhsil alması da rol oynayırdı və xalq arasında belə bir mistik inam var idi ki,:
“Qumdan bir insan gələcək və o insanları doğru yola yönəldəcək.Bu insana doğru böyük axın baş verəcək və bu Allahın iradəsiylə olacaq”.Fuad Əcəmi.
1964-də Xomeyni yenidən həbs olundu və Şaha qarşı nümayişləri gücləndirdiyinə,təxribat yaratdığına,dövlət çevrilişinə cəhdə görə ölüm cəzasına məhkum olundu,lakin, bu zaman ayətullah Şəriətmədari və ayətullah Gülpəyəqani onu bu cəzadan xilas etmək üçün Xomeyniyə qazanmadığı və layiq olmadığı ayətullah titulu verdilər.İranda ayətullahlar toxunulmazdır.Ona ayətullah titulunun verilməsində İrandakı britaniya səfirinin də rolu olmuşdu.1960-cı illərdəki Xomeyni ilə əlaqədar bu toqquşma və etirazlar Şərq Blokunun kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilirdi.Xomeyni Şərqi Alman kəşfiyyatı ilə əlaqələri olan Seyid Əbolqasim Kaçaninin dairəsində idi.Daha sonra Polşadakı Sovet əks-kəşfiyyatının rəsmisi leytenat Maykl Qolinyevski verdiy müsahibə və açıqlamalarında xeyli kommunist agentini üzə çıxardı və buna görə ABŞ-ın Nümayəndələr Palatası tərəfindən mükafatlandırıldı.2000-ci ildə aşkar edilmiş bir hesabatda “Xomeyninin Şiə ierarxiyasının ürəyində Moskvanın 5 kəşfiyyat mənbəyindən biri olduğu aşkara çıxdı”.1960-cı illərə-Şahın “Ağ inqilab” adlı islahatlarına qədər İsrail İranın müttəfiqi idi.İran gizli xidməti-SAVAK-ı MOSSAD yetişdirir və təlimləndirirdi.MOSSAD hətta,Xomeynini sui-qəsddən də xilas etdi.Bu məqsədlə həmin dövrdə İsrailin Tehrandakı hərbi attaşesi Yijak Seqev agentləri bu barədə məlumatlandırmışdı.Sonradan İsrailin mövqeyi dəyişdi.Səbəb isə Şahın milliləşdirmə və öz ölkəsinin gücləndirib tam müstəqil görmək istəyi idi.Xomeyni MKİ ilə də əlaqəli idi.
1979-da Tehrandakı ABŞ səfirliyinə hücum zamanı CİA-ya işləməkdə təqsirləndirilən Abbas Əmir İntizamı ona bu vəzifənin Xomeyni tərəfindən həvalə olunduğunu demişdi,eyni zamanda səfirlik dağıdılan zaman Xomeyninin CİA ilə əlaqələrini sübut edən sənədlər aşkar edilmiş və dərhal məhv edilmişdi.1979-da məhkəmədə Şahın Hava Qüvvətləri Komandanı Əmir Hüseyn Rabii ABŞ-ın və Avropanın Şaha xəyanətini belə ifadə etmişdi:
“Şahı bir siçan kimi kənara atmışlar”.
“İslam inqilabı”nı ABŞ-dan çox İsrail istəyirdi,burada son nöqtəni də İsrail qoymuşdu.1979-da Şah devrilən zaman və Xomeyni qarşılanan zaman İsrail hərbi attaşesi Yijak Seqev və MOSSAD şefi də radikal inqilabçılar arasında idi və Xomeyniyə dəstək şüarları səsləndirirdirir,bu məzmunlu posterlər asırdılar.Bu barədə daha ətraflı Yale Universitetindəki iran əsilli akademik Trita Parsi “Xain İttifaq” kitabının, (2007,Yale University Press) “İsrail,İran və ABŞ gizli razılaşmaları” bölməsində məlumat verir.İsraillə Xomeyni arasındakı əlaqələri ABŞ-ın Yaxın Şərq üzrə uzmanı olan Mayk Evans da “Cimi Karter:Liberal Sol və Dünya xaosu” kitabında-(2009,Crossstaff Publishers.) qeyd etmişdir.
Dr. Con Koleman İİR barəsində olan hesabatında qeyd edir ki, “ Radio Free İran Şahın düşmənlərinin 4 kateqoriyaya bölmüşdü:
1.İsrail tərəfindən satın alınmış İran siyasətçiləri
2.MKİ-nin agentlər şəbəkəsi
3.Böyük torpaq və mülk sahibləri
4.”Freemason”lar və “Müsəlman Qardaşlıq” təşkilatı.”
Con Koleman həmçinin öz hesabatında qeyd edir ki, “Orada (İran) bir zamanlar hətta, mollalar barədə belə bir zarafat var idi ki,onlar “Made in Britain”lə ştamplanıblar”
İran şahənşahı Məhəmməd Rza Pəhləvi onun casus olmasını öz sözləri ilə belə təsdiq etmişdi:
“Əgər siz Xomeyninin saqqalını qaldırsanız, onun çənəsinin altında “Made in England” yazıldığını görəcəksiniz”
Hindistanda doğulan Xomeyniyə doğum tarixini və yerini guya İran göstərən saxta kimlik kağızının verilməsində və onun orduda xidmətinin qarşısını almaq üçün digər saxta sənədlərin hazırlanmasında İranın Xuzistan vilayətindən olan və Xomeynini,onun qardaşlarını, atasını yaxından tanıyan və bəzən bu ailəyə yardım da edən,uşaqların qayğısına qalan İran Parlamentinin deputatı Musəvinin xüsusi xidmətləri olmuşdu.Həmçinin Şahın gizli polisi olan SAVAK-ın rəhbəri general Həsən Pəxrəvan da Xomeynini və onun ailəsini,əsl keçmişini çox yaxından tanıyırdı və Xomeyninin keçmişi barədə sənəd də hazırlamışdı.Bu general 1964-də İsrail kəşfiyyatı ilə birgə hətta Xomeyninin həyatını sui-qəsddən də qurtarmışdı.General Həsən Pəxrəvanın hazırladığı həmin sənəd sonradan təhrif olundu və SAVAK-ın “inqilab”dan sonrakı dini variantı olan SAVAMA tərəfindən mənimsənildi və hal-hazırda da arxivdə saxlanılır.
7 yanvar 1978-ci ildə “ETTELAAT”-ın xəbərlər xidməti Xomeyninin Britaniya agenti və “xəstə hind şairi” olduğunu göstərən məqalə dərc etdi.Həmin məqalədən:
“Bu günlərdə düşüncələr yenidən “qara və qırmızının sömürgəçiliyi”ni doğru dönür. Bu köhnə və yeni sömürgəçilik deməkdir.Qara böyük mülk sahiblərinə,qırmızı isə kommunistlərə aiddir.Hər 2 qrup monarxiyanın müasirləşdirmə layihəsini sabotaj etmək üçün birləşib ittifaq yaradıblar.Bu ittifaq 20 ildir ki, özü üçün dini dayaq axtarır.Ruhulla Xomeyni bu məqsədlə müvafiq agentdir.Həmin insan Hindistanda olub və ingilis sömürgəçilik institutları ilə əlaqələri var və buna görə də “Seyid Hindi” adıyla tanınır.Xomeyninin Şaha olan düşmənçiliyi də ingilislər tərəfindən edilir və Britaniyanın buradakı neft maraqlarına görədir.Bu məqsədlə ona ingilislər tərəfindən məvacib də ödənilir.”
Xomeyninin sürgündəki fəaliyyəti
Sürgün həyatının çoxunu İraqda keçirdi.Şah tərəfindən İrandan Türkiyəyə sürgün edildikdən sonra Xomeyni bir müddət sonra1965-də buradan İraqa getdi və burada gələcək “inqilab”ın ideologiyası olacaq fundamentalist islamçı əsərlərini yazmağa başladı. Bu əsərlər dini baxımdan çox qəribə və qeyri-əxlaqi idi və Xomeyni 1979-da hakimiyyətə gələn zaman bunların bəzisini məhv etdirdi,nisbətən normal olanlarını saxladı.Bu əsərlərdən ən pisləri ərəbcə olanları idi və bunlar sonradan redaktə edilib təmizlənərək farscaya çevrildi.Fars dilində olan bütün əsərləri beləcə redaktə olundu.Xomeynidə İran xalqına və hökümətinə qarşı böyük nifrət var idi və bunun səbəbləri də atasının İrandan hökümət tərəfindən qovulması və oğlunun İranda bir qəzada həlak olması idi.Bu adi bir qəza olsa da Xomeyni bunun hökümət tərəfindən edildiyini düşünürdü.Bu nifrətin sayəsində Xomeyni hakimiyyətə gələn kimi minlərlə iranlını asdırdı və həbs etdirdi,İran-İraq müharibəsini başlatdı və bu müharibədə yüz minlərlə iran sakini həlak olsa da, bunlar Xomeynini maraqlandırmırdı,onun məqsədi xalqı qırmaq idi.
Beynəlxalq qüvvələr İranı idarə etmək üçün Ruhulla Xomeynini seçmişdilər.Xomeyni Şahın islahatlarını pisləmişdi və bu islahalar içində xüsusilə qadınlara hüquqlar verilməsi və din xadimləri üçün torpaq islahatına qarşı idi.Sürgündə olduğu dövrdə əksər iranlılar onu 1978-ə qədər unutmuşdu.Fransız jurnalist Dominik Lorenzin də bildirdiyi kimi Amerikalılar “Şahı devirmək üçün Xomeynini götürdülər,onu İraqdan çıxarmalı idilər və Parisdə böyük hörmətlə qarşıladıb burada yerləşdirməli,Fransa höküməti buna qarşı çıxarsa hökümətə qarşı hadisələr təşkil etməli idilər”.1978-də İraqdan gətirilən Xomeyniyə Parisdə “Neauphle-le-Château” malikanəsində qalmağa icazə verildi.2 Fransız polis dəstəsi əlcəzairli və fələstinlilərlə birgə, onu qorudu.Bu barədə Nəhavəndi yazır:
“Xomeynin qaldığı kiçik malikanənin hər tərəfində dünyanın gzli xidmətlərinin agentləri payız yarpağı kimi toplanmışdı.MKİ,Mİ6,KQB və SDECE (Fransa kəşfiyyat xidməti) orada idilər.”.Çoxsaylı şahid ifadələrinə görə, Şərqi Almaniya da radio-transmissiyası vasitəsilə bu hadisəni izləyirdi və ən azı, bir hadisəyə görə Xomeyninin nitqlərinin yazılmış 8000 kaset birbaşa Tehrana göndərilirdi.Fransız xarici işlər analitiki de Berye bu barədə demişdi:
“Fransanın gizli hökümət xidmətlər tez bir zamanda dəqiqləşdirdilər ki,Liviya,İraq və Rusiya Xomeynini pulla təmin edir.”Tudə” kommunist partiyasının üzvü olan gənc iranlılar Fransada Xomeyninin katibliyini yaratdılar.Fransa Kommunist Partiyası ilə birgə çalışaraq bu gənclər onun göstərişləri yazılan kasetləri İrana keçirməyə nail olmuşdular.Həmin bu şəxslər pul vasitəsiylə BBC-ni və “Guardian”-ı Xomeyninin propaqanda orqanına çevirdilər.”
Xomeyni Fransada olduğu dövrdə 112 gün ərzində 132 müsahibə verdi.Nəhavəndi təsdiq edir ki, İran daxilində “Amerikanın Səsi,İsrailin Səsi və xüsusilə BBC virtual olaraq inqilabın səsi oldular,tənqiddən,etiraza çağırışdan,qərəzli xəbərlərdən tutmuş dezinformasiyaya qədər hər şeyi bu orqanlar həyata keçirdilər”.Xomeyninin alovlu nitqləri yayımlanırdı,İran radiolarında inqilabi mahnılar oxunurdu.Bir jurnalist müsahibə alan zaman bu barədə yayılan xətti nəzərdə tutaraq Xomeynini istər-istəməz karıxdırmışdı.Kəşfiyyat eksperti,II Dünya müharibəsi zaman Fransa Müqavimət hərəkatının qəhrəmanı Pyer de Vilmers bunu soruşmuşdu:
“Siz həftələrdir apardığınız təbliğatın nəticəsində tənqid etdiyiniz ölkənin (İranın) iqtisadi böhranını necə həll etməyə çalışırsınız?...Və siz qorxmursunuzmu ki, hazırki rejim devrilən zaman mütəşəkkil və möhkəm Tudə (kommunist) partiyası tərəfindən kənarlaşdırılasınız və hakimiyyətə yolunuz bağlanar?”
Xomeyni cavab vermədi.Tərcüməçi dayandı və “Ayətullah yorğundur” dedi.Jurnalist bunu Fransa Daxili İşlər Nazirinə bildirdi lakin, bu müsahibə efirə başqa formada verildi.
İran Şahı nə üçün Mİ6 və MKİ tərəfindən hakimiyyətdən kənarlaşdırıldı?
Bu barədə əsas media Şahın guya xalqın gücü tərəfindən devrilməsini desə də,əslində bu belə deyil.Bu barədə sübutlar da vardır ki, Şah MKİ və Mİ6 tərəfindən devrildi,çünki o,Misir prezdienti Camal Abdul-Nasir kimi həddən çox millətçi olmuşdu və artıq ona verilən təlimatları yerinə yetirmirdi.MKİ Şahın solçular tərəfindən devrilməsini və solçuların (kommunistlərin) hakimiyyətə gəlməsini istəmirdi və buna qarşı idi çünki, bu SSRİ-nin nüfuz dairəsinin artmasına və ABŞ-ın əsas düşməni olan kommunizmin güclənməsi olardı.1980-ci il 19 yanvarda “International Herald Tribune” Şahın bu barədə devrilməzdən 2 il əvvəl dediyini çap etdirdi və Şah bu barəd bildirmişdi ki, o neft şirkətləri ilə əlaqədar 2 müxtəlif mənbədən İranda rejimin devrilməsi lazım olduğunu eşidib.
“ İnanırıq ki, o zaman dünya bazarında qiymətləri aşağı salmaq üçün bu bazarlara daha az neft ixrac olunması lazım idi.Bunun üçün bir ölkə qurban seçilmişdi.Görünür ki,neft istehsalını kəskin aşağı salmaq üçün mənim ölkəm seçilmişdi.”
Bu barədə keçmiş kəşfiyyat zabiti Dr. Con Koleman belə hesab edir ki, Şahın devrilməsində əsas səbəb narkotik alveri idi.O bu barədə özünün “Sui-qəsdçilərin ierarxiyası:300 komitetin hekayəsi” kitabında belə yazır?
“Nə üçün Şah devrildi...?
Bir sözlə desək,narkotiklərə görə.Şah britaniyalılar tərəfindən həyata keçirilən narkotikalverinin kəskin aşağı salmışdı və artıq bunun sonuna çıxmaqda idi.Orada artıq cəmi 1 milyon narkoman qalmışdı ki, bu da əvvəlki illərə nisbətən xeyli az idi.Britaniyalılar buna dözə bilməzdilər və onlar 2 ölkə arasında xüsusi əlaqələrə görə, öz çirkli işlərini etmək üçün bu rolu Amerikaya verdilər.Xomeyninin çağırışı ilə ABŞ səfirliyinə edilən hücumu da,bu hücumda işlədilən silahları da ABŞ özü təşkil etmişdi və bu ölkə Britaniyanın və özünün maraqlarına görə səfirliyini qurban verdi.1984-cü ildən sonra,Xomeyninin narkotik ticarəti ticarəti sahəsində liberal davranışı nəticəsində narkomanların sayı BMT və Ümumdünya Səhiyyə Təşkilatına görə,2 milyona çatmışdı.Həm prezident Karter həm də Reyqan nə baş verdiyini bilə-bilə İrana silah satışını davam etdirdilər.İranla hərbi ticarət ABŞ-da Kayrus Vens və Haşimi arasında baş verən görüşdə möhürləndi və bunun nəticəsində ABŞ Hərbi Hava Qüvvələri İrana silahların təyyarələrlə daşınmasına başladı.”
Bu barədə alman tarixçisi Uilyam Enqdahl “Əsrin müharibəsi:Anqlo-Amerikan Neft Siyasəti və Yeni Dünya Nizamı” kitabında yazır:
“1978-ci ilin noyabrında,Prezident Karter Bilderberq qrupunun və Üçtərəfli Komissiyanın üzvü Corc Bolu Milli Təhlükəsizlik Şurasının rəhbəri Zbiqnev Bzejinskinin komandası tərkibində xüsusi Ağ Ev-İran əməliyyat qrupunun sədri təyin etmişdi.Bolun tövsiyəsinə əsasən, ABŞ İran Şahına dəstəkdən əl çəkməli,Ayətulla Xomeyninin fundamentalist islamçı müxalifətini dəstəkləməli idi.Bu işdə MKİ-nin xüsusi zabitlərindən olan Robert Boui İranda Şaha qarşı Amerikanın əməliyyatlarına rəhbərlik etdi və Xomeynini hakimiyyətə gətirdi.Şaha qarşı çevriliş ABŞ və Britaniya kəşfiyyatı tərəfindən həyata keçirildi və ABŞ-ı bu barədə əsas təlimatlandıran Bzejinski idi.İngiltərə kəşfiyyatına isə bu işdə təlimatları İslam üzrə ekspert Bernard Lüis verirdi.”.Dünya şöhrətli alim Karl Levin də bunun əsas ideoloqlarından biri idi.
1978-ci ildə İranla İngiltərə arasında 25 illik müqavilənin yenilənməsinə aid neft danışıqları zamanı Britaniyanın İranın gələcək neft hasili üçün müstəsna hüquqlar tələb etməsi neftin alınacağına dair zəmanəti rədd etməsi işləri daha da gərginləşdirdi.İran bu şərtləri qəbul etmirdi.Oktyabra qədər danışıqlar bir fayda vermədi.İran ilk dəfə olaraq öz nefti üçün yeni müştərilər axtarmağa başladı və bunlar Almaniya,Fransa,Yaponiya və digərləri oldu.Danışıqların uğursuzluğu və yeni müştərilərlə bağlı İranın “Kayhan İnternational” şirkəti bəyanat verdi.Rəsmi London neft məsələsinə görə İran rejimini qaralayır v böyük iqtisadi təzyiq edirdi.İran ABŞ və İngiltərə tərəfindən iqtisadi böhran həddinə gətirilmişdi.BBC də aldığı tapşırıq əsasında Şaha qarşı propaqndasını sürətləndirir və bunu hətta İranın ən ucqar kəndində də edirdi.BBC-yə Şah tərəfindən rəsmi müraciətlər heç bir nəticə vermədi.Anqlo-Amerikan kəşfiyyatı artıq öz işini görmüşdü və Şah yanvarda ABŞ-ın təzyiqi ilə ölkədən qaçmalı oldu.ABŞ bu məqsədlə İrana general Hayzeri göndərmişdi və bu general həm Şahın müxalifətə qarşı son effektiv mübarizə vasitəsi olan ordunu neytrallaşdırdı,artıq İran ordusu işlərə qarışmayacaqdı həm də,Şahın ölkədən getməsini sürətləndirdi.Hətta ABŞ prezidenti Cimi Karter Televiziya vasitəsilə də Şahın istefa verməsini və ölkəsini tərk etməsini tələb etmişdi.Şah bu barədə öz xatirələrində yazır:
“Mən bunu o zaman bilmədim,güman ki, bilmək istəmirdim,amma, bu indi mənə aydındır ki, amerikalılar məni çıxarmaq istəyirdilər,bunu hətta, Dövlət Departamentindəki insan hüquqları müvəkkilləri də istəyirdilər”
Şahın devrilməsindən sonra yaranan xaos Xomeyninin hakimiyyətə gəlməsi ilə sona çatdı və Xomeyni hakimiyyətə gələn kimi Şahın bütün planlarını və işlərini ləğv etdi.Fransa və Almaniyanın tikməkdə olduğu nüvə reaktorlarının tikintisi dayandırıldı.İranın ixrac etdiyi neftin həcmi kəskin şəkildə aşağı düşdü.Şahın dövründə ölkəyə daxil olmuş bütün əcnəbi şirkətlər ölkədən kənarlaşdırıldı.ABŞ-ın etdiyi bu inqilab Yaxın Şərq ölkələri üçün düşünülmüş mədəniyyətlərin toqquşdurulması,din və millətlərin bir-birinə qarşı qoyulması,İslamın məzhəbləşməsinin sürətləndirilməsi və bu ölkələrin tayfa və etniklərə bölünərək beləliklə daha rahat istismar olunması siyasətinin tərkib hissəsi idi.Şah burada öz səhvini belə etiraf etmişdi:
“Mən daha çox liberallaşdıqca vəziyyət daha da pisləşdi.Mənim ən böyük səhvim amerikalıların ölkəmin daxili məsələləri ilə bağlı sözlərinə qulaq asmağım oldu”.İranın son ümidi mütəşəkkil ordusu idi və Karter adminisrasiyası bunu anlayırdı.De Berye bu barədə belə qeyd edir:
“Hayzer ordunu öz monarxlarını müdafiə edəcəyi təqdirdə diplomatik əlaqələrin kəsiləcəyi və hissələrə bölüşdürüləcəyi ilə qorxutdu”
Şah ordu barəsində öz fikirlərində deyirdi:
“Siz təsəvvür edə bilməzsiniz ki, amerikalılar mənə necə basqı edirlər və sonda bu əmr oldu.Mən amerikalıların məni kənarlaşdırmaq üçüngeneral Hayzeri göndərdikləri zaman buna necə dayan bilərdim?.Mən təkbaşıma Henri Prextə və bütünlükdə Dövlət Departamentinə qarşı necə dayana bilərdim?”
Şah sonda ABŞ-ın dediyini qəbul etməli oldu və Misirə uçdu.Qahirəyə çatdıqdan as zonra buradakı ABŞ səfiri onu “ABŞ hökümətinin Şahı Amerika ərazisinə buraxa bilməyəcəyi” barədə təəssüfünü bildirdi.Satılmış rəhbər indi “ölkəsiz insan” oldu.
“Guardian” qəzetinə görə “Neft şirkətləri Şahın devrilməsinə kömək etdi”.Şahın millətçi siyasəti onu xalq arasında daha məşhur ölkəsini isə daha güclü və daha müstəqil edirdi.Bu isə əsas narahatedici səbəb idi.
1.Şah yuxarı siniflərdən ali ruhanilər də daxil olmaqla və hətta taxt-tacın öz torpağını da alıb onları ucuz qiymətə kəndlilərə payladı və beləliklə feodal sisteminə son qoydu.
2.Şah qadınlara səs vermək hüququ verdi və qadınlar üçün çadra geyinilməsinə son qoydu.
3.O 90 milyard $-lıq nüvə enerjisi proqramı üçün planları inkişaf etdirdi.
4.Şah İtaliyanın ENİ neft şirkəti ilə neft müqavilələri imzaladı.(Bu BP-ni qəzəbləndirdi).
5.O,narkotik sənayesinə son qoymağa başladı.Bu sənayeni burada ingilislər yaratmışdılar və Şahın bu qərarına gör xeyli pul itirdilər.
Şah həmçinin,BBC-ni ona qarşı propaqandada günahlandırdı.Bunu o Panamada Devid Frostla olan müsahibədə demişdi:
“Sizcə Cənab Xomeyni,təhsilsiz bir şəxs bütün bunları planlaşdıra,həyata keçirə və bütün təşkilatları bu sahədə qura bilərmi?.Bilirəm ki, tək bir insan bunu edə bilməz.Bilirəm”
Xomeyni inqilabdan sonra İranda
Xomeyni 1979-da Fransadan Mİ6-nın köməyilə İrana xüsusi təyyarədə gətiriləndə bir jurnalist ondan soruşdu:
“İrana qayıtmaqla bağlı nə hiss edirsiz?”
Xomeyni “Heç nə!” deyə cavab verdi.Sual təkrarlansa da Xomeyni eyni cavabı verdi.
Xomeyninin İrana qayıtmaqda əsas məqsədi xalqa rəhbərlik etmək yox,hakimiyyəti ələ keçirmək idi.Özünün də dediyinə görə,çoxlu insan öldürtməyi fikirləşirdi və bunu o atasının və oğlunun qisası kimi edirdi.Tehrana çatdıqdan dərhal sonra onun əsl keçmişinə bələd olan SAVAK rəhbəri general Həsən Pəxrəvanı,deputat Musəvini asdırdı.Onu yaxından tanıyan ayətullah Şəriətmədari titul cəhətdə ondan çox yüksəkdə olduğundan ona da eyni tədbiri tətbiq edə bilmədi.Şəriətmədarini ev dustaqlığına məhkum etdi.Sonradan Şəriətmədariyə qarşı sui-qəsd təşkil etsə də alınmadı.Onun hakimiyyətini və ayətullahlığını qəbul etməyən bütün şiə dünyasında böyük hörmətlə qəbul olunan İranda doğulmuş Livan şiələrinin lideri İmam Musa Sədr isə Xomeyninin planlarına böyük əngəl idi.Xomeyninin tapşırığı ilə İran kəşfiyyatı bu məqsədlə Musa Sədri 1979-da Liviyada naməlum şəraitdə aradan götürdü.Onun meyidi hələ də tapılmayıb.
Xomeyni İrana qayıtdıqdan sonra həmçinin, ETTELAAT-ın onunla bağlı məqaləsini dərc etdirən “Yaas Noh” və “Şərq” qəzetlərini bağlatdırdı.Ölkədə konstitusiyalı respublika adı altında əslində teokratik diktatura quruldu.Xomeyni, bütün hakimiyyəti,dövlət və qeyri-dövlət idarələrini öz əlinə aldı və sərt siyasət yürütdü.
Xomeyninin nitqlərini tədqiq edən dilçilər müəyyən ediblər ki, onun farsca söz ehtiyatı heç 200 söz də deyildi və o damarında fars qanı daşımaması ilə birgə həm də, fars dilini bilmirdi.Xomeyninin fars olmaması və həm də ingilislə birgə hind kökünə məxsus olmasını və Hindistanda Pəncabın sikx məhəlləsində yaşamasını və sikxlərdən müəyyən xüsusiyyətlər mənimsəməsini onun inqilabdan sonra hazırlatdığı İran bayrağındakı guya Allahı təsvir edən,amma, əslində sikxizmin “xəndə” simgəsinə bənzəyən işarə də aydın göstərir.
Xomeynini beynəlxalq aləmdə məşhurlaşdıran daha bir amil də onun Nəsr Vəli tərəfindən 1979-cu ildə TİME jurnalında beynəlxalq nüfuzuna görə “İlin adamı” seçilməsi və “Qərb xalq mədəniyyətində islamın virtual siması” kimi təsvir olunmasıdır..O ,həmçinin dünya şöhrətli ingilis-hind yazıçısı Salman Rüşdinin ölümünə fətva verməsi ilə də tanınır.İdman barəsində belə bir ifadəsi var:
“İdmanda dini aidiyyat mənim üçün heç nə kəsb etmir”
Xomeyni 3 iyun 1989-cu ildə daxili qanaxmadan vəfat etdi.Bəli budur,ayətullah Xomeyni budur,İranın bütün dünyadan gizlətmək istədiyi Xomeyni kimliyi budur.
Mənbələr:
Uilyam Enqdahl, “Əsrin müharibəsi:Anqlo-Amerikan neft siyasəti və Yeni Dünya Nizamı” kitabı.Pluto Press LTD.1992.
ABŞ-ın Konqres kitabxanası, “İran.İnqilabın gəlməsi”.1987.
Hüseyn Şahidi, “BBC Fars Xidməti 60 il ərzində”.2001
Konqres kitabxanası, “İran neft böhranı:Azaldılmış neft təminatı və ABŞ hökümətinin qeyri-adekvat cavabı”.1979
Trita Parsi, “Xain İttifaq”.2007.Yale University Press
Mayk Evans, “Cimi Karter:Liberal Sol və Dünya xaosu”.2009. Crossstaff Publishers.
Dr. Con Koleman, Əslində 1979-da İranda nə baş verib”.1987.
http://noiri.blogspot.com/2004/03/who-is-ayatollah-khomeini.html
http://aangirfan.blogspot.com/2008/10/was-khomeini-agent-of-us-and-uk.html
http://www.redmoonrising.com/Ikhwan/BritIslam.htm
http://hormozgan96.wordpress.com/2012/11/05/british-ruholla-khomeini/
http://www.youtube.com/watch?feature=player_embedded&v=LCjOk2t6Ah4, http://www.youtube.com/watch?feature=player_embedded&v=_HjXEFMmgoQ, http://www.youtube.com/watch?feature=player_embedded&v=UYNyuA5Uois
http://truedemocracyparty.net/2013/05/ayatollah-khomeini-was-sean-connery-the-winds-of-war/
http://www.thenewamerican.com/culture/history/item/4690-iran-and-the-shah-what-really-happened
|
Категория: Dini | Добавил: defaultNick (02.02.2019) |
Просмотров: 2328
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|