Çərşəmbə axşamı, 21.05.2024, 08:07
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


Həzrəti Mehdi (ə.s)-ın zühur əlamətləri

Hələ 7-ci əsrdə ALlahın elçisi Həzrəti Muhəmməd (s.a.v.) Qiyamətə yaxın bir zamanda bir xilaskarın gələcəyini xəbər vermişdi.

Həmən o səhih hədisləri sizə təqdim edirik.

Adı Adımdan, ləqəbi ləqəbimdən olan birisi gələcəkdir və bütün dünyanı ədalətlə idarə edəcəkdir.

* Hz. Cabir (RA) dan, O da Muhamməd b. Ali (RA) belə rəvayət etmişdir.

"Bizim Mehdimiz üçün iki önəmli əlamət vardır ki, bunlar Allahu Təalanın göyləri ve yeri yaratdığı zamandan bəri Ramazan'da heç vaxt olmamışdır. Bunlardan biri, Ramazan ayının ilk gecəsində ay tutulmasıdır. Digəri də, Ramazan ayının ortasında meydana gələcək olan günəş tutulmasıdır." - ( Darekutni "Sünən" ---Mər'iy b. Yusuf b. Əbu Bəkir b. Əhməd b. Yusif el-Makdi'si "Fəraidu Fevaidi'l Fikr Fi'l imam Əl-Mehdi El-Muntazar"

* Kəsai, Ka'b-ul Ahbar'dan belə rəvayət etmişdir:

"Ay üç gece ardıcıl tutulacaq, sonra Hz. Mehdi (a.s.) zuhur edəcədtir."

"Doğuda bir ulduz doğulacaqdır. Ayın, ətrafı aydınlaşdığı kimi O da aydınlaşacaqdır."

* Əbu Ca'fər (RA) dən belə rəvayət olunmuşdur:

"Siz zulum görməyincə Hz. Mehdi (a.s.) zuhur etmez."

* Deyleminin rəvayətinə görə

Ramazan ayında iki dəfə göy gurultusu kimi şiddətli gurultu olacaqdır ki, yatanları oyadacaqdır ve oyaq olanları qorxudacaqdır.

Ramazan ayında çox şiddətli bir səs, Şəvval ayında bir fışıltı, Zilqade ayında qəbilələrin ayrılması, Zilhicce ayında qan tökülməsi, Muhərrəm ayında hacıların qarət edilməsi hadisələri meydana gələcəkdir."

Ondan "(Ramazandaki ) o səs nədir?" deyə soruşulunca.

O da bu cevabı verdi: "O, göydən gələn bir gurultudur. Yatanı oyadar, Oyaqları isə qorxudar,gənc qızlara bəzək-duzəyi unutdurar. Bütün yatanlar belə hamısı o şiddətli səsi eşidər. Ən uzaq yerlərdən olanlar da bu səsi eşidər. " -(İmam Əbu'l Hüseyin Əhməd b. Ca'fər b. əl-Münadi "Melahim" )

* Xalid b. Ma'dan deyir ki :

"Şam diyarının mərkəzində Haresta adlanan ordu həlak edilməyincə Hz. Mehdi (a.s.) zuhur etmez"

* Nuaym b. Əl- As belə demişdir:

"Bəyda deyilən yerde bir ordunun helak edilmesi hadisəsi meydana geldiyi zaman, Hz. Mehdi (a.s.)'nin zühurunun əlamətidir."

* Abdullah b. Safvan (RA)'-ın, Hz. Hafsa (RA) dan nəql etdiyinə görə;

Rəsulullah (SAV) belə buyurmuşdur:

"Şübhəsiz ki, bir ordu bu evi (Kəbəni) hədəf edəcək ve (yıxmaq üçün ) ona doğru hücuma keçəcəkdir.. Nəhayət onlar, Bəyda deyilən yerə çatdıqda ordunun orta hissəsində olan əsgərlər həlak ediləcəklər. Onların öndə olanları, arxada olanlara səslənəcəkdir. Sonra onların hemısı həlak ediləcədtir. Onların halını xəbər verən carçıdan başqa heç kim sağ qalmayacaqdır." (Müslim )

* Hüseyin b. Ali (RA) dan belə rəvayət olunmuşdur:

"Göy üzündə Şərqdən, gecəni aydınladan böyük bir atəş gördüyünüz vaxt, Hz. Mehdi (a.s.)'nin gəliş vaxtıdır."

* Muhəmməd b. Ali (RA)dan belə rəvayət olunmuşdur:

"Şərqdən üç gün və ya yeddi gün bir atəş göründüyü vaxt Allah(c.c.)'ın diləməsi ilə Hz. Muhammed (SAV)'nin nəslindən olacaq Mehdi'nin qiymətini bilin."

* Abdullah b. Ömər (RA) dan rəvayətə görə,

Rəsulullah (SAV) belə buyurmuşdur:

"Mənim nəslimdən Hz. Mehdi (a.s.) zuhur etməyincə qiyamət qopmaz. 60 yalancı peyğəmbər ortaya çıxmayınca Mehdi zühur etməz. O yalançıların hər biri: Mən peyğəmbərəm! deyər."

* Əbu Ca'fər Muhəmməd b. Əli (RA) dan belə rəvayət etmişdir:

"İnsanlar, şiddətli bir qorxu üzərində olmadıqca, Hz. Mehdi (a.s.) zühur etmez. O ərəfədə zəlzələlər, fitnələr, insanların başına gələn bəlalar ve taun xəstəliyi zühur edəcəkdir.

Yenə də ərəblər arasında kəskin qılınc və insanlar arasında şiddətli ixtilaflar olacaqdır.. Dinləri haqqında dağınıqlıq və hallarında bir dəyişiklik meydana gələcəkdir. Nəhayət gördükləri şeylərin əzəmətindən, insanlar cahil adamlardan elm alacaqlar. Və bu o vaxt (Hz. Mehdi (a.s.)) zuhur edəcəkdir. Onu görənlərə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona müxalif olanlara ve əmrin qarşı gələnlərə lənət olsun."

* Hafiz Əbu Bəkir Əhməd b. El-Hüseyn Əl-Beyhaqi'nin Abdullah b. Abbas'dan rəvayətinə görə,

Resulullah (s.a.v.) belə buyurmuşdur: "Günəş ile bərabər bir əlamət doğmayınca Hz. Mehdi (a.s.) zühur etməz."

* Əbu Abdullah Nuaym b. Hammad'ın Əbu Hureyrə'den rəvayətinə görə, Rəsulullah (SAV) belə buyurmuşdur:

"Dördüncü fitnə, 18 il davam edəcədtir. Sonra olanlar olacaq ve Fırat Nehri altından bir dağ peyda olacaqdır. Bütün millətlər oraya axışacaqlar. Onun üzərində savaşıb bir-birini öldürəcəklər. Hətta hər doqquz kişidən yeddisi öldürüləcək."

* Hz. Huzeyfə'nin dediklərinə görə , Rəsulullah (s.a.v.) belə buyurmuşdur:

"Ey Huzeyfə! O günde onlar Riddə (dindən çıxmaq) üzrə olacaqlar. Şərabın halal olduğunu zənn edəcəklər və namaz da qılmayacaqlar.

* Hafiz Əbu Abdullah Əl-Hakim'in, "Əl-Müstədrək" adlı əsərində Əbu Hüreyrə'dən rəvayətə görə, Rəsulullah (s.a.v.) belə buyurmuşdur:

"Ramazan ayında şiddətli bir göy gurultusu olacaqdır. Yatanlar bu gurultudan oyanacaqdır. Oyaqlar isə qorxacaqdır

Sonra Şəvval ayında dəstələr ortaya çıxacaqdır.

Sonra Zilhiccə ayında şiddətli bir savaş olacaq.

Sonra Muhərrəm ayında haramlar işlənəcək və Allah (c.c.)'ın yasaq etdiyi şeylər ediləcək.

Sonra Səfər ayında ölümlər olacaq.

Sonra Rəbiu'l-Əvvəl ayında qəbilələr bir-biri ilə çəkişəcəklər.

Sonra Cəmaziyu'l -ƏvvƏl və Cəmaziyu'l- Axir ayları ilə Rəcəb ayı arasında çox qəribə hadisələr meydana gələcəkdir."

* Əbu Abdullah Nuaym b. Hammad'ın Abdullah b. Məs'ud'dan rəvayətinə görə, Rəsulullah belə buyurmuşdur:

"Ramazan ayının ortası Cümə gecəsi olduğu vaxt , göy üzündə şiddətli bir səs olacaqdır. O səs, yatanı oyadacaq, oturanı qaldıracaq. Belə bir gece, zəlzələlərin çox olduğu gecələrdən olacaqdır..."

* Əbu Abdullah Nuaym b. Hammad, Ka'bul-Ahbar'dan belə rəvayət etmişdir:

"Hz. Mehdi (a.s.)'nin zühurundan əvvəl, Şərqdən işıq saçan bir quyruqlu ulduz çıxacaqdır."

ƏN DOĞRUSUNU ALƏMLƏRİN RƏBBİ OLAN ALLAH BİLİR......

Категория: Dini | Добавил: Polat-Alemdar25 (03.09.2010)
Просмотров: 889 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]