Bazar ertəsi, 13.05.2024, 03:45
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

Məqalələr


"Kurtlar Vadisi" 40 il davam edəcək

"Kurtlar Vadisi" serialı 40 il davam edəcək. Bu barədə serialın prodüsseri və ssenari müəlliflərindən biri Bahadır Özdener açıqlama verib.

"Təhdid almırıq. Sevənlərimiz daha çoxdur. "Kurtlar Vadisi Terror"u "Kurtlar Vadisi Pusu"da izah edirik. Önümüzdəki illərdə yeni filmlər də çəkəcəyik. Bu filmlər arasında "Kurtlar Vadisi Kosova", "Kurtlar Vadisi Karabağ", "Kurtlar Vadisi İran" kimi yeni filmlər də ola bilər. Serialın tamaşaçılarının sayı azalmayıb. "Kurtlar Vadisi"ni 40 il boyunca çəkməyi planlaşdırırıq", deyə Bahadır Özdener bildirib.

Onun sözlərinə görə, "Kurtlar Vadisi: Fələstin" filmi noyabr ayının əvvəllərində artıq hazır olacaq və bu film Türkiyənin ən bahalı kinosu olacaq: "Filmə qoyulan maliyyə vəsaiti "Kurtlar Vadisi İraq"a xərclənən 10 milyon dolları keçəcək. Film 100 ölkədə eyni anda ekranlara gələcək. Filmin çəlişiləri Türkiyədə olacaq".

""Kurtlar Vadisi İraq" filmiylə 4 milyon 250 min tamaşaçı topladıq. Türkiyənin o tarixə qədər ən çox izlənilən filmi oldu. Daha sonrakı illərdə "Receb İvedik" liderliyi ələ keçirdi. "Kurtlar Vadisi: Fələstin" də hədəfimiz "Receb İvedik"in 4 milyon 500 min tamaşaçı rəqəmini keçmək olacaq", deyə B. Özdener qeyd edib.

Prodüsser "Kurtlar Vadisi"nin ssenarisinin asan yazılmadığını da bildirib: "Bir ildə 52 həftə var. Biz bunun 40 həftəsini bir otaqda keçiririk. Gündəmi yaxından izləyərək ssenarini hazırlamağa çalışırıq. "Kurtlar Vadisi" gündəmlə əlaqədar serial olduğu üçün işimiz də çətin olur. Serial yayımdan bir gün əvvəl bitir. Yoxsa gündəmi yaxından izləməyimiz mümkün olmaz".

Qeyd edək ki, Türkiyədə 7 ildir ki, milyonlarla tamaçanı ekran başına gətirən "Kurtlar Vadisi" serialı 30 ölkəyə ixracat edilir.

Категория: Мои статьи | Добавил: Polat-Alemdar25 (16.06.2010)
Просмотров: 688 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]