Bazar ertəsi, 29.04.2024, 21:41
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


YARADAN, YARATDIĞINI TANIMAZMI?
1-KİM SORĞULANMADAN İTAƏT EDİLMƏYƏ, ÖZÜNDƏN QORXULMAĞA, ƏN ÇOX SEVİLMƏYƏ LAYİQDIR?

*Hər şeyi yaradan, göylərdə və yerdə nə varsa hamısını insanın əmrinə verən, hər şeyə güçü çatan, bir işə hökm etdiyi zaman ona “ol” deməsi yetərli olan, mütləq galib olan, acizliyi olmadığından bir yardımçıya ehtiyacı olmayan, axirət gününün sahibi olan, etdiyindən sorğulanmayan, haqq hesab görən olaraq yetərli olan, hər şeyi kamil yaradan, nemətləri sayıla bilinməyəcək qədər çox olan, doğruları və yalançıları tanıyan ALLAHMI?

*Yoxsa; heç bir şey yarada bilməyən, axıb tökülən bir sudan yaradılan, zəyif yaradılmış olan, umduğu hər şeyi əldə edə bilməyən, üstün və hakim olmayan, nə yerdə nə göydə Allahı aciz edə bilməyən, Allah yer üzündə olanların hamısını yox etmək istədiyində əlindən bir şey gəlməyən, Allaha möhtac olan, etdiklərindən sorğulanacak olan, ilk dəfə yaradıldığı kimi Allahın hüzuruna gedəcək olan İNSANMI?

*Ya da; özləri yaradılmış olub, heç bir şey yarada bilməyən. Özlərinə belə bir zərər və ya fayda verə bilməyən. öldürə bilməyən, yaşada bilməyən və ölüləri dirildib qaldıra bilməyən, aciz olan. hamısı bir yerə toplansalar belə bir milçəyi yarada bilməyən. Əğər milçək onlardan bir şey götürsə, onu ondan ala bilməyən, göylərin və yerin yaradılmasında Allaha ortaqlığı və yardımcılığı olmayan ŞEYTANİ QÜVVƏLƏRMİ?

2- KİMİN SÖZÜNÜ QƏBUL EDƏK?

*Sözü haqq olan, sözü həm doğruluk, həm ədalət baxımından kamil olan, sözündən asla dönməyən, heç ölməyən, daima diri olan, Heç bir şeyə möhtac olmayan, Özündən daha doğru sözlü kimsə olmayan ALLAHINMI?

*Yoxsa; Allaha olan sözünü və andlarını azacıq bir dəyər qarşılığında sata bilən, Allaha verdiyi sözdən boyun qaçırdıb yalan söyləyə bilən, etmədiyi şeyləri söyləyə bilən, ölümlü olan İNSANINMI?

*Ya da; danışmayan və hər hansı bir yol göstə bilməyən, Cəhənnəm odunu olan BÜTLƏRİNMİ?

3- KİMİN QANUNLARI DÜNYA VƏ AXİRƏTDƏ XÖŞBƏTLİYİ , ƏDALƏTİ TƏMİN EDƏ BİLƏR?

*Zərrə qədər haqsızlıq etməyən, ədalətlə hökm edən, hökm verənlərin ən xeyırlısı və ən gözəl hökm edən, dosdoğru yolu göstərən, çaşmayan və unutmayan, Heç kimsəyə gücünün yetdiyindən artığını yükləməyən, hər cür nöqsan sifətlərdən uzaq olan, bütün əmr və işləri yerli yerində olub lazımsız bir iş görməyən, üsyan edənləri cəzalandırmaqda tələsməyən, mərhamətlilərin ən Mərhamətlisi olan ALLAHINMI?

*Yoxsa; çox zalım və çox nankor olan, həddən artıq nəfsinə düşgün və səbirsiz olaraq yaradılmış olan, tələsgən, unutqan və xəta edən. Özünə bir zərər toxunarsa həmin andaca bədbin olan, ümüdsizliyə düşən, çox paxıl olan, özünə zülm edən, bir damla sudan yaradıldığı halda Allaha qarşı düşmən mövqe tutan İNSANINMI?

4- HÜQUQ , TƏHSİL VƏ İQTİSADİYYATDAN ƏN GÖZƏL KİM ANLAYAR?

*Quruda və dənizdə olan hər şeyi, düşən yarpağı, yerin qaranlıqları içindəki kiçicik bir danəcikdən belə xəbərdar olan, xeyir və şərdən qazandıqlarımızı bilən, bəsləyən; amma Özü bəslənməyən, unutqan olmayan, nəfsimizin bizə diktə etdiklərindən və bizə şah damarımızdan daha yaxın olan insanların keçmişlərini də gələcəklərini də bilən, dilədiyi kimsəyə ruzini bol verib, dilədiyinə də azaldan ALLAHMI?

*Yoxsa; sabah nə qazanacağını və hansı yerdə öləcəğini bilməyən, bilmədiklərini və qələmlə yazmağı Allahdan öyrənən, qeybi bilməyən, Allah ruzimizi kəsəcək olsa bizə ruzi verə bilməyəcək olan İNSANMI?

*Ya da; görə bilən gözləri, eşidə bilən qulaqları olmayan, özlərinə tapınildığından xəbərsiz olan, göylərdən və yerdən heç bir ruziyə sahib olmayan BÜTLƏRMİ?

5- BİZİ ƏN GÖZƏL KİM İDARƏ EDƏ BİLƏR?

*Yarattığı üçün əmr etmə haqqına sahib olan, yaradışında heç bir qüsur görülməyən, göydə də yerdə də qanun qoyucu (ilah) olan, bütün işləri nizamla idarə edən, hər cür varlığı hökmü və nəzarətinə almış olan, hər şeyin üzərində tasarruf sahibi və həqiqi hökümdar olan, qanununda bir dəyişmə olmayan, hakimiyətinə heç kimsəni ortaq etməyən, yaratmaqdan yorulmayan ALLAHMI?

*Yoxsa; istədiği hökmü vərə beləcəyinə dair Allahdan söz almamış olan, Qur’an və Sünnətə əsasən hökm etmədiyi halda Kafir, Fasiq , Zalim sifətlərınə sahib olan İNSANMI?

*Ya da; heç bir şeylə hökm edə bilməyən, insanların bir çoxunun azmasına səbəb olan BÜTLƏRMİ?

6- EHTİYACIMIZIN QARŞILANMASINI, SIXINTILARIMIZIN ARADAN QALDIRILMASINI, YARDIMI KİMDƏN GÖZLƏYƏK?

*Dua edənin duasına qarşılıq verən, haqqıyla eşidən və bilən, darda qalmışa kömək edən, göylərin və yerin mirası özünün olan. Bütün etdiklərimizdən xəbərdar olan, mülkün həqiqi sahibi olan; dilədiyinə mülkü verən, dilədiyindən mülkü çəkib alan, zəngin olan. hər bir varlığın möhtac olduğu, güldürən və ağladan, ən gözəl dost və yardımçı olan, şəfa verən, yatmayan ALLAHDANMI?

*Yoxsa; tələsgən olduğu üçün xeyri istədiyi qədər bəzən şərri də istəyən, Rəbbinin rəhmət xəzinələrinə sahib olsaydı, xərcləsəm qurtarar qorxusuyla simiclik edən, Rəbbinin xəzinələri əlində olmayan, fəqir olan, əlində şəfaət etmək imkanı olmayan İNSANDANMI?

*Ya da; özünə dua edildiyində bizi eşidə bilməyən , bizə fayda və ya zərər verə bilməyən, çağrıldıqları halda kimsəyə heç bir şeylə qarşılıq verə bilməyən, xurma çəyirdəyinin qabığına belə sahib olmayan, heç bir şeyə güç çatmayan və ağılsız BÜTLƏRDƏNMİ?

BÜT SÖZÜNÜN MƏNASI: İnsanların yalnızca Allaha etməsi lazım olan bir ibadəti (dua, köməyə çağırma, sığınma, qurban, itaət, hörmət, sevgi, qorxu, hökmünə tabe olma və.s) yönəltdikləri şeylərdir. Bunlar; daş, ağaç, tunc, bez, kağız və.s qisimdən ola biləcəyi kimi, Qur’an və Sünnətin rədd etdiyi hər növ idealogiya, fikir, adət-ənənə və din anlayışı da ola bilər.
Категория: Dini | Добавил: defaultNick (24.09.2012)
Просмотров: 1041 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]