Yerin cazibəsi Allahın rəhmidir ! Bizim özümüzdə və ətrafımızda yaradılan nə varsa,Allahın bizə rəhmidir.Məsələn:Yerin cazibəsini götürək;əgər cazibə qüvvəsi olmasaydı,Yer üzərində həyat olmazdı.Sən demə,Yercazibəsi haqda onun elmi açılanadək Qurani-Kərimdə bu haqda artıq danışılmışdır. Yer uzanıb düm-düz olacaq.Qoynunda olanları bayıra atıb boşalacaq.(Əl İnşiqaq surəsi;ayə 3-4) Bu sözlərdən görünür ki,cazibə olmasa,hər şey korlanar və dağılar.Hətta cazibə qüvvəsi zəifləsə belə,yerdə hər şey dağılar.Məsələn:Yerin cazibəsi və cisimlərin bir-birinə qarşı cazibəsi olmasaydı,su atəşə çevrilə bilərdi. Bilirik ki,su oksigen və hidrogendən ibarətdir.Hidrogen tez alışan və partlayıcıdır.Oksigen isə alovlanma xassəsinə malikdir. Rəhimli olan Allah-Təala alışan və partlayıcı elementlərdən suyu yaratdı.Halbuki,su alovu söndürür və həyatın əsasıdır.Başqa bir ayədə deyilir:Dənizlər od tutub yanacağı zaman..(Təkvir surəsi;ayə-6) Əgər Böyük Yaradan bu cazibəni götürsə bütün sular atəşə çevrilər.Sübut olunmuşdur ki,Yer ətrafında Atmosferi də saxlayan cazibədir.Hətta cazibənin zəifləməsi Yeri susuz səhraya çevirərdi.Müqəddəs Qurani-Kərimdə belə deyilir: “O Allah ki göydən bir qədər su endirdi.Biz onunla ölü bir məmləkəti diriltdik.Siz də belə çıxardılacaqsınız! (Əz-zuxruf surəsi,ayə:11.) 1400 il bundan əvvəl belə bir məlumata Peyğəmbər (s.a.v.) haradan sahib idi?Bütün bunlar haqda ona əlbəttə ki,Aləmlərin yaradıcısı Uca Allah məlumat vermişdir.