“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”. (əl-Həşr, 7) kəlməsinə əsaslanaraq, həmin hədisə əməl edilməlidir. Uca Allahın şəriətində əhəmiyyətsiz heç bir şey yoxdur. Lakin birincidərəcəli məsələlər var və lazımsız bir məsələ mövcud deyil, hətta söhbət ayaqyoluna getmək ədəbindən getsə belə. Uca Allah buyurur: “Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik”. Peyğəmbər buyurmuşdur: “Yaxşı əməllərdən heç birinə laqeyd yanaşmayın, hətta qardaşını gülərüz qarşılmaqada”. Muslim, 2626. İmam əl-İzz ibn Abdu-Ssalam demişdir: “Allahın şəriətində əhəmiyyətsiz bir şey olduğunu söyləmək və həmin şeylərdə mövcud olan bir çox xeyr və neməti tərk etmək olmaz. Məgər itaət və imana dair əmr əhəmiyyətsiz ola bilərmi?! Bu cür ayırım yalnız səfeh, bədbəxt və əxlaqsız insan tərəfindən edilə bilər. Belə insanlara “Sənin şeyxinin şöhrəti əhəmiyyətsizdir” desək, onlar bu sözləri qəti sürətdə pisləyərlər, lakin özləri bu cür sözləri şəriətə dair işlədirlər! Şəriət yalnız Allahın Kitabı və Onun rəsulunun Sünnəsidir. Belə sözləri söyləyən cahilə isə onun etdiyi günaha müvafiq olaraq töhmət vermək gərəkdir”. Bax “əl-Fataua”, 71-72. Şeyx İbn Bazdan soruşdular: “Saqqalın qırxılması və geyimin topuqdan aşağı düşməsi əhəmiyyətsiz və mahiyyətsiz məsələlərdəndir” deyən kimsənin hökmü nədir?” Şeyx dedi: “Bu cür sözlər olduqça təhlükəli və münkər sözlərdəndir! Dində əhəmiyyətsiz bir şey yoxdur. Dinin hər bir hökmü vacib və xeyrlidir. Bəli, dində birinci və ikinci dərəcəli məsələlər mövcuddur və saqqal və isbal məsələləri birinci dərəcəli məsələlərdən deyil. Lakin dinin hər hansı bir hökmünü əhəmiyyətsiz adlandırmaq caiz deyil. Biz narahatıq ki, bu insanın söylədikləri dinə istehza etməyə çevrilə bilər və bu səbəblə də o mürtəd ola bilər”. Bax “Fataua uləma əl-baladi əl-haram”, 321.
Salam admin. Qaqa bir soz deyim amma basqa sey fikirlesme. Sayta fatihe suresin qoymusan, amma bu duzgun deyil. Ona gore ki, saytda bir sehifeden digerine kecerken sure yarimciq kesilir. Bu da hec de yaxsi olmayan bir haldir.
Cavab: Deyerli meslehetiniz ucun Allah razi olsun qardas. Biz ona gore xeyrli ummetik ki yaxsi isleri emr edib,gunah islerden cekindiririk. Xetamizdan bizi xeberdar etdiyiniz ucun ALlah razi olsun.