Çərşəmbə axşamı, 07.05.2024, 15:18
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  İyul 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

11:54
LƏTİFƏLƏR
Bir gün Bəhlul Danəndə yol ilə gedir və yolda eşşəklə gedən yolçuya rast gəlir.Bir qədər onunla getdikdən sonra irəlidə çalanın olduğunu bildiyi üçün sürətini bir qədər artırıb yolçunu keçir.Azca getdikdən sonra yolçu onu səsləməyə başlayır ədə hey hey səninləyəm. Bəhlul Danəndə ona heç bir əhəmiyyət verməyib yoluna davam edir.Yolçu qaçaraq gəlib ona çatır və hey səninləyəm:
Bəhlul ona hey özünsən səninlə yoldaşlıq elədim adımı soruşardın deyə cavab verir.Köməkləşib eşşəyi çıxardırlar və yollarına davam edirlər.Yolda Bəhlul soruşur yükün nədir?
Kişmişdir aparıram satmağa.
Bəhlul mənə bir ovuc kişmiş ver sənə bir söz öyrədim.
Kişi bir ovuc kişmiş verir.Bəhlul kiminlə yoldaşlıq elədin birinci adını soruş.Bir qədər getdikdən sonra Bəhlul yenə Bir ovucda kişmiş ver sənə daha bir söz öyrədim.Kişmişi aldıqdan sonra ona
Məclisdə oturanda öz yerini bil.Bir qədər də getdikdən sonra Bəhlul deyir bir ovuc da kişmiş ver sənə yenə bir söz öyrədim.Alıb ağzına atdıqdan sonra səndən bir şey isdəməsələr vermə deyir.Gəlib şəhərə çatırlar sən demə bu şəhərin qayda qanunu belə imiş ki, hər kəs gərək öz qonağın ən azı bir gün saxlamalıdır.Bəhlul Danəndə kişini öz evinə aparır.Kişi eşşəyin yükünü boşaldıb yerbəyer etdikdən sonra evə keçirlər.Elə bu vaxt şahın qasidi gəlir və şahın Bəhlulu öz məclisinə çağırdığını xəbər verir.Şah da Bəhlul Danəndənin qardaşı olur.Bəhlul Danəndə cavab verir ki, qonağım var gələ bilmərəm.Qasid gedir və qayıdıb gəlir ki, şah əmr verdi ki qonağını da götürüb gəlsin.Bəhlulla qonaq şahın məclisinə gedirlər çox tez olduğundan məclisdə heç kəs olmur.Qonaq gedib lap yuxarı başda əyləşir Bəhlul isə öz yerində oturur.Bir qədər keçdikdən sonra məclisə qonaqlar gəlməyə başlayır və hər qonaq gəldikcə Bəhlulun qonağına qonağ sürüş qonağ sürüş deyə-deyə qonağı qapı ağzına itələyirlər.Şah gəlir və qonaqları salamladıqdan sonra məclisin başlanmasına işarə verir. Məclis başlayır və yemək içmək gətrilir.Yemək yeyilib qurtardıqdan sonra süfrə yığışdırılır və məclisə məcməidə qarpız gətirili amma bıçaq gətirmirlər.
Hamı bir-birinə baxır qonaq tez cibindən bahalı bir bıçaq çıxarıb uzadır ki, bununla kəsin.Vəzir şaha baxır şah vəzirə baxır bir-birlərin başa düşürlər.Vəzir danışmağ başlayır və deyir şah sağ olsun bu xəncər bizim xəzinədə idi.O vaxt xəzinəmizi oğurlayanda bu xəncəri də oğurlamışdılar.Şah sağ olsun oğrulardan biri tapılıb.Bəhlul Danəndə görür ki, iş başqa cürdür.
Sözə başlayır şah sağolsun bu kişi mənim qonağımdı bu gün aparım evə sabah asarsınız.Şah yox sən onu öyrədərsən. Bəhlul Danəndə and içir ki öyrətməyəcəyəm. Axırda naələc qalıb kişini Bəhlulnan buraxırlar.Evə gəldikdən sonra Bəhlul eşşəyin yüyənindən yapışıb deyir:
Ay eşşəy sənə dedim axı kimlə yoldaşlıq elədin adını soruş.Ay eşşəy sənnənəm sənə dedim axı məclisdə oturanda yerini bil, ay eşşəy sənənəm sənə dedim axı səndən bir şey isdəməsələr vermə.Ay eşşəy sənnənəm sabah səni asacaqlar, asmamışdan qabaq sən söz isdəyərsən.Deyərsən ki, biz üç qardaşıq və bu xəncərlə bizim atamızı öldürüblər.Biz də bir-bir qardaşlarımızla bu bıçağı götürüb diyar-diyar gəzib hər məclisdə bu bıçağı çıxartdığsa yiyəsi çıxmadı.məndən qabaq iki qardaşım səyahətə çıxmışdı heç kəs bu bıçağa yiyə durmamışdı.Bu dəfə növbə mənim idi sizin bu məclisdə vəzir bıçağa sahib çıxdı deməlı atamızı o öldürüb.
Kişi dar ağacıda bunları dedikdən sonra vəzirlə şah işin dəyişdiyini görüb kişini buraxırlar.

* * * * *

Bir kasıb kişi dövlətlidən borc alır və bir aya qaytarmağa söz verir.Şərt kəsirlər ki, əgər qaytara bilməsə onda noxud boya ətindən kəsəcəklər.Bir ay keçir kişi borcunu qaytara bilmir.Dövlətli gəlib öz haqqını isdəyir kişi deyir yoxumdu:Dövlətli onda mən sənin ətindən kəsəcəyəm kasıb kişi görür iş şuluqdu deyir gəl qazının yanına gedək.Qazının yanına gedəndə yolda qabaqlarına bir kişi atı tutmaq üçün qovduğunu görürlər.Bu kişi atı bu tərəfə qovun deyərək bunlara müraciət edir.Dövlətli heç fikir də vermir, kasıb kişi yerdən tez bir daş götürür və ata tərəf atır və atın gözünə dəyib onu çıxardır.Kişi gəlib kasıb lişinin yaxasından tutur ki sən nə etdin indi atımın pulunu ver.Dövlətli deyir ki, bu kişinin mənə də borcu var biz elə qazının yanına gedirik gəl sən də bizimlə gedək.Bir xeyli yol getdikdən sonra axşam düşür və onlar gecələmək üçün bir ev tutular.Gecə kasıb kişi fikirləşir ki qaçım canımı bunların əlində qurtarım.Evin damına çıxır və o biri evin damına tullanıb qaçmaq isdəyəndə qonşunun bağına düşür.Sən demə burada kişi öz arvadı ilə yatıbmış və kasıb kişi onların arasına düşür.Arvadın qarnındakı uşaq vəfat edir.Hay küy qopur hay küyə dövlətli ilə digər kişi gəlirlər və əhvalatdan xəbərdar olurlar.Dövlətli deyir: bu kişinin bizə də borcu var gəl bir yerdə qazının yanına gedək və borclarımızı alaq,Az gedirlər çox gedirlər gəlib qazının yanına çatırlar.Kasıb kişi onları qabaqlayıb özünü qazının otağına salır.Görür ki , qazı qumar oynayır.Tez bayıra çıxır:Qazı Allahla danışır deyir,
Nəhayət qazı bunları qəbul edir və hadisələri soruşmağa başlayır:Birinci sözə dövlətli başlayır və deyir ki bu kişi mənə pul borcludur qaytarmır biz də sözləşmişdik ki qaytarmasa ətindən bir noxud boyda kəsdirəcəm.Qazı diqqətlə qulaq asdıqdan sonra deyir:ayxşı amma bir noxud boyda ela kəs ki, nə çox olsun nə də əskik.Dövlətli görür ki, bu mümkün deyil iddiadan vaz keçir.İkinci kişi də əhvalatı olduğu kimi danışır və deyir ki, bu kişi mənim atımın gözünü çıxarıb indi də atımın pulunu isdəyirəm.Qazı diqqətlə qulaq asdıqdan sonra cavab verir:sən atı mişarla elə tən yarıdan elə kəs ki, nə artıq olsun nə də əskik bu kişi də sənə atın gözü çıxmış tərəfin pulunu versin.Kişi görür ki, bu mümkün deyil və iddiasından vaz keçir.Üçüncü kişidən soruşur ki, bəs sənin şikayətin nədir? Cavabında kişi deyir ki arvadımla yatmışdıq bağçada bu kişi tulananda düz aramıza düşdü arvadımda ki, hamilə idi və qarnındakı uşaq vəfat elədi.İndi sizdən bu barədə fərman isdəyirəm.Qazı deyir sən arvadını 9aylığa bu kişiyə ver sonra uşaqla birlikdə arvadını sənə qaytarsın.Kişi bu işin mümkünsüzlüyümü görüb öz iddiasından vaz keçir.

* * * * *
Bir gün Bəhlul və padişah yan-yana oturub sohbət edərək xurma yeyirdilər. Kefi yerində olan padişah Bəhlulla əylənmək üçün öz yediyi xurmaların çəyirdəklərini də Bəhlulun qarşısına yığırdı. Çox fikirli olan Bəhlul isə bunnan bixəbər idi. Bir müddət sonra padişah Bəhlula dedi:
-Bəhlul gör nə qədər acıgözsən. Qabağn çəyirdəklərlə doludur.
Bəhlul heç özünü sındırmadan cavab verdi:
-Padişahım siz mənnən daha çox acı gözsünüz. Mən heç olmasa xurmaların çəyirdəklərini yemirəm. Lakin siz xurmaları çəyirdəkləri ilə yeyirsiniz

* * * * *
Günlərin birində birisi gəlib Bəhlul Danəndəyə deyir:
-Bəhlul, mən evlənmək istəyirəm, bir ağıllı məsləhət ver, kimi alım?
Bəhlul deyir:
-Qız alsan sən bilərsən, dul alsan mən bilərəm, ərindən boşanmış alsan, nə sən bilərsən, nə mən.
Sonra Bəhlul:-Dəh, atım, dəh,-deyib qarğı atını səyridir. Kişi Bəhlulun dalınca yüyürüb deyir:
-Ay Bəhlul, axı mən səndən söz soruşdum, sən heç nə demədin.
Bəhlul deyir:
-Bala, sən məni başa düşmədin, mən sənə öz məsləhətimi verdim. Özü də dedim ki, özün bilərsən hansını alarsan, qabaqcadan xasiyyətlərini də söylədim.
Oğlan yalvarır ki, Bəhlul Danəndə, yenə başa düşmədim, açıq de...
Bəhlul deyir:
-Bala, mənim sözlərimin mə`nası belədir: qız alsan, sən nə desən deyəcək ki, sən bilərsən, çünki qız səndən başqasını görmədiyinə görə elə səni hər şeyi bilən bir adam kimi tanıyacaq. Dul alsan, o deyəcək ki, yox, mən bilirəm. Çünki o köhnə ərindən çox şey öyrənib. Əgər ərindən boşanmış alsan, o heç sözə baxmayacaq. Bir söz deyəndə cin atına minib, "dəh" deyib sənnən də boşanacaq.
Просмотров: 2623 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
15.09.2012 Спам
1. BooffGlulsero [Мateriallar]
http://drugsdir.com/main.php?sid=21&q=Indocin &said=newPost1 - Order Indocin Online - Click Here!!!

-----------------------------------------------

1. FDA approved drugs
2. No prescription is needed
3. Drugs are less expensive than what is available at your local drugstore
4. Brand and generic drugs are in store
5. The generic druds are as good as the brand medications

-----------------------------------------------

http://drugsdir.com/main.php?sid=21&q=Indocin &said=newPost1 - Get Indocin Online! >>>
Best Quality Guaranteed!
























































































"Keyword_Indocin "

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]