Şəmbə, 04.05.2024, 01:41
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Avqust 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

01:39
XOŞ GƏLDİN YA RAMAZAN!!!

Oruc tutmağın fəziləti.

Allah təalə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə: 183).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".

"(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə: 184).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır".

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz".

Просмотров: 669 | Добавил: ilka1 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
31.08.2008 Спам
1. Fidan [Мateriallar]
salamun aleykum.Men de sizi ramazanın gəlişi ilə təbrik tdirəm və bir sualim var: Mən iynə vurdururam. Mənə oruc tutmaq olar? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Aleykumus-salam va rahmətullah. Sualiniza cavab olaraq onu deyim ki, əgər vurduğunuz iynə bədəni gücləndirmək üçündürsə bu orucu batil edir.Yox əgər hansısa bir xəstəlik səbəbindən iynə vurdurursunuzsa bunda heç bir problem yoxdur və oruc pozulmur.Hətta o iynəni oruc ola-ola da vurdura bilərsiniz.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]