Bazar ertəsi, 06.05.2024, 06:03
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

09:13
Yeni cəfəngiyyat bir kitab nəşr olunacaq
Amerikalı jurnalist Sherry Jones imzalı “Mədinənin Ləl-cəvahiratı” adlı kitab yeni bir təxribatın fitilini yandırmaq istəyir. İndi acı xəbər də olsa bildirək ki, artıq o bunu yandıra bildi. Həmin jurnalistin kitabı İngiltərədə nəşr olunacaq. Hz. Məhəmməd (s.ə.s) və möminlərin anasından bəhs edən kitab, karikatura krizindən də ağır təhrik edici ünsürlər daşıyır. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) ilə həyat yoldaşı Hz. Aişənin (r.a) əlaqəsini izah edən skandal kitab İngiltərədə nümayiş olunacaq. Kitabda cinsi detallara yer verilməsi Müsəlmanların sərt reaksiyasına səbəb oldu.

Belə ki, Amerikalı jurnalist Sherry Jonesin, Peyğəmbərimizin (s.ə.s) həyat yoldaşı Aişəylə əlaqəsini izah edən, “Mədinənin Ləl-cəvahiratı” adlı mübahisəli kitabın gələn ay İngiltərədə nümayiş olunacağı açıqlandı. Kitabda cinsi detallara yer verilməsi Müsəlmanların sərt reaksiyasına səbəb oldu. BBC-nin verdiyi xəbərə görə elm adamları və Müsəlman din adamları da kitabın gerçəyi əks etdirmədiyi və İslam tarixini səhv şərh etdiyini söyləyirlər.Kitab, daha əvvəl ABŞda nəşrçi şirkət tərəfindən geri çəkilmiş və Serbiyada basıldıqdan sonra yığdırılmışdı. “Mədinənin Ləl-cəvahiratı” adlı kitab əslində daha nümayiş olunmadan müzakirə yaratdı. Amerikadakı nəşriyyat, kitabın Müsəlmanların reaksiyasına səbəb ola biləcəyi və karikatura krizindəki kimi bir şiddət dalğasına yol aça biləcəyi qayğısıyla kitabı nümayiş etməkdən imtina etdi. Daha sonra kitabı basmağa Serbiyadakı bir nəşriyyat talib oldu və kitab 1000 ədəd nəşr olundu. Ancaq, Serbiyadakı Müsəlman din adamları, kitabın İslamın müqəddəs dəyərlərinə hörmətsizlik etdiyini ifadə etdilər və kitab bu ölkə də kitabçıların rəflərindən qaldırıldı. Peyğəmbərimizin Aişə anamız ilə əlaqəsini mövzu edən kitabın bundan sonrakı ünvanı isə İngiltərədir.

Kitab gələn ay bazara çıxarılacaq

Mübahisəli kitablarla adını eşitdirən nəşriyyatın spikeri, hekayənin ciddi bir araşdırmaya söykəndiyini və Hz. Peyğəmbər (s.ə.s) ilə həyat yoldaşının eşqinin möcüzə bir izahatı olduğunu iddia edir. Kitabın yazıçısı Sherry Jones də, bu ilk roman sınağında, əslində İslam dininə və Peyğəmbərimizə hörmətli olduğunu və kitabının mədəniyyətlər arasında bir körpü qurmasını hədəflədiyini söyləyir. Ancaq, məsələn Amerikadakı Teksas Universitetindən Professor Denis Spelberg kimi İslam tarixi ilə məşğul olan bəzi elm adamları, kitabda tarixin şüurlu bir şəkildə səhv şərh olunduğunu ifadə edirlər. Kitabın çapı, Salmani Rüşdinin “Şeytan Ayətləri” kitabı ilə, Danimarkada nümayiş olunan karikaturalar ilə müqayisə edilir.

Bu gün xəbər agenlikləri, İngiltərə xaricindəki ölkələrdən nəşriyyatın da kitabın çap haqqını satın aldığını və Amerikadan da hələ adı açıqlanmayan bir nəşriyyatın kitabı nəşr etməyə namizəd olduğunu bildirirlər.

Xəbəri Hazırladı: İlahiyyatçı Əkrəm Həsənov

Mənbə: HAKSOZHABER
Məlumat İslam haqq din saytındandır.

Просмотров: 667 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
07.01.2009 Спам
1. makatbi [Мateriallar]
thanks for that great site
Cavab: not at all

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]