Sənin üç günün var biri dünən artıq olub,biri bu gün hal-hazırda yaşadığın gün, biri də sabah
-Bir gün meşəyə hay düşür ki, bir dənə əl boyda dəmir parcası bizi qırır.Qoca palıd çox fikirləşdikdən sonra cavab verir: Axı əl boyda dəmir mənim kimi qoca palıdı necə qıra bilər cavab verirlər ki sapı özümüzdəndi ağacdandı.Qoca palıd əgər sapı özümüzdəndirsə onda qırar. Bəli qardaşlar dövlətimiz ayrı-ayrı ailələrdən, ailələr isə ayrı-ayrı fərdlərdən təşkil olunmuşdur.Biz hər bir fərdimizə sahib çıxmalıyıq.Avropa mintaliteti, mədəniyyəti artiq evlərimizə daxil olub şüurumuzu korlamaqla məşğuldur.Avropadan niyə pis-pis adətləri-ənənələri mənimsəyirik bəlkə daha yaxşı olanları mənimsəyək elm tələb etməyi.Bəli avropalılar külli miqdarda pullar xərcləyirlər ki, elmə yiyələnsinlər amma biz külli miqdarda pul xərcləyirik ki, savadsız olaq və sonra da deyirik ki avropalılar bizdən qabağa gediblər nəyin sayəsində? Elmin Avropalılar öz uşaqlarının başları üzərində dayanıb onlardan elm öyrənməyi tələb etdikləri halda biz bu işə laqeyid yanaşırıq və bizim uşaqlar həyətdə, bacada veyil-veyil gəzib oynayır və söyüş söyür və biz buna göz yumuruq.Bəli hər bir fərd özünə və ətrafıdakılara ailəsinə məsuliyyətini artırmalıdır.Mən nə edə bilərəm sualını vermək əvəzinə çalışmalıdır ki, heç olmasa yanındakına xeyri dəysin bəlkə elə o şəxs gələcəkdə xalqımız üçün çox qiymətli xidmətləri oldu. Bəli bu gün biz avropadan əxlaqsızlığı götürürük və bu bizim uşaqlarımıza gələcəyimizə siraət edir.Azyaşlı uşaqlar siqaret kimi pis-pis vərdişlərə yiyələnir.İnternetdən məlumat toplamq əvəzinə əyləncə kimi isdifadə edir əxlaqsiz saytlara baxmaqla mənəviyyatın məhv edir.Bəli böyüklər nə edirsə uşaqlar onu təkrarlayırlar.Valideyin alver deir gündə on nəfəri aldadır uşaq ondan nə öyrənə bilər axı adam aldatmaqdan başqa heç nə.Valideyin öz övladında elmə marağı artırsa gələcəkdə bu uşaq da öz elmi sayəsində yüksələ bilər axı biz niyə həmişə dar çərçivədə düşünürük ancaq pul barəsidə bu dünyada axı puldan da vacib məsələlər var.Bəlkə bir az düşünək. Bəli sapı özümüzdə olan baltalar bizi məhv edir.
Bu məqaləyə cəfəngiyyat kimi baxanlar olacaq bu həmişə olub və olacaq amma mən bunu o şəxslərə yazmamışam.