Əbu-Bəkr məscidində baş verən partlayışda ölənlərin adları açıqlanıb. Bunlar Vaqif Səməd oğlu Abdullayev, Təyyar Nadir oğlu Vəliyəddinov və 24 yaşlı Rəşad İsmayılovdur.
Naməlum şəxs tərəfindən atılan əl qumbarasının səbəb olduğu güclü partlayış nəticəsində 11nəfər də yaralanıb.
Şahidlərin sözlərinə görə, hadisə baş verən zaman məsciddə 500-dən artıq adam olub. Hüquq-mühafizə orqnalarından aldığımız məlumata görə, aparılan araşdırmalara görə, məscid 1-2 gün bağlı ollacaq. Hazırda yaralıların olduğu xəstəxanalar dörd yandan hüquq mühafizə orqanları tərəfindən qorunur. Paytaxt polisi gücləndirilmiş iş rejiminə keçib. Bir neçə yerdə isə polis postları yaradılıb. Hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq sürücü və avtomaşınlar yoxlanılır. Faktı artıq Bakı Şəhər Prokurorluğu araşdırır. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir. Cinayətin araşdırılmasını Prezident ilham Əliyev öz üzərinə götürmüş və bu işlə şəxsən məşğul olacağını bildirmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Əbu Bəkir” məscidi kimi tanınan Cümə məscidində baş verənlərə münasibət bildirərkən deyib.
Şeyx bildirib ki, məsciddə baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz. O, indiyədək Azərbaycanda belə hadisənin baş vermədiyini xatırladaraq, burada düşmən qüvvələrin əlinin ola biləcəyini də istisna etməyib: “Bu gün bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu bilir. Azərbaycanda dini sahədə problem olsaydı, belə hadisələri başqa dinlərin nümayəndələrinə - yəhudilərə, xristianlara qarşı törədərdilər. Müsəlmanın müsəlmana qarşı bu hadisəni törətməsi isə rəqabət və qisasdır. Yenə də təkrar edirəm ki, indiyə kimi Azərbaycanda sərbəst şəkildə yaşayan xristian və yəhudilərə qarşı belə bir hadisə baş verməyib”.
QMİ sədri məsciddə baş verənlərlə bağlı istintaqın getdiyini, istintaq başa çatmamış konkret fikir söyləməyin çətin olduğunu deyib. A. Paşazadə müavinini hadisə yerinə göndərdiyini və prosesi nəzarətdə saxladığını bildirib. Məscidin gələcək fəaliyyətinə gəlincə, Şeyx oranın ibadət ocağı olduğunu və gələcəkdə də məscid kimi fəaliyyət göstərəcəyini deyib.
Allah Əbu Bəkr mescidində vəfat edənlərə rəhm etsin və onları şəhidlərdən etsin,yaralananlara da şəfa versin...Amin
Salam. Mən sənə iki soz deyecem. Birinci bilmədiyivi yazma və danışma. İkincisi də bizim sayt her hansı dahi şəxsiyyəti tərifləmək üçün nəzərdə tutulmayıb. Biz sadəcə xalqımızı dahi şəxsiyyətlərlə taniş etmək üçün yazılar yazırıq. Üçüncüsü senin dediyin dahi şəxsiyyətlə siyasi və din xadimləridir. Onlar heç vaxtı tribunaya çixib Vəhabi və ya baska teriqətlərin var olmasını deye bilmezler. Mən sənin necə yasin var bilmirem amma yazanda mentiqli cumleler yaz. Biz də musəlmanıq amma mentiqli dusunsek yaxsi olar!!!
Cavab: orxan 92 Mən nə yazdığımı çox yaxşı bilirəm.İkincisi də xahiş edirəm məsçidin şəklini saytında olduğu kimi yerləşdir.3Üçüncüsü də ki əgər inanmırsansa mən Heydər Əliyevin Azərbaycanda vahabilərin olmamasına aid audio müsahibəsini sənə təqdim edə bilərəm.Kafirlər belə məsciddə baş verən partlayışa yanırlar.Müsəlmanların halına acıyıram doğrysu.Daha doğrusu özünü müsəlman kimi göstərmək istəyənlərin halına acıyıram.Bir də ki,orda vəfat edənlər namaz üstə şəhid olublar,necə ki bir vaxtlar Hz Əli,Hz Ömər şəhid olmuşdular.Düzdür bunları o insanlarla müqayisə etmək olmaz amma nə olur olsun şəhiddirlər.Sən və mən isə heç bilmirik necə öləcəyik.Dua edək ki Allah bizə o cür şəhidlik bəxş etsin.içki şüşələrini ,siqaret qutularını qucaqlayaraq ölənlərdən etməsin.Sonda əziz qardaş sənə demək istəyirəm ki,İctimayyətin nəzərini yayındıracaq sözlər yazma və müsəlmanları parçalama.Çünki Allah buyurub ki "Hər kim ki Mənim müsəlman bir quluma dil uzadarsa,mən ona qarşı müharibə elan edərəm.Vəssələmu aleykum va rahmətullahi va bərəkətuhu.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]