Çərşəmbə axşamı, 19.11.2024, 07:25
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 29
Qonaq 29
İstifadəçi 0

Məqalələr


“ƏBU-BƏKR”in YERİNDƏ HÜNDÜRMƏRTƏBƏLİ BİNALAR TİKİLƏCƏK
“Əbu Bəkr” məscidi ətrafında baş verənlər sözün ciddi mənasında iqtisadi maraqların doğurduğu ajiotajdır. Bunu “Turan”a adının çəkilməsini istəməyən mənbə bildirib. Mənbə məscidin çoxlu həyət evlərinin yaxınlığında yerləşdiyini və son vaxtlar Bakıda geniş vüsət almış bina tikintisi üçün “xammal” olduğunu bildirib. Mənbənin məlumatına görə, “vəhhabi” məscidinin orda olması tikinti meydanının genişlənməsinə imkan vermir və son vaxtlar adıçəkilən məscidin qanunsuz tikili olması ilə bağlı versiyalar bundan qaynaqlanır.
Bu məscidin 1996-97-ci illərdə Küveytin dini vəqflərindən birinin maliyyəsilə tikildiyini deyən mənbə ötən 10 il ərzində Azərbaycan hakimiyyətinin “Əbu Bəkr”in qanunsuz inşa olunduğunu bilməməsinin və bundan yalnız indi xəbər tutmasının inandırıcı görünmədiyini deyib.
Mənbə son illər paytaxtda bir çox binaların qəza vəziyyətində olması adı ilə söküldüyünü xatırladaraq, məscidə bu adı qoymaqla bir şeyə nail olmayacağını görənlərin bu dəfə “orijinal üsul”a əl ataraq, “terror aktı” törədiləcəyi xofu ilə məscidin açılmamasına çalışdıqlarını bildirib. Qaynaq qeyd edib ki, bu məscidin sökülməsinə çalışan qüvvələr bunu həyata keçirdikdən sonra həmin ətrafda hündürmərtəbəli binaların tikintisini genişləndirəcək. Konkret ad çəkmədən, mənbə bu məsələdə bir çox yüksək rütbəli məmurların maraqlı olduğunu iddia edib. Qaynaq onu da bildirib ki, bina tikintisi metronun Nərimanov stansiyasına tərəf uzanan Təbriz küçəsinin sol və sağ tərəfini, habelə məscidin yerləşdiyi ərazini və bütün ətraf küçələri əhatə edəcək. Qaynaq bu ərazilərin şəhərin mərkəzi hissəsinə aid olduğu üçün orada tikilən binalarda mənzillərin baha qiymətə satılacağını da nəzərə çatdırıb (“Turan”).
Категория: Dini | Добавил: ilka1 (14.11.2008)
Просмотров: 490 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
16.11.2008 Спам
1. ilkin [Мateriallar]
Bizim millet lap kafirlesib.Mescidi de daqitmaq olar?Allah adamin evini daqidar.Daqidacaq da insallah.Getsinler kilse soksunlar da.elbette buna duxlari catmaz.ne deyim qardas?Allahin ve meleklerin leneti olsun bunlara.
Cavab: Amin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]